Icma.az
close
up
RU
20 Yanvar faciəsi Zəfərə gedən yolun başlanğıcı Yeni Çağ Media

20 Yanvar faciəsi Zəfərə gedən yolun başlanğıcı Yeni Çağ Media

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan tarixində mühüm və həyəcanverici dövrləri əhatə edən 20 Yanvar hadisələri milli azadlıq və müstəqillik uğrunda mübarizənin simvolu hesab olunur. Ona görə ki, Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxan və onun milli şüurunun formalaşmasında mühüm rol oynayan hadisələrdir. Bu dövr, xalqın azadlıq və müstəqillik uğrunda göstərdiyi qəhrəmanlığın bariz nümunəsidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya daxil olaraq dinc əhaliyə qarşı qətliam törətdi. Bu hadisə Azərbaycanın müstəqillik mübarizəsində dönüş nöqtəsi oldu.

Azərbaycan xalqı Sovet İttifaqından müstəqillik və azadlıq tələbləri ilə çıxış edirdi. Fürsətçi ermənilərin torpaq iddiaları və Sovet rəhbərliyinin bu məsələdə tərəfli mövqeyi Azərbaycan xalqını daha da qəzəbləndirmişdi.
Sovet rəhbərliyi milli hərəkatı yatırmaq üçün Bakıya qoşun yeritdi. Nəticədə yüzlərlə vətəndaşlarımız həlak oldu, yaralandı və itkin düşdü. Bu faciə Azərbaycan xalqının azadlıq istəyini boğa bilmədi əksinə, millətin müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi.

20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının milli azadlıq mübarizəsi daha da sürətlənərək Sovet İttifaqının süqutu ilə bağlı ilkin proseslər və daxili ictimai-siyasi vəziyyət Azərbaycanın müstəqilliyinə zəmin yaratdı. Və 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi.

1990-cı illərin əvvəllərində Sovet rəhbərliyinin bu məsələdə Ermənistana tərəf nümayiş etdirməsi müharibədə Azərbaycanın ərazi bütövlüyü üçün ciddi təhdid idi. 1994-cü ildə atəşkəs razılaşması əldə olunsa da, münaqişə 30 ilə yaxın həll olunmamış qaldı.

27 sentyabr 2020-ci ildə başlayan 44 Günlük Vətən Müharibəsi (İkinci Qarabağ müharibəsi) Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatla Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bununla da 44 günlük şanlı zəfər tariximiz xalqın illərlə davam edən mübarizəsinin və milli birliyinin nəticəsi idi.

Azərbaycan bu gün də müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün mübarizəni davam etdirir. 20 Yanvar faciəsi və zəfərə gedən yol Azərbaycan xalqının yaddaşında əbədi olaraq milli kimliyinin və müstəqillik arzusunun simvolu kimi yaşayacaq.

Bəhruz Məmmədzadə

Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 20 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri