Deputatlar Yunanıstana gedir
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, üzvləri – Milli Məclisin komitə sədri Musa Quliyev və deputat Səbinə Salmanova noyabrın 22-də Yunanıstan Respublikasının Afina şəhərinə səfər edəcəklər.
"Cebheinfo.az" xəbər verir ki, səfər zamanı deputatlar QDİƏT PA-nın 68-ci Baş Assambleyasında iştirak edəcəklər.
Tədbir çərçivəsində “Silahlı münaqişələrin cəmiyyət, iqtisadiyyat, ətraf mühit və insan hüquqları üçün kompleks nəticələri” mövzusunda müzakirə keçiriləcək, Qara dəniz regionunda iqlim dəyişikliyinin iqtisadi aspektləri, elm və texnologiyanın inkişafına parlament dəstəyi, insan kapitalının qorunması, təhsil, səhiyyə və rəqəmsal bacarıqların inkişafı kimi məsələlər nəzərdən keçiriləcək.
Səfər noyabrın 26-da başa çatacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:74
Bu xəbər 22 Noyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















