Icma.az
close
up
RU
Zülfüqarov onunla eyni vaxtda Ermənistanda nazir işləyən Oskanyanı İFŞA ETDİ: “Köçəryanın adamıdır, ona görə də…” KONKRET

Zülfüqarov onunla eyni vaxtda Ermənistanda nazir işləyən Oskanyanı İFŞA ETDİ: “Köçəryanın adamıdır, ona görə də…” KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Son vaxtlar 1990-cı illərin sonunda baş verən hadisələr erməni mətbuatında müzakirə edilir. Guya həmin dövrdə ərazi mübadiləsi təklifi olub və sonra danışıqlar baş tutmayıb. Bu məsələni vaxtaşırı gündəmə gətirən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan həmin dövrlə bağlı təzadlı bəyanatlar səsləndirir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, həmin dövr uzun və qarışıq bir zaman kəsiyini əhatə edir:

“O vaxt mən Azərbaycan xarici işlər nazirinin müavini olarkən Oskanyan da Ermənistan XİN-də nazir müavini idi. Daha sonra mən Azərbaycan, o isə Ermənistan XİN-ə rəhbər təyin olunduq. Eyni vaxtda proseslərdə iştirak etdik. İndi Oskanyan müxtəlif şəkildə bu məsələni şərh edir. Təkcə Vardan Oskanyan deyil, başqaları da bu mövzuda danışmağı xoşlayır. Bildirim ki, Vardan Oskanyan Robert Köçəryana yaxın adam kimi, onun mövqeyini, maraqlarını əks etdirən bəyanatlar verir”.

Daha sonra Oskanyanın toxunduğu ərazi mübadiləsi məsələsini şərh edən keçmiş xarici işlər naziri maraqlı məqamlara toxunub:

Azərbaycan tərəfi “mübadilə” mövzusunun müzakirəsindən yalnız iki dövlət arasında birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə etdi. Köçəryan buna yalnız 1998-ci ilin aprelində razılıq verdi. Məhz bundan sonra münaqişə reallığa tam uyğun gələn təsnifat aldı və dövlətlərarası münaqişə kimi xarakterizə olundu. Heydər Əliyevin əsas məqsədi münaqişənin ssenarisinin dəyişdirilməsi idi. Məhz bunun sayəsində mövqeyimiz imkan verir ki, Qərbi Azərbaycan, Zəngəzur, Dərələyəz, Göyçə kimi mövzuları gündəmə gətirək”.

Tofiq Zülfüqarov separatçı “Dağlıq Qarabağ” rejiminin danışıqlardan uzaqlaşdırması prosesinə də toxunub:

“Ermənistanda elə bilirlər ki, bunu Köçəryan öz xoşu ilə edib. Köçəryan bu addımı Azərbaycanın mərhum Prezidenti, Ulu Öndər Heydər Əliyevin təsiri altında atdı. Bununla da qondarma rejim tərəf kimi danışıqlardan tam kənarlaşdırıldı. İndi ermənilər Köçəryanı bu məsələdə ittiham edirlər. Vardan Oskanyanın da bu məsələdə ittiham olunması hamıya bəllidir. Ona görə də, onun şərhlərinin təxminən hansı istiqamətdə olduğunu bilirəm. Amma mənim şərhlərim göz qabağındadır və dəfələrlə ona cavab verilib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri