Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin yaxın aylarda Türkiyəyə səfəri planlaşdırılır.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Afinada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin sədrliyi ilə Ankarada keçirilməsi planlaşdırılan 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıq müzakirə edilib.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyə ilə Yunanıstan arasında Siyasi Dialoq görüşlərinin 5-ci raundu dünən Afinada xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay və Yunanıstan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunun başçılıq etdiyi nümayəndə heyətləri arasında keçirilib. İkitərəfli münasibətlərə dair məsləhətləşmələrin aparıldığı görüşdə ötən il Ankarada keçirilən görüşdən sonra baş verənlər nəzərdən keçirilib, eləcə də 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıq müzakirə edilib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Yanvar 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















