Icma.az
close
up
RU
20 Yanvar Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi

20 Yanvar Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Xalqların tarixində elə hadisələr olur ki,onun həm ruhunda,qan yaddaşında silinməz izlər buraxır,həm də qəhrəmanlıq salnaməsinin yeni parlaq səhifəsinə çevrilir.Belə hadisələrdən biri-Azərbaycan xalqının yaddaşına,tariximizə Qanlı Yanvar faciəsi kimi həkk olunmuş 1990-cı il 20 Yanvar hadisələridir.Sovet imperiya sisteminin totalitar mahiyyətinin qanlı nümunəsi kimi əsl simasını bütün dünyaya nümayiş etdirən,qoca,qadın,uşaqlar daxil mülki əhalini hədəf alan, xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə müşayiət edilən təcavüzkarlıq aksiyası olan o müdhiş hadisələrdən-20 Yanvar qətlamından 35 il keçir.
2
0 yanvar qətlamı-xalqımızın Qarabağ uğrunda və milli azadlıq mübarizəsini boğmaq, xalqı qorxutmaq,mübarizədən çəkindirmək məqsədi daşıyırdı.Amma sovet rejiminin Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmağa hesablanmış bu cinaytkar əməli tamamilə əks effekt-bumeranq effekti verdi…20 Yanvar faciəsi ,Azərbaycan xalqının təfəkkürünü sovet universitetırinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi, xalqımızı bir yerə toparladı,birləşdirdi,bir gecənin ərzində xeyli BÖYÜTDÜ,öz tarixi mübarizə ənənələrinə sadiqliyinin nümayişi kimi, milli azadlıq və müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi,Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 20 Yanvar qətlamı Azərbaycanda sovet sisteminə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi. 20 Yanvar qətlamı və ondan döğan müqavimət hərəkatı sovet sisteminin gözlənildiyindən daha tez dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdikləri qanlı hadisələrdən daha çox sürətləndirdi.20 Yanvar hadisələrinin və onun əks təsirinin tarixi bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşatmağa qadir xalqı müstəqillik yolini bir qədər ləngitmək mümkün olsa da, ümumilikdə müstəqillik uğrunda mübarizədən tam yayındırmaq,onu qorxutmaq,susdurmaq,dayandırmaq mümkünsüzdür.
Hər il olduğu kimi bu il də 20 Yanvar-qan yaddaşımızın təzələndiyi gün, hüzn günü kimi qeyd olunur,şəhidlərimizin əziz xatirəsini yad edirik. Amma 20 Yanvar tariximizdə təkcə hüzn günü deyil,Azərbaycan xalqının istiqlal yolunun bir zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı,milli birliyin vəhdəti günüdür.Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü və müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında xalqımız azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Zaman-zaman Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, Ermənistanın öz havadarlarının dəstəyi ilə torpaqlarımızın 30 ilə yaxın işğalına,böyük insan itkilərinə,dağıntılara,humanitar fəlakətlərə məruz qalmasına baxmayaraq, 2020-ci ilin 27 sentyabrdan başlanan və Azərbaycan xalqının tarixinə şanlı ZƏFƏR SƏLNAMƏSİ kimi yazılan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrının 19/20-də 23 saata yekunlaşan anti-terror əməliyyatı ilə Azərbaycanın bütün ərazilərində süverenliyimizi bərpa edə bildi.Həmin gündən başlayaraq biz artıq VƏTƏN uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bütün ərazilərilərimizdə üçrəngli bayrağımızı dalğalandırmaqla şad edirik.
Azərbaycan Respublikasının əhalisi 10 milyon nəfər təşkil etsə də, dünyada sayı 50 milyonu aşan böyük xalq kimi milli həmrəylıyımızi postmüharibə mərhələsində də qoruyub saxlamalı,daha yüksək keyfiyyət halına gəturməliyik ki,yaşamağa başladığımız yeni mərhələnin çağırşlarını nəzərə almaq və hədəflərinə də nail olmaqla müharibədən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxdığımızı davamlı olaraq dünyaya nümayiş etdirək,süverenliyimizi bərpa etməyimizi həzm edə bilməyənlərin getdikcə artan təzyiqlərini dəf edə,eyni zamanda həm də öz potensialımza layiq davamlı,inklüziv və dayanıqlı inkişaf yolu ilə müstəqiliyimizi Azərbaycan əhalisinin bütün təbəqələrinin rifahı ilə tamamlanması kimi çox şərəfli bir vəzifəni optimaq müddətdə gerçəkləşdirə bilək.
Allah 20 yanvar şəhidləri də daxil olmaqla bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu daim şad olsun!!!
Əli Məsimli
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Yanvar 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri