Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

2025 ci ildə qızıl bir unsiyası tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşıb QURUM RƏSMİSİ DANIŞDI

2025 ci ildə qızıl bir unsiyası tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşıb QURUM RƏSMİSİ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"1 aprel 2025-ci il tarixində qızıl bir unsiya üçün tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşmışdır. 2025-ci ildə qızılın qiymətinin 3150-3500 ABŞ dolları arasında ticarət olunması proqnozlaşdırılır, çünki geosiyasi gərginlik və iqtisadi tənəzzül bu qiymət artımını stimullaşdırır. ABŞ-da tətbiq edilən yeni tariflər və Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi, qızılın orta müddətli qiymət artımına səbəb olan əsas faktorlardandır". Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib.

Onun sözlərinə görə, geosiyasi risklərin artması və iqtisadi qeyri-müəyyənliklər yaxın 1-2 il ərzində qızılın tələbini artıracaq və bu da qiymət artışını dəstəkləyəcək: " Qızılın qlobal ticarət dövriyyəsi

Dünya Qızıl Şurasının (World Gold Council - WGC) hesabatına əsasən, 2024-cü ildə qızılın qlobal istehlakı 1% artaraq 4554 ton təşkiledib. Bu artım 2023-cü il göstəriciləri ilə müaqisə də qiymətləndirildikdə qızıl bazarının stabil inkişaf etdiyini göstərir.

Qızıl bazarının əsas trendləri:

• Mərkəzi Bankların Alımlari: 2024-cü il çərçivəsində mərkəzi banklar aktiv şəkildə qızıl alımını davam etdirmiş və ardıcıl ücüncü il 1000 tonu keçmişdir.

• Investisiya tələbatı: 2024-cü ildə investisiya tələbatı 25% artaraq 1,18 min ton təşkiledib. Pul dəyəri baxımından bu $90 milyard dəyərində qiymətləndirilir.

• Sənaye istifadəsi: 2024-cü ildə qızılın sənaye istifadəsi 7% artaraq 326 ton təşkiledib. Bu artım çox vaxt AI (süni intellekt) texnologiyalarının geniş tətbiqi ilə əlaqələndirilib.

• Zərgərlik sahəsində tələbat: 2024-cü ildə zərgərlik sahəsində qızıla olan tələbat 11% azalaraq 1877 ton təşkil edib. Qızılın qiymət artışı istehlakçıların alım gücünə təsir göstərib. Bununla yanaşı, zərgərlik sahəsində ümumi xərclər 9% artaraq 144 milyard dollar olub.

• Qızıl təklifi: 2024-cü ildə qızılın qlobal təklifi 1% artaraq 4974 tona çatıb.

2024-cü il qızıl bazarı üzrə üstünlüklər investisiya tələbinin artması, mərkəzi bankların davam edən alımları və texnoloji sektorun istifadəsinin genişlənməsi olub. Bununla yanaşı, zərgərlik sektorunda azalma mõşahidə edilmişdir. Qızıl bazarının bu tendensiyaları 2025-ci il üzrə qiymətlərin əlavə artımına səbəb ola olmuşdur.

2024-cü il məlumatlarına əsasən, qızıl ehtiyatlarına görə dünyanın ən iri 10 ölkəsi bunlardır.

2024-cü ilin məlumatlarına əsasən, qızıl ehtiyatlarına görə dünyanın ən iri 10 ölkəsi bunlardır: ABŞ, Almaniya, İtaliya, Fransa, Rusiya, Çin, İsveçrə, Hindistan, Yaponiya və Niderland. Bu ölkələr qızıl ticarətində və strateji ehtiyatların saxlanılmasında mühüm rol oynayır. ABŞ, təxminən 8 min ton qızıl ilə dünyanın ən böyük qızıl ehtiyatına sahibdir. Almaniya, təxminən 3,3 min ton qızıl ilə Avropanın ən böyük qızıl ehtiyatçısıdır. İtaliya, təxminən 2,5 min ton qızıl saxlayır, Fransa isə təxminən 2,4 min ton qızıl ehtiyatına malikdir. Rusiya və Çin təxminən 2,3 min ton qızıl saxlayır, bu da onları qızılın ən iri istehsalçı və idxalçılarından edir. İsveçrə, təxminən 1 min ton qızıl ehtiyatına sahibdir və həmçinin qızılın emalı və maliyyə mərkəzi kimi fəaliyyət göstərir. Hindistan, təxminən 900 ton qızıl ehtiyatı ilə böyük qızıl saxlayan ölkələrdəndir, burada qızıl əsasən zərgərlik və mədəniyyətlə bağlı yüksək tələblərə malikdir. Yaponiya, təxminən 850 ton qızıl saxlayır, Niderland isə təxminən 600 ton qızıl ehtiyatına malikdir".

Həmçinin Rövşən Əmircanov qeyd edir ki, 2021-2024-cü illər arasında dünya üzrə mərkəzi banklar hər il 1 000 tondan çox qızıl ehtiyatlarını artırmışdır və 2024-cü ildə bu artım 1 045 tona çatmışdır: "Yüksələn tendensiya 2025-ci ildə də davam edir. Ötən il bir sıra ölkələrin mərkəzi bankları qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmışdır. Polşa, Çexiya və Macarıstan müvafiq olaraq 90, 20 və 16 ton daha qızıl alıb, Türkiyə isə 75 ton qızıl alaraq dünyanın ikinci ən böyük alıcısına çevrilib.

Asiya ölkələrində, xüsusilə Hindistan və Çində qızıl alışları kəskin şəkildə artıb. Bu ölkələr qızılı yalnız investisiya aləti kimi deyil, həm də mədəni və iqtisadi ehtiyaclarını qarşılamaq üçün də geniş istifadə edirlər. Özbəkistan və Qazaxıstan da öz daxili hasilatları hesabına qızıl ehtiyatlarını genişləndirirlər. Bu ölkələr, istehsal etdikləri qızılı valyuta ehtiyatlarını artırmaq və iqtisadi sabitliklərini qorumaq üçün istifadə edirlər.

Qızıl beynəlxalq ticarətdə strateji əhəmiyyətə malik aktivlərdən biridir və onun idxalı bir çox iqtisadi və maliyyə amillərlə əlaqədardır. 2025-ci ilin əvvəlində, dünya üzrə qızıl ehtiyatlarını ən çox artıran ölkələr arasında Çin, Hindistan, Polşa, Özbəkistan, Qazaxıstan və Çexiya Respublikası xüsusilə diqqət çəkir. Yanvar ayında qızılın ən böyük alıcısı Özbəkistan olub və bu ölkə rəsmi ehtiyatlarını 8.1 ton artırıb. Digər böyük alıcılar arasında Çin (4.9 ton), Qazaxıstan (3.8 ton), Polşa (3.1 ton), Hindistan (2.8 ton), Çexiya (1.7 ton) və Qətər (1.3 ton) yer alıb.

Azərbaycan da bu qlobal tendensiyanı izləyir və qızıl ehtiyatlarını artırmaq məqsədilə strateji addımlar atır. Dövlət Neft Fondu (ARDNF) son illərdə qızıl yatırımlarını əhəmiyyətli dərəcədə artırıb, bu da Azərbaycanın iqtisadi sabitliyini qorumağa və maliyyə bazarlarında potensial dalğalanmalara qarşı dayanıqlılığını gücləndirməyə yönəlmiş mühüm bir addımdır. ARDNF-nin qızıl ehtiyatlarını genişləndirməsi, eyni zamanda Azərbaycanın valyuta ehtiyatlarının şaxələndirilməsi və beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi üçün vacibdir.

Mərkəzi bankların strateji yanaşması son illərdə qızıl ehtiyatlarının artırılmasında özünü göstərir. İnkişaf etməkdə olan ölkələrin mərkəzi bankları qızılı etibarlı və uzunmüddətli investisiya vasitəsi kimi qiymətləndirməyə davam edirlər. Bu ölkələrdə qızılın idxalı əsasən mərkəzi bankların valyuta ehtiyatlarını gücləndirmək məqsədilə həyata keçirilir. Qızıl, iqtisadi qeyri-müəyyənlik şəraitində stabil və etibarlı investisiya vasitəsi kimi qəbul edildiyi üçün, bir çox ölkənin mərkəzi bankları qızıl ehtiyatlarını artırmağa üstünlük verir. Xüsusilə son illərdə geosiyasi risklər, inflyasiya təzyiqləri və valyuta bazarındakı dalğalanmalar fonunda mərkəzi bankların qızıl tələbini daha da artırıb.

Bundan əlavə, Hindistan və Çində qızıl yalnız valyuta ehtiyatlarının gücləndirilməsi üçün deyil, həm də ənənəvi zərgərlik sektoru, sənaye sahələri və investisiya aləti kimi geniş istifadə olunur. Hindistanda qızıl, xüsusilə toy və dini mərasimlərdə mühüm rol oynayır, Çində isə həm şəxsi sərmayə vasitəsi, həm də dövlətin strateji aktivlərindən biri kimi qəbul edilir.

Qızıl İxrac Edən Ölkələr və Dünyanın Ən Böyük Qızıl İstehsalçıları Hansılardır?

Qızıl ixrac edən ölkələr əsasən genişmiqyaslı hasilat və zəngin yataqları ilə tanınır. Dünyanın ən böyük qızıl istehsalçıları və ixracatçıları Çin, Rusiya, Avstraliya, Kanada, ABŞ, Cənubi Afrika, Peru, Qazaxıstan və Özbəkistandır. Bu ölkələr qızılın dünya bazarına tədarükünü təmin edən əsas istehsalçılar və ixracatçılardır. Hasilat mərkəzləri və yataqlar müxtəlif ölkələrdə fərqli bölgələrdə yerləşir.

Qızıl İdxal Edən Ölkələrdə Bazar Tələbinin Formalaşmasına Təsir Edən Amillər

Qızılın idxal həcmi və bazar tələbi bir neçə əsas amildən asılıdır. Hər bir ölkənin iqtisadi vəziyyəti, maliyyə siyasəti və mədəni xüsusiyyətləri bu metalın tələbinə birbaşa təsir göstərir.

• Son dövrlərdə bir çox böyük ölkələrin mərkəzi bankları qızıl alışını artırıblar, çünki qızıl strateji ehtiyat kimi saxlanılır, valyuta ehtiyatlarını şaxələndirmək və iqtisadi qeyri-müəyyənliklərdən qorunmaq məqsədilə alınır.

• Qlobal iqtisadi qeyri-sabitlik, inflyasiya, faiz dərəcələrinin dəyişməsi və siyasi gərginliklər qızılı etibarlı investisiya aləti kimi daha cəlbedici edir.

• Hindistan, Çin və bəzi müsəlman ölkələrində qızıl, toylar, bayramlar və dini mərasimlər üçün vacib hesab olunur və bu amil xüsusilə həmin ölkələrdə zərgərlik sektorunun inkişafına təkan verir.

• Qızıl, investorlar üçün maliyyə bazarlarındakı dalğalanmalara qarşı bir növ müdafiə vasitəsidir. Fərdi və institusional investorlar, qızıl külçələrinə, sikkələrinə və ETF-lərə (birja fondlarına) sərmayə qoyurlar.

• Qızıl avtomobil, elektronika, tibb və digər sənaye sahələrində istifadə olunur. Bəzi ölkələrdə bu sektorlar, bazar tələbinin mühüm hissəsini təşkil edir.

• İnsanların alıcılıq qabiliyyəti və qızılın qiyməti bazar tələbinə birbaşa təsir göstərir. İqtisadi artım dövründə tələbat yüksəlir, lakin çətinliklər zamanı istehlakçılar qızıl almaq əvəzinə onu satmağa üstünlük verirlər.

Bu amillərin kombinasiyası qızılın qlobal bazarda necə tələb olunduğunu və idxal edən ölkələrin davranışlarını müəyyənləşdirir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri