“Geniş, düzgün və ətraflı cavabı elə Prezident bildirib” Qurban Qurbanov
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində parlaq qələbə qazanması münasibətilə təbrik edərək bildirib ki, “Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək”.
“Qafqazinfo”nun məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov həmin paylaşım haqda aşağıdakıları bildirib:
“Əlavə şərhə ehtiyac yoxdur. Mən də sizin kimi, hirsləndim, amma özümü tez ələ ala bildim. Normaldır, futbolda belə hallar olur. Çox geniş, düzgün və ətraflı cavabı elə Prezident bildirib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Yanvar 2026 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















