140 min pikap geri çağırılır
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ford" şirkəti ABŞ-də təhlükəsizlik səbəbilə iri miqyaslı geri çağırma qərarı verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkət naqillərlə bağlı potensial nasazlıq ehtimalına görə təxminən 140 min "Ford Ranger" modelini servislərə dəvət edir.
Məlumata əsasən, problem avtomobillərin salon hissəsində - günəşlik və ya tavan örtüyündə yerləşən naqillərin zədələnməsi ilə bağlıdır. Bu hal qısaqapanma yaradaraq yanğın riskini artıra bilər. Rəsmi dilerlər avtomobillərdə yoxlama aparacaq, zəruri hallarda isə nasaz hissələri dəyişdirəcəklər.
Qeyd olunur ki, bu barədə məlumat Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən yayılıb.
Xatırladaq ki, şirkət son aylarda bir neçə dəfə oxşar problemlərlə gündəmə gəlib. Daha əvvəl proqram təminatındakı nasazlığa görə ABŞ-də təxminən 1.4 milyon "Ford F-150" modeli də geri çağırılmışdı. Bu hadisələr fonunda ilin əvvəlindən bəri "Ford"un bazar dəyəri 2.6 faiz azalaraq 51 milyard dollara enib.
Hüseyn
Milli.Az
Baxış sayı:100
Bu xəbər 23 Aprel 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















