“Zirə”nin məşqçisi: “Bunlar gənclərin inkişafına töhfə verən amillərdəndir”
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Zirə”nin əvəzedici komandası çempionatda mövsümü 45 xalla 10 komanda arasında 6-cı sırada bitirib.
“Qartallar”ın baş məşqçisi Zaur Həşimov “Futbolpress.az“a açıqlamasında mövsümü dəyərləndirdi:
“Mövsüm bizimçün yaxşı keçdi. Həm əvəzedici komandada, həm də akademiyada prioritet nəticələr deyil. Buna baaxmayaraq, mövsüm ərzində ancaq öz akademiyamızın uşaqları ilə oynadıq. Bəzən rəqiblərin heyətində əsas komandadan təcrübəli futbolçular, legionerlər meydana çıxırdı. Onlara qarşı oynamaq gənclərçün bir stimul idi. Bu mövsüm həm də bir neçə dəfə fərqli taktikalar ilə oynamışıq. Futbolçularımızın bacarıqlarını meydanda göstərə bilməsinə çalışmışıq. Ümumilikdə mövsümü qənaətbəxş hesab edirəm”.
Mütəxəssis Əvəzedicilər Liqasının mümkün ləğvi məsələsinə də toxundu:
“Əvəzedici Liqanın ləğvini istəməzdim. Buna bir neçə səbəb var. İlk növbədə əvəzedici komanda akademiya ilə əsas komanda arasında tramplin rolunu oynayır. Gənclər burdan böyük komandanın qapısını döyməyə başlayır. Lqianın ləğvi aşağı yaş qrupları üzrə milli komandalara da təsir edəcək. Çünki U-17 və U-19 yığmasındakı uşaqların əksəri bu kollektivlərdən çıxır.
Liqanın ləğvi ilə eyni zamanda bir çox gənc futbola vida edəcək. Bu mövsüm bir neçə komanda Premyer Liqada gənclərə şans verdi. Məsələn, “Sabah”dakı Xəyal Əliyevin debütü onun əvəzedici komandadakı çıxışına görədir. Eyni zamanda “Şamaxı”da Edqar, Rüfət, Rauf, “Səbail”də Emin, Oruc, “Sumqayıt”da Nadir, Sənan, “Qarabağ”da Amin, Hikmet və bir çox adını çəkmədiklərim əvəzedicilərdən gələnlərdir. Legioner limiti ləğv olunmasına baxmayaraq, əvəzedicilərdə oynayanlar əsas komandada şans qazana bilər. Son iki mövsümdə Əvəzedicilərin yarışı maraqlı keçib. Gənclərdə oyunlara çıxmaqçün böyük stimul olur, bəzi matçlarda prinsipiallıq da yaşanır. Bunlar gənclərin inkişafına töhfə verən amillərdəndir”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 30 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















