Icma.az
close
up
RU
Zərifə Əliyeva ideal həyat yoldaşı, qayğıkeş ana, böyük elm xadimi

Zərifə Əliyeva ideal həyat yoldaşı, qayğıkeş ana, böyük elm xadimi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan qadını tarixin bütün dönəmlərində öz yüksək keyfiyyətləri ilə seçilib, təqdir olunub. Bütün bu keyfiyyətlər içərisində ən üstün məqam isə qadınlarımızın cəmiyyət, insanlıq üçün faydalı olmasındadır. Bu mənada tam əminliklə demək olar ki, akademik Zərifə xanım Əliyeva tək Azərbaycan tarixi üçün deyil, bütövlükdə dünya üçün əsl qadın örnəyidir. Tarixdə iz qoymuş yenilikçi həkim kimi şəxsiyyətində işıq daşıyan Zərifə xanım, eyni zamanda, alim olaraq özünü dünya tibbi üçün təsdiqləyərək mütərəqqi Azərbaycan qadınının bəşəri obrazını nümayiş etdirməyi bacardı. Zərifə xanım oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərərək o zaman geniş yayılmış traxomanın müalicəsində inqilabi elmi ixtiraları ölkəmizdə deyil, dünya miqyasında birmənalı şəkildə qəbul olundu. 

O, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, nadir elmi əsərlərin, monoqrafiya, dərsliklərin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi gerçəkdən böyük alim idi.

Həkim kimi şəfa verdiyi xəstələrə yüksək insani münasibət göstərən Zərifə xanım tələbələrinə də ana qayğısı ilə yanaşırdı. O, yüksək elmi potensialı ilə ölkəmizdə oftalmologiya sahəsində məktəb qura bildi. Kamil alim kimi zülmətə, qaranlığa meydan oxuyan akademik ölkəmizdə oftalmologiya elminin fundamental əsaslarını yaratdı, müəllim kimi xüsusi rəğbət qazandı və dünyaca şöhrətli alimimiz, böyük müəllim, unudulmaz şəxsiyyət kimi tibbin-  oftalmologiyanın istinad nöqtəsinə çevrildi. 

Azərbaycan mentalitetinin ideal həyat yoldaşı və ana obrazını özündə daşıyan bir xanımın elm xadimi kimi də dünyanı fəth etməsi səhiyyəmiz üçün qürurverici hadisə oldu.

Zərifə xanım məhz bu mənada hər zaman bəşəri dəyərlərdə ideal xanım - şəxsiyyət obrazını qoruyub saxlaya bildi. 

Aprelin 15-i Zərifə xanım Əliyevanın anım günüdür. Həyatının böyük hissəsini səhiyyəmizin inkişafına həsr edərək qaranlıqla mübarizədən qalib ayrılan Zərifə xanımın işıqlı həyatı hər birimiz, şəxsən mənim üçün etalon, örnəkdir. Onun elmi yanaşmaları, dərslikləri, əsərləri bu gün durmadan inkişaf edən milli səhiyyəmizin sərvətidir. 

Bununla yanaşı, Zərifə Əliyeva xalqın həyatında müstəsna xidmətlər göstərərək əbədiyyət qazanmış  Ulu öndərin ömür-gün yoldaşı, təkcə qonşu düşmən ölkə ilə deyil, səlibçi dünya ilə döyüşərək Azərbaycanın ərazi bütövlüyünü tam təmin edərək evimizə zəfər gətirən, tarixi haqqımızı bizə qaytaran Qarabağ fatehinin, ümumxalq Qəhrəmanının anasıdır. Bugünkü  qüdrətimiz, bütövlüyümüz və bunun ardınca yaşadığımız milli xoşbəxtliyimiz Zərifə xanımın ana kimi tərbiyə etdiyi Sərkərdənin tarixi xidmətidir. Ona görə də Zərifə xanım alim, ziyalı, ictimai xadim, ANA kimi ucalıqdadır və həmişə o yüksəklikdə sevgi ünvanı kimi qalacaq. Dədə Qorqud demişkən, Ana haqqı, Vətən haqqı!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri