Icma.az
close
up
RU
150 şəhidin şəkli ilə yürüş: Vəhdət Partiyasının anım aksiyası (FOTOLAR)

150 şəhidin şəkli ilə yürüş: Vəhdət Partiyasının anım aksiyası (FOTOLAR)

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə böyük bir hüzn günü deyil, həm də milli qəhrəmanlığın və sarsılmaz iradənin simvolu kimi əbədi yer alıb. Məhz bu tarix münasibətilə Vəhdət Partiyası ənənəvi tədbirlərdən fərqli, cəmiyyətin diqqətini cəlb edən qeyri-adi, dərin rəmzi məna daşıyan bir yürüş təşkil edib.

Vəhdət Partiyasının rəhbər şəxsləri və üzvləri Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru yürüş edərək 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Yürüşün əsas özəlliyi isə iştirakçıların əllərində 20 Yanvar gecəsində şəhid olmuş 150 nəfərin fotolarını əks etdirən plakatlar daşıması olub. Bu səssiz, lakin mənalı yürüşlə partiya nümayəndələri faciənin miqyasını bir daha canlı şəkildə ictimaiyyətə çatdırıblar.

Partiyanın sədri Adəm İsmayıl Bakuvinin rəhbərliyi ilə keçirilən yürüşdə 200-ə yaxın partiya üzvü iştirak edib. Onlar insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilmiş mülki vətəndaşlarımızın fotolarını daşıyaraq, xalqın birliyini və şəhidlərimizə sədaqətini nümayiş etdiriblər.

Ümumxalq Hüzn Günündə Vəhdət Partiyasının təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət edib, məzarlar önünə gül və qərənfil dəstələri düzüblər. Onlar Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğullarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

36 il əvvəl Azərbaycanın qəhrəman övladları doğma Vətənin azadlığını, xalqın şərəf və ləyaqətini hər şeydən uca tutaraq qanlı Yanvar gecəsində şəhidlik zirvəsinə yüksəldilər. Məhz həmin gün Azərbaycan xalqı müstəqillik yolunda ilk böyük itkilərini verdi.

İllər sonra Ali Baş Komandanın başçılığı ilə Müzəffər ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut etdi. Sovet ordusunun törətdiyi bu qanlı cinayətdən onilliklər keçsə də, həmin gecənin ağrısı xalqımızın yaddaşından silinməyəcək. Azadlıq naminə həyatını fəda edən Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Yanvar 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri