Icma.az
close
up
RU
108 il əvvəlin bu günü: Azərbaycan belə müstəqil oldu FOTOLAR

108 il əvvəlin bu günü: Azərbaycan belə müstəqil oldu FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan və dünyadakı milyonlarla azərbaycanlı  Müstəqillik Gününü qeyd edir.

"Cebheinfo.az" xəbər verir ki, 28 may 1918-ci il Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi imzalanaraq bütün müsəlman Şərqində ilk dünyəvi, demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. 

Beləiklə, bütün Şərq dünyasında ilk dəfə olaraq respublika idarəetmə forması seçildi, qadınlara seçmək və seçilmək hüququ verildi. Azərbaycanın üçrəngli dövlət bayrağı, gerbi və himni təsis edildi, Azərbaycan dili dövlət dili elan olundu.Çoxpartiyalı parlament və nizami milli ordu yaradıldı.

Müasir müstəqil Azərbaycan Respublikası 1918–1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. 

Məmməd Əmin Rəsulzadə AXC-nin ali idarəetmə orqanı olan Azərbaycan Milli Şurasının sədri seçildi. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı Azərbaycan müstəqillik mübarizəsinin əsas rəmzinə çevrildi.

27 iyun 1918-ci ildə türk (Azərbaycan) dili dövlət dili elan olundu. 26 iyun 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusu yaradıldı.

28 may 1918-ci ildə qəbul edilən 6 bəndlik Müstəqillik Bəyannaməsi dövlətin təməl prinsiplərini müəyyən etdi:

Suverenlik: Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Şərqi və Cənubi Zaqafqaziyanı əhatə edir.

Xalq hakimiyyəti: Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

Beynəlxalq münasibətlər: AXC bütün millətlərlə, xüsusən qonşu dövlətlərlə dostluq münasibətləri qurmaqda qərarlıdır.

Bərabərlik: AXC millətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar təmin edir.

Etnik hüquqlar: AXC onun ərazisində yaşayan bütün xalqlara sərbəst inkişafı üçün geniş şərait yaradır.

Müvəqqəti hökumət: Müəssislər Məclisi toplanana qədər dövlətin başında Xalq tərəfindən seçilmiş Milli Şura və onun qarşısında məsul olan Müvəqqəti Hökumət durur.

23 ay sonra, 1920-ci ilin 28 aprelində beynəlxalq hüquq normalarını kobudcasına pozan Rusiyanın hərbi müdaxiləsi nəticəsində Azərbaycan işğal edildi, AXC süqut etdi.

28 May bayram kimi 1990-cı ildən etibarən rəsmi olaraq dövlət səviyyəsində qeyd edilir.

15 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sənədlə tarixi ədalətin tam bərpası məqsədilə 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Bu mühüm addım Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır və müasir Azərbaycanın AXC-nin tamhüquqlu varisi olduğunu hüquqi olaraq bir daha təsdiqləyib.

Elnarə Kərimova

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 May 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri