Icma.az
close
up
RU
2026 cı ilin uğurlu başlanğıcı

2026 cı ilin uğurlu başlanğıcı

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ÜDM-in həcmi və büdcə gəlirləri yüksəlib

2026-cı ilin ilk ayında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək nəticələr qeydə alınıb. Belə ki, yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozu 32 milyon manat və ya 0,9 faiz üstələyib. Büdcə gəlirlərində əsas yığım vergi orqanının üzərinə düşüb, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz çox olub. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar isə 487 milyon manat təşkil edərək proqnozdan 2 milyon manat və ya 0,4 faiz, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox təşkil edib. Dövlət Neft Fondundan büdcəyə transfertin məbləği 1 milyard 70 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub.

Büdcədə 2 milyard manatdan çox profisit yaranıb

Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 1 milyard 500 milyon manat proqnoza qarşı 1 milyard 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir. 2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri  isə 1 milyard 717,5 milyon manat məbləğində icra edilib. Beləliklə, yanvar ayında dövlət büdcəsinin icrasında 2 milyard 269,7 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində təsdiq edilib. İcmal büdcənin gəlirləri isə 44 milyard 969,4 milyon manat, xərcləri 48 milyard 839,3 milyon manat müəyyən olunub. Büdcə zərfində müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərclər üçün 8,7 milyard manat həcmində nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Əhalinin sosial rifahı üçün büdcədən 2026-cı ildə 17,1 milyard xərclənməsi təsdiqlənib.

ÜDM-in neft gəlirlərində müsbət dinamika

2026-cı ilin ilk ayının büdcə göstəriciləri onu əsaslandırır ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası dayanıqlı olmaqla, makroiqtisadi sabitliyi və fiskal yığımları təmin etməkdədir. İqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul (ÜDM) yanvar ayında 1,7 faiz artmaqla nominal həcm etibarilə 9 milyard manatı ötüb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artıb. Burada maraqlı məqamlardan biri son 2-3 ildə neft-qaz sektorunda azalan ÜDM-in 2026-cı ildə artım tempi ilə qeydə alınmasıdır. Bu, onu göstərir ki, neft sektorunda yenidən istehsal və emal dinamikası başlayıb və bu, ümumi inkişafa mühüm təsir göstərəcək. Ölkəmizdə yaradılmış əlavə dəyərin portfelində isə yenə də əsas iqtisadi güc mənbəyi qeyri-neft sektoru olub ki, bu sahədə ÜDM 2,3 faiz artıb.

Ümumilikdə, ilk ayda ÜDM istehsalının əksər sahələrində müsbət meyillər müşahidə edilib. Belə ki, milli gəlirin strukturunun 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olub.

Qeyri-neft sənayesində yüksək artım

Yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 4,7 milyard manatlıq məhsul istehsal edilib ki, bu da 2,5 faiz artımdır. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb. Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2 faizi emal sektorunda, 7,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Beləliklə, ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb.

Ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.

İnvestisiyalar 75,6 faiz artıb, inflyasiya 5,7 faiz təşkil edib

2026-cı ilin yanvar ayında əsas kapitala 1 milyard 405,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz artıb. Kapitalın 758,6 milyon manatı və ya 54 faizi məhsul  istehsalı  sahələrinə, 551 milyon  manatı (39,2 faizi) xidmət sahələrinə, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların təxminən 1 milyard manatını və ya 71,4 faizini daxili investisiyalar təşkil edib. İnvestisiyaların 577,2 milyon manatı və ya 41,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 5,7 faiz artıb. İnflyasiya zənbilində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz təşkil edib.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Fevral 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri