Icma.az
close
up
RU
Zəruri hallarda “məsuliyyətli” çıxış yolu kimi təqdim olunan siğə İslam dinində günah sayılırmı? Video

Zəruri hallarda “məsuliyyətli” çıxış yolu kimi təqdim olunan siğə İslam dinində günah sayılırmı? Video

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Ölkələr üzrə siğə ilə bağlı vəziyyət hüquqi baxımdan müxtəlifdir. İran Mülki Məcəlləsində siğə ayrıca tanınır və qeydiyyat, mehr, iddə, nəsəb və s. şərtlər hüquqi çərçivədədir. Bir çox digər müsəlman ölkələrində dövlət qanunları yalnız daimi nikahı tanıyır. Şiə əhalisinin yaşadığı yerlərdə siğə şəxsi-məzhəbi praktikada görülə bilir, amma rəsmi hüquqi nəticələri (miras, qeydiyyat və s.) ancaq tərəflər bu məsələləri ayrıca isbat etdikdə və ya xüsusi müqavilə ilə təmin etdikdə tanına bilər. Hər yerdə uşağın nəsəbi və hüquqları mütləq qorunmalıdır. Hüquqi qeyri-müəyyənliklər uşağın zərərinə ola bilər deyə bu məsələ çox ciddidir”.

Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı Əkrəm Həsənov danışıb. İlahiyyatçı qeyd edib ki, etika baxımından siğə iffəti qorumaq, zinanı önləmək, mühacirət, müvəqqəti səfər, dul qadının müdafiəsi kimi zəruri hallarda “məsuliyyətli” çıxış yolu kimi təqdim olunmuşdur. Ancaq nə şiə, nə də sünni ənənə heç vaxt pozğunluğa pənah vermir.

“İnsan alveri, fahişəlik, zibil qarışdırmaq kimi davranışlar İslamın açıq-aydın haram saydığı, cəmiyyətə zərər verən hallardır. Ziyarət mövsümlərində milyonlarla insanın axını logistika, təmizlik və təhlükəsizlik yükü yaradır; bu, fərdi günahı “dini rituallar”a yükləməyə əsas vermir. Hər hansı sui-istifadə dini hökmü dəyişmir. Günah, günahdır. Dövlət orqanlarının və din xadimlərinin üzərinə düşən iş, xeyriyyə və əzadarlıq heyətlərini şəffaflaşdırmaq, ziyarətçilərə davranış qaydalarını öyrətmək, narkotik və fəsadı sıfıra endirmək üçün ciddi nəzarət mexanizmləri qurmaqdır.

“Siğə” adı altında fahişəlik edilirsə, bu əqd şəri baxımdan batildir: niyyət nikah əvəzinə qazancdırsa, aldatma və zülm vardırsa, bütün məzhəblər bunu rədd edir.

Siğə (şiə fiqhinə görə) yalnız həddi büluğ və ağlı olan, valideyn icazəsi tələb olunan hallarda icazə alınmış, özünü qoruya bilən, zərər görməyən, iffətli tərəflər arasında, müddət və mehr açıq yazılaraq, mübahisədən yayınmaq üçün ən yaxşısı qeydiyyat və iki etibarlı şahidlə bağlanmalı, hamiləlik və xəstəlik risklərinə qarşı məsuliyyətlə davranılmalı, uşaq doğularsa ata dərhal etiraf edib hüquqlarını təmin etməlidir. İddə gözlənilmədən ardıcıl siğələr etmək harama, nəsəb qarışıqlığına və cəmiyyət üçün zərərə yol açır deyə qəti qadağandır. Sünni məzhəbə mənsub şəxslər üçün belə bir əqd dini baxımdan caiz deyil. Onların yeganə yolu şəriətə uyğun daimi nikahdır”-deyən ilahiyyatçı qeyd edib ki, bir sözlə siğə mövzusunda ixtilaf qədimdir.

“Hər iki tərəfin dəlilləri var: biri Nisa 4:24 ayəsinin zahirinə və şiə hədislərinə, digəri isə Səhih Müslim və digər mənbələrdəki qadağa rəvayətlərinə söykənir”-deyən ilahiyyatçının fikrincə, cəmiyyətə zərər verən pozuntular dinin deyil, fərdlərin günahıdır.

“Ziyarətlərin müsbət tərəflərini qorumaq, mənfi halları hüquqi və mənəvi mexanizmlərlə aradan qaldırmaq lazımdır. Mənim öz şəxsi mövqeyimə görə isə siğə haramdır və zina növlərindən biridir”-deyə ilahiyyatçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri