Tramp: Dövlət borcu ilə bağlı problem həll olunmasa, ABŞ müflis ola bilər
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələnin həll edilməyəcəyi təqdirdə ölkənin müflis ola biləcəyi barədə xəbərdarlıq edib.
“Fox News” telekanalına müsahibəsində Amerika lideri dövlət borcuna tətbiq edilən mövcud məhdudiyyətin ləğvini təklif edib.
“Dövlət borcunun yuxarı həddi ilə bağlı qərar vermək vaxtı yaxınlaşır. Bu məsələni həll etməsək, ölkə müflis olacaq. Belə hal əvvəllər heç vaxt baş verməyib”, – deyə Tramp bildirib.
O, ABŞ-da dövlət borcuna yuxarı hədd qoyulmamalı olduğunu vurğulayıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 26-na ölkənin dövlət borcu rekord həddə – 40,52 trilyon dollara çatıb.
Hazırda dövlət borcunun qanunla müəyyən edilmiş yuxarı həddi 41,1 trilyon dollardır.
İkipartiyalı Siyasət Mərkəzinin hesablamalarına əsasən, bu limitə 2027-ci ilin fevral və ya mart aylarında çatıla bilər.
Baxış sayı:24
Bu xəbər 21 Noyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















