3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Aktaudan Bakıya gətirilib FOTO VİDEO
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan daha 24 nəfərin nəşi ölkəyə gətirilib.
APA xəbər verir ki, qəza nəticəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvü-pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarənin bələdçisi Hökumə Əliyevanın nəşi ölkəyə gətirilib.

Bildirək ki, ekipaj üzvləri ll Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Dekabr 2024 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















