Icma.az
close
up
RU
27 Sentyabr milli həmrəylik və dövlətçilik dəyərlərini möhkəmləndirir POLİTOLOQ ŞƏRH ETDİ

27 Sentyabr milli həmrəylik və dövlətçilik dəyərlərini möhkəmləndirir POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"27 Sentyabr - Anım Günü Azərbaycanın tarixində həm milli həmrəyliyin, həm də dövlətçilik dəyərlərinin möhkəmlənməsində mühüm rol oynayan bir gündür. Bu günün əhəmiyyəti təkcə keçmişdə baş vermiş hadisələrin xatirəsini yad etməklə məhdudlaşmır, eyni zamanda xalqımızın birliyinin, vətənpərvərlik ruhunun və dövlətə olan sadiqliyinin güclənməsinə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Anım Günü Azərbaycan xalqını tarixi yaddaşı ilə birləşdirir. 27 Sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın xatirəsi ön plana çıxır və bu günün qeyd olunması vasitəsilə cəmiyyət onların fədakarlığını unutmur: "Bu isə gənc nəsillərdə vətəndaşlıq və vətənpərvərlik duyğularının formalaşmasına böyük təsir göstərir. Eyni zamanda, Anım Günü dövlətçilik prinsiplərinin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Xalqın hərtərəfli həmrəyliyi və milli birliyi dövlətin daxili sabitliyini təmin edir, strateji qərarların icrasında dəstək rolunu oynayır. Azərbaycan xalqı öz lideri və dövlət qurumları ilə həmrəydir və bu həmrəylik ölkənin təhlükəsizlik siyasətini də gücləndirir.

Bununla yanaşı, Anım Günü beynəlxalq miqyasda da mesaj verir: Azərbaycan öz ərazi bütövlüyünü qorumaqda qətiyyətlidir, xalqı və dövlət idarəçiliyi güclü və birlik içindədir. Bu, həm diplomatik, həm də geosiyasi mövqelərin möhkəmlənməsinə müsbət təsir göstərir. 27 Sentyabr - Anım Günü yalnız keçmişdəki qəhrəmanlıqların xatirəsini yaşatmaqla kifayətlənmir. O, həm də Azərbaycan xalqının birliyini möhkəmləndirir, dövlətçilik dəyərlərini daha da gücləndirir və gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürülür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri