Icma.az
close
up
RU
İsveçdə istixana qazı emissiyaları dünya ərzaq istehsalına təhlükə törədir AZƏRTAC

İsveçdə istixana qazı emissiyaları dünya ərzaq istehsalına təhlükə törədir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 4 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Əgər İsveç son 33 ildə istixana qazı emissiyalarına töhfə verməsəydi, ildə 250 mindən çox insan qidalana bilərdi.

AZƏRTAC xəbər verir ki, bu barədə fəaliyyəti dünyada yoxsulluq, bərabərsizlik və sosial problemlərə toxunan beynəlxalq “Oxfam” xeyriyyə təşkilatının son hesabatında deyilir.

Hesabata görə, hər yeddi isveçlidən birinin daxil olduğu planetin ən zəngin 10 faizi dünya tullantılarının yarısına cavabdehdir.

“Oxfam”ın iqlimşünas alimi Astrid Nilsson Lyuis deyir: “Biz artıq belə ağır təsirləri gördüyümüz üçün şokdayıq və vəziyyətin daha da pisləşəcəyini anlayırıq”.

“Oxfam” proqnozlaşdırır ki, dünyanın ən zəngin insanlarının emissiyaları 2050-ci ilə qədər ərzaq məhsuldarlığını azaldacaq, halbuki, orta hesabla, illik məhsul itkiləri təxminən 148,8 milyon insanı qidalandıra bilər. Artıq bu gün isveçlilərin tullantıları ildə 260 min insanı qidalandıra biləcək məhsul itkisinə səbəb olur və bu rəqəm 2050-ci ilə qədər iki dəfə arta bilər.

Lyuis əlavə edir: “İsveç kiçik bir ölkədir və biz iqlimlə mübarizə üçün hər şeyi edirik. Lakin bizdə hələ də qeyri-mütənasib dərəcədə yüksək emissiyalar var ki, bu da artmaqda davam edir və bütün dünyada dağıdıcı nəticələrə səbəb olur”.

İnsanların istixana qazı emissiyaları artıq isti dalğaları, məhsulun azalması və iqtisadi itkilər səbəbindən ölümlərə səbəb olur.

“Oxfam”, həmçinin qarğıdalı, buğda və soya kimi bitkilərin məhsuldarlığının emissiyalara görə nəzərəçarpacaq dərəcədə azaldığını təxmin edir. Bu emissiyalar olmadan, 1990-2023-cü illər arasında 48,2 milyon insanın ərzaq təhlükəsizliyinə malik ola biləcəyi təxmin edilir. Temperaturun daha da yüksəlməsinin bitkilərə mənfi təsir göstərəcək quraqlıq və yağış kimi ekstremal hava şəraiti səbəbindən vəziyyəti daha da pisləşdirəcəyi gözlənilir.

Bir həftə sonra Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində əsas mövzulardan biri iqlim dəyişikliyindən itki və zərərin ödənilməsi üçün fondun maliyyələşdirilməsi olacaq. “Oxfam” təklif edir ki, İsveç bu fonda 24 milyard kron (2,24 milyard dollar) töhfə versin ki, bu da ölkənin multimilyonçuları və milyarderlərinə sərvət vergisi tətbiq etməklə ödənilə bilər. Lyuis qeyd edir ki, belə bir vergi sayəsində 158 milyard kron (14,7 milyard dollar) toplana bilər ki, bu da iqlim dəyişikliyindən dəyən zərərin ödənilməsinə kömək edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri