Icma.az
close
up
RU
“166 Logistika Akademiyası” minlərlə gəncin karyera həyatına təsir edir Video

“166 Logistika Akademiyası” minlərlə gəncin karyera həyatına təsir edir Video

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün gənclər üçün ən böyük çağırış sadəcə diplom əldə etmək deyil, real bacarıq, praktiki təcrübə və aydın karyera yoludur. Məhz bu ehtiyacdan doğan “166 Logistika Akademiyası” 2019-cu ildən etibarən klassik tədris anlayışını dəyişərək, gənclərin gələcəyinə birbaşa təsir edən nadir platformalardan birinə çevrilib.

Akademiyanın əsasında dayanan əsas yanaşma sadədir - yalnız oxumaq yox, öyrənilənləri real iş mühitində tətbiq etmək.

“166 Yükdaşıma və Logistika” şirkətinin təsisçisi Aqil Zeynalovun təşəbbüsü ilə yaradılan bu akademiya qısa müddətdə minlərlə gəncin həyatında dönüş nöqtəsi olub. Burada tələbələr təkcə logistika sahəsini öyrənmir, eyni zamanda iş dünyasının qaydalarını, məsuliyyət anlayışını, peşəkar düşüncə tərzini və məqsəd qoyma mədəniyyətini formalaşdırırlar.

7 il ərzində 32 500 nəfər müraciət arasından seçilən gənclər üçün Logistika Akademiyası bir “təcrübə proqramı”ndan daha artıq məna daşıyıb. Bu, karyeraya açılan real qapı rolunu oynayıb. Bu gün minlərlə məzunun müxtəlif sahələrdə aktiv şəkildə çalışması akademiyanın effektivliyinin ən güclü göstəricisidir.

“166 Logistika Akademiyası” gənclərin yalnız biliklə deyil, dəyərlə, yanaşma ilə və düzgün istiqamətlə yetişdirilməsini hədəfləyir. Burada əsas məqsəd gəncləri hazır işçi kimi deyil, gələcəyin peşəkar liderləri kimi formalaşdırmaqdır.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 32 500-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 573 nəfər akademiyaya qəbul olub və onlardan hal-hazırda 157 əməkdaş “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə işlə təmin edilib. 

Aqil Zeynalovun rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüs bir daha sübut edir ki, düzgün qurulmuş sistem və inamla aparılan strategiya minlərlə gəncin karyerasında real dəyişiklik yarada bilər.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri