Icma.az
close
up
RU
17 ildə büdcəni belə talayıblar...

17 ildə büdcəni belə talayıblar...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Gənclər və İdman Nazirliyinin nümayəndəsi çıxış edib.

Cinayət hadisəsi 2006-2023-cü illər aralığında baş verib. Araşdırma zamanı məlum olub ki, 17 il ərzində müxtəlif idman tədbirlərinin təşkili üçün dövlət büdcəsindən Baş İdarəyə ayrılmış 871 min 255 manat mənimsənilib. Hazırkı vaxta kimi dəymiş ziyandan 100 min manatı Raqif Abbasov tərəfindən ödənilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətinə birbaşa gənclər və idman naziri rəhbərlik edib. 

Cinayət işində əsas epizodlardan biri idmançılara ayrılan mükafatların mənimsənilməsi ilə bağlıdır. İstintaqla müəyyən edilib ki, müxtəlif yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatları ayrılıb. Amma həmin pullar bankdan çıxarılaraq təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilib. 

Nazirlik nümayəndəsi R.Abbasov və E.Qulamova qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb. 

Müttəhim Abbasovun vəkili Ruzi Səmədov nümayəndədən “büdcə vəsaiti təyinatından kənar istifadə edilib” dedikdə konkret nəyi nəzərdə tutduğunu soruşub.

Nümayəndə isə belə cavab verib: “Hansısa intellektual yarışda qalib gələn idmançıya 8 manat ayrılıb. Mühasibatlıq tərəfindən idmançıya qol çəkdirilib, amma pul ödənilməyib. Həmin pullar da təqsirləndirilənlər tərəfindən mənimsənilib”.

Nümayəndənin cavabı müdafiə tərəfini qani etməyib.

Prokuror Eldar Həmzə məhkəmənin diqqətinə çatdırıb ki, ittiham tərəfi olaraq onlarda əksər sualların cavabı var. İstintaqın gedişində bütün suallar cavabını tapacaq.

Prosesin davamında 2004-cü ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər sektorunda çalışan şahid Samir Kazımov ifadə verib. O deyib ki, dövlət büdcəsindən ayrılan pulların xərclənməsinə o da nəzarət edib. Müxtəlif yarışların keçirilməsi üçün həmin vəsaitdən istifadə edilib. Kazımov məhkəmədə etiraf etməsə də, istintaq vaxtı dindirmədə deyib ki, təmsil etdiyi baş idarə on yarışdan ikisini keçirməyib, amma sənəd üzərində “keçirilib” kimi göstərilib. 

Şahid hakimin bu məsələ ilə bağlı sualına aydın cavab verə bilməyib.

Növbəti proses iyulun 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işinin ilkin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyun 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri