Fatih Tekke istefa verdi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin "Alanyaspor" klubunun baş məşqçisi Fatih Tekke istefa verib.
QOL.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssis Superliqanın 11-ci turunda "Bodrumspor"la səfərdə qolsuz heç-heçə etdikləri oyundan sonra qərarını açıqlayıb.
Alanya təmsilçisi hazırda Superliqada 10 xalla 15-ci pillədədir.
Qeyd edək ki, Fatih Tekke bu ilin yayından "Alanyaspor"u çalışdırırdı. Türkiyə millisinin sabiq hücumçusu daha əvvəl "Boluspor", "Manisaspor", "Denizlispor", "Bursaspor" və "İstanbulspor"u da çalışdırıb.

