3 il əvvəl sınaq üçün əkdi, bu il ilk meyvəsini verdi
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kütahyanın Hisarcık rayonunun Güldüren kəndində heyvandarlıqla məşğul olan Rıfat Akpınar, 3 il əvvəl dostunun tövsiyəsi ilə 500 kvadratmetrlik sahəyə "super meyvə" kimi tanınan aronyadan əkib.
Sherg.az xəbər verir ki, bu il aronya ilk meyvəsini verib.

Akpınar bildirib ki, kəndin torpağı və suyu aronya üçün çox uyğundur. Xüsusilə xərçəng xəstələrinin üstünlük verdiyi bu meyvənin hazırda kiloqramı təxminən 200 lirəyə satılır.
C vitamini, lif və antioksidantlarla zəngin olan aronya, gəlirli alternativ məhsul olaraq bölgədə yayılmağa başlayır.

