Icma.az
close
up
RU
25 min manatlıq ziyan dəydi, günahkar kimdir?

25 min manatlıq ziyan dəydi, günahkar kimdir?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Son dövrlərdə ölkəmizin müxtəlif bölgələrində baş verən güclü leysan yağışları və daşqınlar kənd təsərrüfatı sahəsində ciddi problemlərə yol açıb.

Milli.Az xəbər verir ki, Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində əkin sahələrinin su altında qalması bu problemin daha da kəskinləşməsinə səbəb olub. Bu cür təbii fəlakətlər həm kənd sakinlərinin, həm də yerli iqtisadiyyatın inkişafını təhdid edir. Aşağı Çardaxlar kəndində baş verən sel hadisəsi kəndin üzləşdiyi daimi və təkrarlanan daşqın probleminin daha da ağırlaşdığını göstərir.

Əkin sahələrinin 200 hektardan çoxu, xüsusən taxıl və yonca sahələri su ilə dolub, bu isə kənd sakinlərinə maddi cəhətdən böyük ziyan vurub. Kənd sakinlərindən biri bildirib ki, bu hadisə nəticəsində təxminən 20-25 min manatlıq ziyan görüb və iki-üç ildən bir belə daşqınlar təkrarlanır:

"Taxılı, yoncanı, hər şeyi su aparıb. Təxminən 20-25 min manatlıq ziyan görmüşəm. İki-üç ildən bir bu problem təkrarlanır. Biz bilirik ki, hansı yerləri bağlamaq lazımdır. Texnika göndərilsə, bu cür su daşqınlarının qarşısını almaq olar" - deyə kənd sakini bildirib.

Onun sözlərinə görə, bu cür hadisələrin qarşısını almaq üçün yerli idarəetmə və müvafiq qurumlar tərəfindən daha səmərəli tədbirlər görülməsi zəruridir.

Məsələ ilə bağlı Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı İdarəsindən baş mühəndisi Ceyhun Mirzəyev bildirdi ki, suyun çəkilməsindən sonra əməkdaşlarımız tərəfindən operativ olaraq həmin ərazidə sahil bərkitmə işləri görüləcək. Qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq çaylarda suyun səviyyəsinin artması nəticəsində Katex çay öz suyunu ötürə bilməyib.  

Aşağı Çardaxlar Kənd İcra nümayəndəsi İlahə Vəliyevanın sözlərinə görə isə məsələ ilə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edilib.

Aysel Əkbər
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 May 2025 06:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri