24 saat ərzində saziş imzalanacaq Ukraynanın baş naziri
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaxın vaxtlarda Ukrayna ilə ABŞ arasında nadir torpaq metallarına dair sazişin imzalanması gözlənilir.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal deyib.
Onun sözlərinə görə, Ukraynanın baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Svırıdenko artıq Vaşinqtona gedib, orada investisiya fondunun yaradılmasına dair sazişin yekun detalları yekunlaşdırılır.
Şmıxal qeyd edib ki, saziş bərabərhüquqludur və Ukraynanın inkişafı və bərpasına birgə sərmayələr yatırmaq məqsədi daşıyır. O vurğulayıb ki, saziş yaxın vaxtlarda imzalanacaq və Ukrayna onun həyata keçirilməsi istiqamətində ilk addımı atacaq: "Bütün təfərrüatlar dəqiqləşən kimi, ümid edirəm ki, yaxın 24 saat ərzində saziş imzalanacaq".
Ağarza Elçinoğlu
Baxış sayı:81
Bu xəbər 30 Aprel 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















