Icma.az
close
up
RU
183 ölkədən 1948,2 min turist gəlib

183 ölkədən 1948,2 min turist gəlib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1948,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 24,8 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 7,9 faizi İran, 6,8 faizi Hindistan, 4,5 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, hər birindən 2,3 faiz olmaqla Özbəkistan və İsrail, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan  və Küveyt, 1,1 faizi Belarus və 13,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil etmişdir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Qırğızıstandan - 35,7 faiz, Özbəkistandan - 31,6 faiz, Qazaxıstandan - 19,4 faiz, ABŞ-dan - 16,3 faiz, Kanadadan - 16,3 faiz, Niderlanddan - 16,3 faiz, Almaniyadan - 15,2 faiz, Pakistandan - 15,1 faiz, İtaliyadan - 15,1 faiz, Koreya Respublikasından - 10,3 faiz artmışdır. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,2 faizi hava, 22,5 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.        

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,6 faiz azalaraq 1605,0 min nəfər olmuşdur. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,0 faiz, İrana gedənlərin sayı 2,6 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 30,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,4 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil etmişdir. 

2025-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,6 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

M.Mirzə
XQ      

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see249

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see248

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see232

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see219

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see217

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see217

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see210

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see196

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see190

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see189

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see187

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see187

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see187

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see183

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see183

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see182

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see172

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see170

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri