Icma.az
close
up
RU
Müşviq Məmmədli: Azərbaycan kosmik sahədə beynəlxalq məsuliyyətli tərəfdaş kimi çıxış edir

Müşviq Məmmədli: Azərbaycan kosmik sahədə beynəlxalq məsuliyyətli tərəfdaş kimi çıxış edir

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Milli Məclisin deputatı Müşviq Məmmədli Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək, kosmonavtların xilas edilməsi və kosmik obyektlərin geri qaytarılması ilə bağlı beynəlxalq Sazişə qoşulma layihəsinin əhəmiyyətini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Azərbaycan bu addımla beynəlxalq hüquq sistemində, xüsusilə kosmik fəaliyyət sahəsində məsuliyyətli və etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir:

“Saziş kosmik fəaliyyət zamanı insan həyatının ali dəyər kimi qorunmasını, kosmonavtların təhlükəsizliyini və kosmik obyektlərin məsuliyyətli idarə olunmasını təmin edir. Azərbaycanın bu Sazişə qoşulması ölkəmizin beynəlxalq öhdəliklərə sadiqliyini və elmi əməkdaşlıq prinsiplərinə verdiyi dəyəri açıq şəkildə göstərir”.

Müşviq Məmmədli qeyd edib ki, Azərbaycan artıq kosmosda passiv iştirakçı deyil və Azərkosmos vasitəsilə qısa müddətdə regionun aparıcı kosmik dövlətlərindən birinə çevrilib:

“Azerspace və Azersky peykləri telekommunikasiya, yer müşahidəsi, fövqəladə hallar, ekoloji monitorinq və milli təhlükəsizlik sahələrində mühüm rol oynayır. Bu qurumlar həm texnoloji nailiyyət, həm də Azərbaycanın elmi potensialı və strateji baxışının nəticəsidir”.

Deputat bildirib ki, müzakirə olunan Saziş Azərbaycanın kosmik fəaliyyətinin hüquqi və etik əsaslarını möhkəmləndirir, insan həyatının qorunması və dövlətlərarası əməkdaşlıq prinsiplərini dəstəkləyir:

“Bu Sazişə qoşulmaqla Azərbaycan bir daha bəyan edir: biz kosmosu rəqabət deyil, əməkdaşlıq məkanı, təhlükə deyil, inkişaf fürsəti, nəzarətsiz sahə deyil, hüquqla tənzimlənən ümumbəşəri dəyər kimi görürük”.

Müşviq Məmmədli çıxışının sonunda layihənin müzakirəsinin və qəbulunun ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Afət ZİYADQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 16 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see214

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see207

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see197

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see155

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see150

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see146

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see145

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see138

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see134

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see133

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see133

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see133

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see132

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see131

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see130

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see129

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see127

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri