Kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Meksika ordusunun dörd hərbi qulluqçusu Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının başçısı "Çapo İsidro" ləqəbli Fausto İsidronun tutulması əməliyyatı zamanı həlak olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Bu cinayətkar qruplaşmanın üzvlərinin öz başçılarının ələ keçirilməsinə mane olmaq üçün göstərdiyi şiddətli müqavimət nəticəsində Quasave bələdiyyəsində təhlükəsizliyin gücləndirilməsi üçün göndərilmiş Meksika ordusunun müntəzəm piyada hissələrinin dörd hərbi qulluqçusu həlak olub", – məlumatda bildirilib.
Nazirlik əməliyyat zamanı yeddi hücumçunun öldürüldüyünü və səkkiz şübhəlinin saxlanıldığını dəqiqləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Noyabr 2026 04:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















