2594 aktın dəyişdirilməsi və ya ləğvi üçün bələdiyyələrə təkliflər verilib Nazir müavini
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024-cü ildə yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 25 ili tamam olub, yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib.
"Unikal" xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” haqqında danışarkən bildirib.
“Bələdiyyə fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102,831 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, onlardan 97%-i qanunvericiliyə uyğun hesab edilib. 2.5%-i isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təklif olunub. Yəni, nəticədə 99838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib, 399 akt isə baxılmaqdadır”, - deyə nazir müavini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 10 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















