2025 ci ilin I yarısında elmlər doktoru elmi dərəcəsi alanların statistikası açıqlanıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) müxtəlif elm sahələri üzrə elmlər doktoru elmi dərəcələri verilib.
AAK-dan AZƏRTAC-a bildirilib ki, 18 elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almış iddiaçılara müvafiq diplomlar təqdim olunub.
Riyaziyyat və astronomiya elmləri üzrə 2, fizika üzrə 4, kimya üzrə 2, biologiya üzrə 4, aqrar elmlər üzrə 1, yer elmləri üzrə 1, texnika elmləri üzrə 7, iqtisad elmləri üzrə 7, tarix üzrə 5, fəlsəfə üzrə 2, filologiya üzrə 8, pedaqogika üzrə 3, psixologiya üzrə 1, sosiologiya üzrə 1, sənətşünaslıq üzrə 1, politologiya üzrə 1, nəşriyyat işi üzrə 1, milli təhlükəsizlik və hərb elmləri üzrə 1 iddiaçıya elmlər doktoru elmi dərəcəsi verilib.
Bununla yanaşı, riyaziyyat və astronomiya üzrə 1, aqrar elmlər üzrə 1, texnika elmləri üzrə 3, iqtisad elmləri üzrə 3, tarix üzrə 2, filologiya üzrə 3, pedaqogika üzrə 1, psixologiya üzrə 1, sosiologiya üzrə 1 və nəşriyyat işi üzrə 1 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Avqust 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















