Icma.az
close
up
RU
250 min insanın qatili olan SS çinin acı sonu zibilxanada yatıb, əyyaş olub və dilənib

250 min insanın qatili olan SS çinin acı sonu zibilxanada yatıb, əyyaş olub və dilənib

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bütün məhəllə bu qocanı tanıyıb. Çirkli, solğun və ağ saçları yapışmış halda olan əyyaşın ayıq vaxtı olmayıb. Zibil qutusunun yanında kartonun üzərində yaşayıb, zibil qutularından yığılan qırıntılarla dolanıb. Çoxlu ucuz yerli araq və kaçaça içdiyinə görə, avtobus dayanacağındakı skamyada sərnişinlərlə birlikdə oturub nəqliyyatı gözləyən sərnişinlərlə danışıb və onlara fürerin və böyük Almaniyanın yüzlərlə düşmənini necə öldürdüyü barədə söhbət edib. “Mən onları başlarının arxasından vururdum, beyinləri ağızlarından çıxırdı!” Heç kim qoca alkoqolikə inanmayıb.

Lakin 1978-ci ildə xoşagəlməz, lakin zərərsiz qoca avara Günter Mendelin əslində SS unterzabiti (oberşarfürer) Qustav Vaqner olduğu birdən məlum olanda San Bernardo sakinləri şoka düşüb və bir neçə ölkə - Qərbi Almaniya, İsrail, Polşa, Avstriya və Şərqi Almaniya onun məhkəmə üçün ekstradisiyasını tələb ediblər. 1942-1943-cü illərdə bu alkoqolik evsiz braziliyalı Sobibor ölüm düşərgəsinin komandir müavini vəzifəsində çalışıb və hesablamalara görə, 250.000 insanın qətlində iştirak edib.

20 yaşlı avstriyalı Qustav Vaqner 1931-ci ildə, Hitler hakimiyyətə gəlməzdən əvvəl Nasional Sosialist Alman Fəhlə Partiyasına qoşulub. Nasist təbliğatına görə polis tərəfindən həbs edildikdən sonra həbsxanadan Almaniyaya qaçaraq SS-in üzvü olub. 1942-ci ilin mart ayında oberşarfürer Vaqner yeni Sobibor ölüm düşərgəsinin təcili tikintisinə və qaz kamerasının quraşdırılmasına nəzarət etmək üçün Polşaya komendant müavini kimi gəlib. Sobibor məhbusları Vaqnerə iki ləqəb veriblər: “Vəhşi” və “Canavar”. Onlar inanıblar ki, oberşarfürerin qanlı dəliliyi heç bir adi insana yaraşmaz. Qustav hətta nasist həbs düşərgəsi üçün belə son dərəcə qəddar olub - məhbuslar onu soyuqqanlı sadist kimi təsvir ediblər.

Nasist özü əsgər yoldaşlarına etiraf edib: “Məndə bir vərdiş yaranıb: birini öldürənə qədər şam yeməyinə oturmuram”. Sağ qalan məhbus Moyşe Bahir həmin günləri belə xatırlayıb: “Vaqnerin iki kişini tüfəngin qundağı ilə döyərək öldürdüyünün şahidi oldum - onlar zəif almanca danışırdılar və onun əmrlərini başa düşmürdülər”.

Onun kiçik uşaqlarını görmək üçün tikanlı məftillərin yanına gətirilən qadınlardan xoşu gəlməyib. Adətən körpəni anasının qucağından alıb başını ağaca çırpıb. Hər dəfə də qadınlara belə deyib: “Sənə yaxşılıq etdim. Sənin balaca uşağın əzab çəkmədən öldü”. 14 oktyabr 1943-cü ildə sovet leytenantı Aleksandr Peçerskinin rəhbərlik etdiyi Sobibor üsyanı zamanı oberşarfürerin bəxti gətirib və o, həyat yoldaşı ilə birlikdə qızı Marionun doğumunu düşərgədən kənarda qeyd ediblər. Qəzəbdən titrəyən Vaqner düşərgəyə qayıdan kimi qaçışda iştirak etməyən yaşlı və xəstə məhbusları dərhal öldürüb. Himmler məktubunda onu “şücaətinə” görə “Dəmir xaçla” mükafatlandırıb.

Ümumilikdə, unterzabitin Polşa, SSRİ, Almaniya və digər ölkələrin vətəndaşları olan 250.000 yəhudinin öldürülməsində iştirak etdiyi güman edilir. Vaqnerin “qatil dəstəsi” yorulmadan minlərlə insanı qaz kameralarına yığıb. İtaliyaya, daha sonra isə Yuqoslaviyaya gedən oberşarfürer yenə də, mülki şəxsləri öldürməsi ilə “məşhur” olub. Müharibənin sonunda ABŞ əsgərləri tərəfindən əsir götürülən Vaqner həbsdən qaçıb və saxta sənədlərlə Qratsda tikinti işçisi kimi işə düzəlib.

1950-ci ildə Qustav Vatikan keşişlərinin nasistlər üçün yaratdığı boşluqlardan istifadə edərək Braziliyaya köçüb və Qustav Mendel adına pasport alıb. Orada varlı bir ailənin evində çalışıb, çəpərlər quraşdırıb və bağdakı kolları budayıb. Daha sonra iki uşağı olan gənc bir dul qadınla evlənib və onun hesabına yaşayıb. Lakin 1967-ci ildə Vaqnerin həyat yoldaşı vəfat edib. Məlum olub ki, keçmiş oberşarfürerin vəsiyyətnamədə adı çəkilməyib və ögey uşaqları onu evdən qovublar. O, qalan pulu tez bir zamanda israf edib və tezliklə San Bernardo küçələrində dilənçilik etməyə başlayıb. Vaqner fürerə olan sevgisi barədə sağa-sola danışıb, SS-dəki xidməti ilə fəxr edib. 30 may 1978-ci ildə evsiz SS əsgəri Braziliya hakimiyyəti tərəfindən həbs edilib, lakin tezliklə azadlığa buraxılıb. Alman icmasına qoşulandan sonra ona vəkil də tutulub. Hətta yeni kostyumda ucuz bir hotelə yerləşdirlib.

O, günlərlə müsahibələr verərək deyib: “Hitler haqlı idi və işimdən peşman deyiləm. Mən fürerin xidmətçisiyəm! Hiss və emosiya olmadan öldürürdüm. Dostlarımla Sobiborda işlərimiz barədə danışmırdıq; sadəcə axşamlar sərxoş olurduq və kart oynayırdıq. Düşərgədə əyləncə çox az idi”.
Braziliya prezidenti bir neçə Avropa ölkəsinin nasistin ekstradisiyası ilə bağlı tələblərini rədd edərək, kifayət qədər dəlil olmadığını iddia edib. Vaqner artıq pulu olduğu üçün daha çox içməyə başlayıb. Hər gecə hotelinə tamamilə sərxoş halda qayıdıb. 3 oktyabr 1980-ci ildə 69 yaşlı Qustav Vaqner gecələmək üçün otelinə gəlməyib.

Onun cəsədi tezliklə San Pauloda sinəsindən bıçaqlanmış halda aşkarlanıb. Onun vəkili bunun intihar olduğunu bildirib. Bu nəzəriyyəyə az adam inanıb. Braziliyalı jurnalistlər Vaqnerin qətlində İsrail “Mossad”ının, sovet DTK-sının və sadəcə naməlum tək intiqamçının iştirakı barədə fərziyyələr irəli sürüblər. Lakin həqiqət heç vaxt üzə çıxmayıb. Evsiz SS adamı dövlət hesabına kasıb məzarlığında dəfn edilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri