Icma.az
close
up
RU
1.5 milyonluq mübahisə VeysəloğluYaycılı Qardaşların rəhbərinə stop qoyulması ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlandı

1.5 milyonluq mübahisə VeysəloğluYaycılı Qardaşların rəhbərinə stop qoyulması ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlandı

"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edinin müraciətinə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə noyabrın 14-də baxılacaq.

İşin mahiyyəti xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.

Qeyd: "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin 1 445 476 manat vergi borcu var. MMC Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir. 

Xəyal Quliyev

seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri