Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

12 il gecikmiş ifşa: Fərəc Quliyev Əli Kərimli ilə bağlı sirləri açdı MÜSAHİBƏ

12 il gecikmiş ifşa: Fərəc Quliyev Əli Kərimli ilə bağlı sirləri açdı MÜSAHİBƏ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, AXCP Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb. Onunla yanaşı, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə də eyni ittiham irəli sürülüb. 

Bundan başqa, Milli Şuranın sədri Cəmil Həsənli DTX-də şahid qismində ifadə verib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb və onun da artıq Azərbaycana deportasiya edildiyi xəbəri yayılıb.

Məhkəmə Əli Kərimli barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçib.

Baş verənlərlə bağlı “Cebheinfo.az”-ın suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev cavalandırıb.

- Fərəc bəy, “Azərbaycanda “5-ci kolon” müharibədəki Zəfərdən sonra açıq-aşkar fəallaşması nə ilə bağlıdır?

- Bugünkü hadisə Əli Kərimli və yandaşlarının ilk “əl işi” deyil. 2013-cü ildə prezident seçkiləri ərəfəsində Əli Kərimli və yandaşları Milli Şurada toplaşaraq artıq açıq şəkildə dövlətə xəyanətə cəhd etdilər. Onların iradəsindən asılı olmayaraq, bu çevriliş və Qarabağda ikinci erməni dövləti qurma baş tutmadı. 

2013-cü ildə prezident seçkiləri ərəfəsində Milli Şurada ilk vaxtlar təmsil olunan və sonra bu qurumun missiyasının nədən ibarət olduğunu bilib oranı tərk edən hörmətli Rauf Arifoğlunun müsahibəsindən bir hissəni nəzərə çatdırmaqla prosesə işıq salmaq olur: “Milli şura , xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər”.

Mən bu haqda 20 oktyabrda “Müsavat TV“-də canlı yayımda ilk dəfə bəzi məsələlərə toxunmuşam. 2013-cü ildə Azərbaycanda ilk dəfə dövlət çevrilişinə cəhd haqda biz məlumatlı olduq və hakimiyyətin ən yüksək səlahiyyətlilərini məlumatlandırdıq. 2013-cü ildə partiyamızın Şamaxı təşkilatının səlahiyyətli nümayəndəsi Əmirxan bəy Moskvadan zəng edib bildirdi ki, Moskvada cərrahiyyə institunun akt zalında Volodinin rəhbərliyi ilə Azərbaycanda dövlət çevrilişi etmək üçün xüsusi hazırlıqlara həsr olunmuş toplantı keçirilib.

Bakıda yerli xəyanatkarlardan ibarət Milli Şura və Moskvada isə onları maliyyələşdirəcək Milyarderlər ittifaqı yaradılacaq. Mən Əmirxan müəllimin dərhal Bakıya gəlməsini və müvafiq strukturlara bildiyi və müşahidə etdklərini rəsmən çatdırmasını xahiş etdim. O, Bakıya gəldi və mən Baş prokurorun müavini Rüstəm Usubovla danışdıqdan sonra Əmirxan müəllimdən bir neçə dəfə izahat alsalar da, bu iş yarımçıq qaldı və heç kim cəzalandırılmadı. Əmirxan müəllim ürəktutmasından dünyasını dəyişdi.

Mən Milli Məcliddə bir neçə dəfə də bu dövlət çevrilişi cəhdinə biganəliyi tənqid etsəm də heç kimə “gözün üstə qaşın var” deyən tapılmadı. İndi aydın olur ki, hakimiyyətdə olan Rusiyanın “beşinci kolon”u bütün gücü ilə bu prosesə mane olub.

- Uzun illərdir Ramiz Mehdiyevin AXCP sədri Əli Kərimli ilə əlaqələrinə dair fikirlər səsləndirilirdi. İndi stintaqı aparılan bu əməllərin sözügedən iki şəxs tərəfindən açıq müstəviyə keçməsinə nə təkan verdi?

- Ozamankı MTN –nin (Millii Təhülkəsizlik Nazirliyi) durumu və rəhbərliyinin nə vəziyyətdə olması hamıya məlumdu. Sonralar parlanent seçkilərində mənə qarşı qurulan oyunlar və Jirinovskinin ”biz millətçilərin parlamentə düşməsinin qarşısını aldıq” ifadəsi də bizim Azərbaycanda mütəmadi qarışıqlıq salmağa çalışan Rusiya və onun həm hakimiyyət, həm müxalifətdəki "5-ci kolon"una qarşı barışmaz mübarizəmizin nəticəsi idi. Əli Kərimli Rusiyanın qarşısında duran, Rusiyanın planlarını pozan və onu qorxuzan xalq hərəkatına mütəmadi ağır zərbələr vurub.

AXC-ni parçalayan əsas icraçılardan biri kimi onu dağıtmağa, bitirməyə nail oldu. Bu layihənin icraçıları yerli bölücülər, o cümlədən AXCP adı altında çıxış edən “Yurd” təşkilatı və hakimiyyətdəki “Rusiya uşaqları” olsa da, əmr və sifariş verən Rusiya idi. Azərbaycan xalqı yəqin ki, unutmayıb, 20 Yanvar qırğını zamanı Rusiya imperiya ordusunun baş cəlladı marşal Yazov deyirdi : “Biz Azərbaycana AXC strukturlarını dağıtmaq üçün gəlmişik”.

Rusiyanın ordusunun edə bilmədiyini bu şəbəkə etdi. Əli Kərimli gerçək milli demokratik müxalifəti “zərərsizləşdirib“ meydanda özü tək qalmaq üçün ötən illərdə hakimiyyətdəki şəriklərinin, Rusiyanın hakimiyyətdəki "5-ci kolon" nümayəndələrinin vasitəsi ilə AXC-dən nə qədər adamı şərlədi, satdı. Bir qismini ya təkrar əsgərliyə, ya həbsxanaya göndərtdi, ya da qorxudaraq mübarizədən uzaqlaşdırdı, yaxud 30 il küçələrdə razılaşdırılmış məğlubiyyətlərlə oyalayaraq bezdirdi, qocaldıb öldürdü. İndi AXC -ni bölənlərin yanında, AXCP adı ilə çıxış edən “Yurd” təşkilatında AXC-ni təsis edən 63 nəfərdən bir nəfər belə yoxdur.

- Əli Kərimli ilə bağlı prosesin yekununu necə görürsüz?

- Biz azad, hüquqi, demokratik cəmiyyət qururuq. Bu cəmiyyətdə hökuməti tənqid etmək, aparılan siyasətlə razılaşmamaq və bunu açıq şəkildə ifadə etmək hər bir vətəndaşın haqqıdır. Lakin kənardan idarə olunan, gizli maliyyələşən, düşmən dairələrlə əməkdaşlıq edən, ölkəni xaosa sürükləmək üçün təxribatlar hazırlayan şəbəkələrə bəraət yoxdur və ola da bilməz.

Hesab edirəm ki, xəyanət şəbəkəsinin kökündən qazılıb çıxarılması, cəmiyyətin gözü qarşısında, qanunun aliliyi çərçivəsində zərərsizləşdirilməsi dövlətçiliyimizin, milli birliyimizin tələbidir.

"Cebheinfo.az"

Açar sözlər: Fərəc Quliyev Əli Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see258

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see191

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see133

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri