Icma.az
close
up
RU
12 günlük istirahət bitdi İş rejimini necə bərpa edək?

12 günlük istirahət bitdi İş rejimini necə bərpa edək?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda son illərin ən uzunmüddətli - 12 günlük tətil başa çatıb. İş həyatında uzunmüddətli istirahət həm fiziki, həm də zehni sağlamlığı bərpa etmək üçün olduqca vacibdir. Xüsusilə stresli iş mühitlərində fəaliyyət göstərənlər müəyyən bir müddət ərzində işdən uzaqlaşmağa ehtiyac duyurlar. Lakin uzun müddət davam edən istirahətdən sonra işə qayıdanda əmək məhsuldarlığının azalması tez-tez qarşılaşılan bir reallıqdır. Bu vəziyyətin yaranmasında psixoloji və fiziki amil rol oynayır.

Uzunmüddətli istirahət sonrası məhsuldarlığın azalması faktlarla təsdiqlənmiş bir gerçəklikdir.

İş dünyası və idarəetmə sahəsində məşhur jurnallardan olan "Harvard Business Review" tərəfindən  aparılan araşdırmaya görə, istirahət sonrası işə qayıdan işçilər ilk üç gün ərzində əvvəlki fəaliyyət səviyyələrinin yalnız 60 faizini göstərə bilirlər. Bu azalma zehni və fiziki adaptasiya ilə əlaqədardır. İstirahət zamanı işçilər gündəlik monoton iş rejimindən uzaqlaşır və bu da onların diqqəti yayınır. İnsan beyni uzun fasilələrdən sonra əvvəlki iş tempinə qayıtmaq üçün müəyyən bir müddətə ehtiyac duyur.

Bundan əlavə uzunmüddətli istirahət dövrü işçilərin fiziki aktivlik səviyyəsini azalda bilər. İstirahət zamanı bədən daha çox rahatlıq tapır və işə qayıdanda fiziki yorğunluq və passivliklə üzləşə bilər.

Zehni adaptasiya və iş rutininin dəyişməsi kimi faktorlar işçilərin məhsuldarlığını azaldan amillərdir. Bununla yanaşı uzunmüddətli istirahət sonrası işə qayıdan işçilərin psixoloji vəziyyəti də məhsuldarlığa təsir edir. Bir çox işçi işə başlamağa və əvvəlki iş şəraitinə qayıtmağa çətinlik çəkir.

Uzun müddət fasilə edən işçilər işə qayıtdıqda daha stressli və narahat olurlar. Bu da, işçilərin əvvəlki iş tempinə uyğunlaşmasını çətinləşdirir və məhsuldarlıqda azalmaya səbəb olur. Əlavə olaraq bəzi işçilər uzun istirahət dövrü ərzində öz karyeralarını və ya mövcud iş şəraitlərini yenidən qiymətləndirirlər. Bu işə qayıdanda tərəddüdlərə və motivasiya itkilərinə yol aça bilər.

İqtisadi təsirlər baxımından, uzunmüddətli istirahət dövrü sonrası əmək məhsuldarlığının azalması ciddi nəticələr doğura bilər. Əmək məhsuldarlığının azalması birbaşa istehsalın azalmasına səbəb olur.

Dünya üzrə nüfuzlu  idarəetmə konsultasiya şirkətlərindən  olan McKinsey & Company tərəfindən aparılan tədqiqatda göstərilir ki, işçilərin məhsuldarlığının 10 faiz azalması müəssisənin gəlirində orta hesabla 3 faiz geriləməyə gətirib çıxarır. Bu xüsusilə istehsal və xidmət sahələrində daha çox hiss olunur. Məhsuldarlığın azalması şirkətlərin əlavə işçi qüvvəsinə və daha çox resursa ehtiyac duyduğu bir vəziyyət yaradır. Bu da ümumi istehsal proseslərini zəiflədir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bəyan edir ki, istehsalın azalması yalnız müəssisələr üçün deyil, həm də ölkə iqtisadiyyatı üçün ciddi təsirlər yaradır. İqtisadiyyatın böyüməsi əmək məhsuldarlığının artımına əsaslanır. Uzunmüddətli istirahət dövrləri düzgün idarə olunmazsa ümumi məhsuldarlıq və iqtisadi artım 0,5 faizə qədər azala bilər.

Bundan əlavə məhsuldarlığın azalması inflyasiya təzyiqlərinə də yol aça bilər. Dünya İqtisadi Forumunun   yayımladığı bir araşdırmaya görə əmək məhsuldarlığının 5 faiz azalması, qiymətlərin 2 faiz  qədər artmasına səbəb ola bilər. İşçilərin məhsuldarlığı azaldıqca təchizat problemləri yaranır və qiymətlər yüksəlir. Bu da inflyasiya təzyiqini artırır.

Uzunmüddətli istirahət sonrası məhsuldarlıqda azalma ən çox sənaye, səhiyyə,  həmçinin maliyyə və bank sahələri kimi yüksək stresli və intensiv fəaliyyət tələb edən sahələrdə müşahidə olunur. Bu sahələrdə çalışan insanlar uzun müddətli istirahət sonrası ən çox əziyyət çəkən qruplara daxildir.

Xüsusilə həkimlər və tibb bacıları, çox vaxt fiziki və emosional cəhətdən yorulurlar. Uzunmüddətli istirahət dövrü bəzən işçilərin təzyiq altında qərar qəbul etmə bacarıqlarını və fiziki səviyyələrini aşağı sala bilər.

İstehsal və sənaye sektorunda çalışanlar intensiv iş şəraitinə malikdirlər. Xüsusilə fiziki olaraq tələbkar işlərdə fəaliyyət göstərən işçilər,istirahət dövründən sonra əvvəlki ritm və tempə qayıtmaqda çətinlik çəkirlər.

Maliyyə analitikləri, bank işçiləri və digər mütəxəssislər istirahət sonrası sürətli qərar vermək, detallara diqqət yetirməkdə çətinlik çəkə bilərlər. Bu sahənin işçiləri üçün işə qayıdış daha çətin olur, çünki psixoloji və zehni adaptasiya prosesi daha uzun çəkə bilər.

İstirahət sonrası məhsuldarlığı bərpa etmək üçün ilk növbədə işə qayıdanda kiçik və prioritetli tapşırıqlarla başlamaq vacibdir. Bu işçinin özünü daha az təzyiq altında hiss etməsini təmin edir və işə motivasiyasını artırır. Böyük tapşırıqlara keçməzdən əvvəl kiçik işləri yerinə yetirərək işçi özünə güvən hissi qazanır.

İşin tədricən artırılması da məhsuldarlığın bərpa edilməsində mühüm rol oynayır. İstirahət dövründən sonra birbaşa çox ağır iş yükü altında olmaq işçinin zehni və fiziki olaraq yorulmasına səbəb ola bilər. Buna görə də işin düzgün idarə edilməsi tapşırıqların mərhələli şəkildə bölüşdürülməsi işin daha səmərəli olmasına kömək edir.

Fasilələrə zaman ayırmaq da vacibdir. Hər bir işin arasında qısa fasilələr vermək, zehni yorğunluğu aradan qaldırır və diqqətin cəmlənməsini təmin edir.

Motivasiya da məhsuldarlığın bərpa olunmasında əhəmiyyətlidir. İşə qayıdan zaman sosial dəstək və müsbət rəy almaq işçinin işə daha həvəslə yanaşmasına səbəb olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri