Icma.az
close
up
RU
“Ziyalı Ocağı” İctimai Birliyi “Vətənin Qəhrəman Oğulları” adlı layihəsini həyata keçirdi

“Ziyalı Ocağı” İctimai Birliyi “Vətənin Qəhrəman Oğulları” adlı layihəsini həyata keçirdi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Sədri olduğum Ziyalı Ocağı İctimai Birliyi bu il Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən qrant müsabiqəsində qalib gələrək, “Vətənin Qəhrəman Oğulları” adlı layihəsini həyata keçirdi. 

Agentliyin maliyyə vəsaiti ilə reallaşdırılan layihənin qarşısında duran əsas məqsəd Azərbaycanın haqq davası uğrunda apardığı azadlıq mücadiləsi, torpaqlarımızın mənfur erməni işğalından qurtulması üçün igidlikləri ilə dastan yazan oğulların mədhi, vətənpərvərliyin təbliği idi.  

Layihə çərçivəsində “Tarix yazan Qəhrəmanlar” adlı Beynəlxalq Konfransın iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, dualar oxudular.

Xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin uyuduğu Xiyaban Birliyin üzvlərinin və onun qonaqlarının ziyarət etdiyi növbəti məkan oldu. 

Özbəkistandan, Türkiyədən, İsveçdən gələn qonaqlara bu müqəddəs məkanda uyuyan Şəhidlər haqqında müfəssəl məlumatlar verildi, xatirə şəkilləri çəkdirildi. İsveçli qonaq, əslən Şərqi Türküstanlı Abduşükür Muhammet bildirdi ki, “vətənin torpaq uğrunda ölməyə hazır olan övladları varsa, o torpaq heç zaman daimi işğal altında qalmaz. 

Azərbaycan xalqının 30 il ərzində  apardığı mübarizlik mücadiləsi bunu əyani şəkildə bütün dünyaya bəyan etdi”.

Növbəti gün may ayının 31-də Konfrans iştirakçıları səhər tezdən konfransın keçiriləcəyi məkana –Laçın şəhərinə yollandı. Özəkistan və Azərbaycan Prezidentlərinin açılışını etdikləri Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı orta məktəbində yol üstü dayandıq. 

İştirakçıların çoxluq təşkil etdiyi özbəkistanlı qonaqlar bu məktəbi- “öz məktəbimizdir” -deyərək əzizləyirdilər.  

Biz bu səfər zamanı çox qürurlu idik- vöz doğma torpağımızda idik. İllərlə bu doğma məkanlarda olmaq, buranı görmək istəyi ilə yaşamışdıq. Artıq bizim ayağımız bu torpaqda idi. Günəş bizə gülümsəyirdi. Doğma Füzuli mehriban və əziz qucağını öz qonaqlarına açmışdı.

Ali Baş Komandanın və Onun rəşadətli əsgərlərinin qətiyyətli mübarizəsi sayəsində düşmən caynağından qurtulan Füzuli şəhərində qısa zaman kəsiyində aparılan tikinti-abadlıq işləri gözü-könlü oxşayırdı.

Füzulidən ayrılaraq, üzü Hadruta doğru yol aldıq. Gözəlliklər məskəni, tarixi Azərbaycan torpaqları -qədim Qarabağ bizi öz ağuşuna səsləyirdi. Sevincimiz böyük idi, amma boynu buruq idi. Vaxtilə ən abad, inkişaf etmiş şəhər və kəndlərimiz, ellərimiz, obalarımız azğın erməni vandalları tərəfindən yerlə-yeksan edilmişdi. Mən və ekspert bütün bu dağıntılarla, işğalla bağlı qonaqlarımıza məlumat verir və mövcud vəziyyəti özündə əks etdirən yurd yerlərimizi onlara göstərirdik.

Yol boyu Şəhidlərimizin şəkli həkk olunmuş lövhələrə rastlayırdıq. 

Maşından enib, onların ruhuna fatihələr oxuyurduq. Bu gənclərin qısa ömür yolu  qəlbimizi ağrıdırdı. Belə ziyarətlərdən biri zamanı, özbəkistanlı alim, filologiya elmləri doktoru Govhar Matyaqubova göz yaşlarını saxlaya bilmədi: – “Mənim ürəyim gəlmir bu torpağın üstünə ayağımı qoymağa. Bu torpağın üstündə bu oğlanların qanı var”- dedi.

Yol boyu dağıdılan evlərin, ellərin mənzərəsini ürək ağrısı ilə seyr edən filologiya elmləri doktoru Gulkar Hamroyeva özünün çalışdığı Özbəkistan Dövlət Teleradio Kompaniyasındakı efirə çıxan verilişi üçün öz fikirlərini diktafona söyləyirdi. Ö göz yaşlarını saxlaya bilmirdi, durmadan erməni barbarlığını lənətləyirdi.

Türkiyədən konfransa qatılan Yaşar Aydınlık – “Bütün türk elləri bir olarsa heç bir güc onun qarşısında dayana bilməz” -dedi.

-“Mən bütün işimi ataraq, yalnız Azərbaycanı, Qarabağı görmək, eləcə də bu torpağı mətanətlə qoruyan igidlərin həyat dastanının dinləmək üçün bu ata diyarına gəldim. Məni yola salan dostlarım, çevrəm Qarabağla bağlı çox məlumatlarla gəlməyimi rica etdilər”.

Y. Aydınlık –“Yaxşı ki, mənim də taleyimə bu tarixi türk torpaqlarında olmaq qisməti yazılıb” -deyə əlavə edir.

-“Belə gözəl yerlər murdar yağıya peşkəş edilməz”- deyə əlavə edir.

Zəfərimizin özü qədər uca və əzəmətli görünən Zəfər yolu ilə üzü Dağlıq Qarabağa sarı yol alırıq. Yol bizi dağlar qoynunda ucalan əsrarəngiz Şuşadan alıb, üzü Laçına doğru aparır.Yol boyu, ürəyimizi həyəcan, sevinc dolu hisslər bürüyür.

Nəhayət, Laçın şəhər 2 saylı məktəbə çatırıq. Dərs vaxtının qurtarmasına rəğmən yolun uzunluğunu nəzərə alaraq, bizi gözləyirlər. Əsl Laçın qonaqpərvərliyi. Məktəbin direktoru Sevinc xanım Cabbarova səmimi, mehriban bir nəvazişlə qonaqları salamlayır, qonaqlara Azərbaycan şirniyyatları ilə zəngin süfrə açır. Bir az dincəlməyimizi, çay içməyimzi rica edir. Öz işini xüsusi bacarıqla icra edən Sevinc xanım mehriban və qonaqpərvər olmaqla yanaşı, eyni zamanda, işinin peşəkarıdır. Xüsusi proqramla bizi salamlayan məktəb kollektivinin aktiv iş tərzi və üslubu təqdirəlayiq idi.   

Konfrans salonunda artıq iştirakçılar bizi gözləyir. Təntənəli himninimizin sədaları altında öz proqramını açan Beynəlxalq Konfransın iştirakçıları bu torpaqları yağı caynağından qurtaran Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.

Konfrans  bir-birindən maraqlı çıxışlarla yadda qaldı. Layihə rəhbəri İlahə Əliyeva: –“Mən bu gün sevincliyəm, qürurluyam, nəhayət ki, bu torpaqlardayam”-dedi.

-“30 il idi ki, bu günləri xəyallarımızda –olar, olmaz -deyə yaşadıq. – Şükürlər olsun ki, bu günü yaşayırıq. Keçirdiyim hisslərin tərifi mümkün deyildir. Sadəcə, bu gün bu möhtəşəm hissləri bizə yaşadan Ali Baş Komandanıza, Şəhidlərimizə, Qazilərimizə, Əsgərlərimizə, tarix yazan qəhrəmanlarımıza minnətdarıq” -deyə İ.Əliyeva əlavə etdi.

Tədbirdə çıxış edən özbəkistanlı alim Gulkar Hamroyevanın bir sözü bütün konfrans iştirakçılarının baxışlarını dondurdu. O, vurğuladı ki, -“Üstündə gəzdiyiniz bu torpaq qızıldır -çünki bu torpaq Şəhidlərin qızıl qanları ilə sulanıb”.

Tədbirin eksperti İradə xanım Nəsirova “- Biz bu günkü görüşə, ümumiyyətlə azad edilən torpaqlarımıza görə hünərləri ilə dastan yazan Oğullarımıza, Ali Baş Komandanımıza minnətdarıq. Onlar bu torpaqlar üçün, gələcək nəsillərimiz üçün canlarından, sağlamlıqlarından keçdilər. 

Bu gün məmləkətimizdə Şəhid adı müqəddəsdir, Əlil adı toxunulmazdır, Qazi, Əsgər adı yüksək ehtiramla çəkilir. Bütün bunlar bu qəhrəmanların vətən, torpaq uğrunda verdiyi canın, axıtdığı qanın əvəzi belə deyildir. Onlar bizim müqəddəs, toxunulmaz, yüksək dəyərlərə malik varlıqlarımızdır. Bizim və gələcək nəsillərin nümayəndələri hər zaman Şəhidləri, Əlilləri, Qaziləri,  Əsgərləri hörmətlə və minnətdarlıqla anacaqlar”.

“Tarix yazan qəhrəmanlar”ın şərəfinə edilən maraqlı çıxışlar öz yerini sonda ədəbi-bədii hissəyə verdi. Laçın şəhər 2 saylı orta məktəbin şagirdlərinin ifasındakı səhnəciklər, Özbəkistanın “Ləzgi” rəqs ansamlının üzvü Risolat Sapayevanın möhtəşəm çıxışı Konfrans iştirakçılarının gözünü-könlünü oxşadı. Nə konfransın qonaqları, nə də ev sahibləri ayrılmaq istəmirdilər, amma Laçın səmasından öz şəfəqlərini gizlətməyə çalışan günəş axşamın yaxınlaşdığına işarə edirdi. Üzü axşama doğru uzanan yol bizi geri səsləyirdi…

İkinci tədbirimiz “Vətən mənə oğul desə nə dərdim” adlı konfrans isə təyinatı üzrə iyun ayının 27-də Sumqayıt şəhərində baş tutdu. “Ziyalı Ocağı”nın yenə qonaqları var idi. Beynəlxalq Konfransda aldıqları təəssüratlardan doymayan Özbəkistanlı jurnalistlər Zamira Beşimova ilə Dildora Abdullayeva bu dəfə özləri ilə birgə Özbəkistan Televiziyasının digər əməkdaşını- Nozima Rizayevanı da gətirmişdilər. Tətil olmasına baxmayaraq, konfrans salonuna bir xeyli şagird və müəllim heyəti toplanmışdı.

Tədbirin baş tutmasında Sumqayıt Abşeron Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Günel Zeynalovanın, Sumqayıt şəhər 18 saylı məktəbin direktoru Leyla Abdullayevanın əməyi böyük idi. Buradan onlara öz minnətdarlığımızı bildiririk.

Layihə çərçivəsində görüşlər, ziyarətlər də gerçəkləşdirildi. İyun ayının 28-də Sumqayıt şəhər Şəhidlər Xiyabanındakı ziyarət qonaqlarda xalqımızın əzmi, səbri, döyüş məharəti, eləcə də vətən sevgisi ilə bağlı zəngin təəssüratlar yaratdı. Onlar Qənimət Parkında oldular, ümumiyyətlə, olduqları hər yerdə çalışdıqları redaksiya üçün birbaşa reportajlar hazırladılar, müsahibələr götürdülər. 

Təbii ki, layihə çərçivəsində tədbirlərimizin əsas məğzi vətənpərvərliyi təbliğ etmək, Azərbaycan həqiqətlərini yaymaq, igidlikləri ilə dillərə dastan olan azman cəngavərlərimizi bir daha dünyaya tanıtmaq idi. Ümidvarıq ki, bu gün təbliğatını apardığımız vətənpərvərlik ideyasının təbliği illər sonra öz bəhrəsini verəcək, qardaş, dost ölkələr arasında bu gün saldığımız körpülər ildən-ilə daha da möhkəmlənəcək, əbədi və sarsılmaz tarixi bağlarla daha da sıx bir şəkildə birləşəcəkdir.   

İlahə Bayındır (Əliyeva)

“Ziyalı Ocağı” İctimai Birliyinin sədri- layihə rəhbəri

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see119

Çaki öldü

29 May 2025 00:07see117

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Peskov: İstanbul növbəti Rusiya Ukrayna danışıqlarının yeri ola bilər

28 May 2025 18:23see114

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see114

Zakir Həsənov Yaşar Gülərlə görüşdü

28 May 2025 18:27see111

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see111

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see111

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see111

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see110

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

29 May 2025 00:46see110

Tramp Rusiyaya sanksiyaları dayandırdı Səbəbi

28 May 2025 22:34see110

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see110

Oktyabrda verilməli olan qərar indi açıqlanır Bir gecədə qərar verildi

28 May 2025 23:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri