Icma.az
close
up
RU
Maya Sandu üçün həyəcan təbili çalınır Moldovada nə baş verəcək? KONKRET

Maya Sandu üçün həyəcan təbili çalınır Moldovada nə baş verəcək? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb. Bununla da o, ardıcıl ikinci dəfə prezident seçilib. Maraqlı məqam isə ondan ibarətdir ki, Sandu ölkə ərazisində əsas rəqibi Aleksandr Stoyanoqloya məğlub olub. Belə ki, Stoyanoqlo 51.19 faiz səs topladığı halda, Sanduda bu rəqəm 48.81 olub.

Hazırkı prezidentin qalib olmasına səbəb isə xaric ölkələrdə qazandığı səs faizləridir.

Maraqlıdır, növbəti il Moldovada parlament seçkiləri baş tutacaq. Aİ-yə inteqrasiyanı hədəfləyən Sandu parlamentdə üstünlük qazana bilməsə, hadisələr hansı ssenari ilə inkişaf edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yalçın Hacızadə Qərbin və Rusiyanın atdığı addımlardan söz açıb:

“SSRİ və Varşava paktı dağıldıqdan sonra Qərb ittifaqları və təşkilatları Şərqə doğru, yəni sovet “şinelindən” çıxımış ölkələrə tərəf genişlənməyə başladı. Bəzi dövlətlər sözügedən təşkilatlara üzv oldu, bir neçəsi isə Rusiyaya qarşı istifadə etmək üçün bufer zona kimi saxlanıldı. Eyni zamanda, Rusiya keçmiş ittifaq ölkələrinin onun təsirindən çıxmasının qarşısını almaq üçün həmin dövlətlərdə separatizmi dəstəklədi, etnik tərkibli münaqişələr yarada bildi. 1990-cı ildə həmin ərazilərdə davam edən Rusiya – Qərb gərginliyi bir çox dövlətləri qorxutdu. Əslində, bu məqam Ukrayna müharibəsi başladıqdan sonra daha da çoxalmağa meyl etdi. Sosializmdən Qərb ittifaqlarına keçmiş bir çox ölkələr indi görürlər ki, onlar Rusiyaya qarşı istifadə olunur və Rusiyanın Amerika qarşısında zəiflədilməsi üçün münaqişələrə sövq edilir”.

Ekspert Moldova əhalisinin Qərb “yox” deməsinin də səbəblərini açıqlayıb:

“Moldovanın daxilində yaşayanların da Qərblə yaxınlaşmağa “yox” deməklərinin kökündə rəsmi Moskva ilə münaqişədə maraqlı olmamaları, ölkənin iqtisadi və mədəni bağlılığının Rusiya ilə daha çox olması, həmçinin gərginlik zamanı Qərbin Rusiya ilə Moldovaya görə açıq münaqişəyə girməyəcəklərini görmələridir. Hesab edirəm ki, yenidən prezident seçilən Maya Sandu bundan sonrakı siyasətində ölkə əhalisinin əksəriyyətinin onun siyasətini dəstəkləmədiyini nəzərə alaraq davam etdirəcək. Görünən odur ki, Moldovada da Gürcüstanda olduğu kimi əhali ölkənin Rusiya ilə Qərbin mübarizə meydanına çevrilməsini istəmirlər. Bu da liberal hakim siyasi ideologiyanın zəifləyəcəyini, gələcəkdə yerini mühafizakarlarla verəcəyini deməyə əsas verir”.

Məlik Məlikov,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri