Icma.az
close
up
RU
Deputat: Dövlət Suverenliyi Günü Azərbaycan xalqının çoxəsrlik mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsidir

Deputat: Dövlət Suverenliyi Günü Azərbaycan xalqının çoxəsrlik mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsidir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 sentyabr, AZƏRTAC

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsidir. Hər bir müstəqil dövlətin varlığını şərtləndirən fundamental anlayışlardan hesab olunan dövlət suverenliyi Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

Deputat Azərbaycan xalqının otuz il ərzində işğalla barışmayaraq, döyüş meydanında tarixi zəfərlərə imza atdığını, ədaləti bərpa etdiyini, beynəlxalq hüququn prinsiplərini təmin etdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, müdrik sərkərdəliyi və xalqımızın sarsılmaz birliyi sayəsində ölkəmizin tarixinə şanlı səhifələr yazıldığını qeyd edən Mircəlil Qasımlı deyib: “Vətən müharibəsində qazanılan parlaq Zəfər otuz ilə yaxın davam edən işğala son qoydu, ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. İki il öncə bütün dünya Azərbaycan Prezidentinin müdrik sərkərdəliyi, ordumuzun qüdrəti sayəsində növbəti tarixi Qələbəyə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan Respublikasının dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsi ilə nəticələndi”.

Deputat bildirib ki, antiterror tədbirləri nəticəsində qondarma rejimi özünü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam bərpa olundu. Hakimiyyətin aliliyi və dövlət nəzarəti bərqərar edildi ki, bu da Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələdir. Artıq Azərbaycanın siyasi və inzibati idarəçiliyi ölkənin beynəlxalq səviyyədə tanınmış bütün sərhədlərində tam təmin olunub.

Dövlətimizin başçısı tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci ilin müstəqil Azərbaycan tarixinə regionda sülhün və əmin-amanlığın bərqərar olduğu il kimi yazıldığını bildirən Mircəlil Qasımlı qeyd edib ki, cari il bütün dünya Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş layihəsinin paraflanması ilə bölgədə sabitliyin möhkəmlənməsi və uzunmüddətli təhlükəsizliyin təmin olunması istiqamətində mühüm tarixi hadisəyə şahidlik etdi. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi Azərbaycanın təşəbbüsü ilə bölgəmizdə sülh və əmin-amanlıq bərqərar olur, yeni əməkdaşlıq imkanları yaranır.

“Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 20 sentyabr - Dövlət Suverenliyi Günü təsis edilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalanır. Bu tarixi nailiyyət dövlətimiz başçısının müdrikliyinin, Azərbaycan xalqının iradəsinin, ordumuzun gücünün təntənəsidir. Dövlət Suverenliyi Günü xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olaraq tariximizdə xüsusi yer tutur. Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə, bərpa olunmuş ərazi bütövlüyünə və tam təmin edilmiş suverenliyinə sahibdir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri