Icma.az
close
up
RU
3 ildə “Azərişıq”dan 175 milyon manat alan 2 şirkət vergi borclarını ödəmir

3 ildə “Azərişıq”dan 175 milyon manat alan 2 şirkət vergi borclarını ödəmir

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


“Azərişıq” ASC tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrinin qalibi olan “Smart Energy Services” MMC-nin (VÖEN – 1504953841) dövlət büdcəsinə 534 min 590 manat 52 qəpik vergi borcu var.
Yeniavaz.com
xəbər verir ki, “Smart Energy Services” MMC 29 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
MMC qeydiyyata alındıqdan 2 il sonra – 2022-ci ildən etibarən “Azərişıq” ASC tərəfindən keçirilən və ümumi dəyəri 103 milyon 715 min 140 manat 54 qəpik olan 16 tender müsabiqəsində qalib olub. “Smart Energy Services” MMC hazırda “Azərişıq” ASC-nin sifarişi əsasında Kəlbəcər şəhəri (1-ci faza) üzrə elektrik təchizatı məqsədilə transformator məntəqəsinin tikintisi və 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərini həyata keçirir.
Məlumat üçün qeyd edək ki, hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşən MMC-nin qanuni təmsilçisi Tiniyev Anar Nemət oğludur.
Onu da bildirək ki, “Smart Energy Services” MMC-nin qeydiyyata alındığı tarixdən 16 gün əvvəl – 13 yanvar 2020-ci ildə “Binəqədi r. Biləcəri ŞTQ, Natəvan, ev 2” ünvanında “Enerjı Constructıon” QSC (VÖEN-1006319251) dövlət qeydiyyatına alınıb. Bu şirkət də qeydiyyata alındıqdan sonra 10 tender müsabiqəsində qalib olub və bunların 9-u “Azərişıq” ASC-nin keçirdiyi müsabiqələr olub. 3 il ərzində - 2020-2023-cü illərdə “Enerjı Constructıon” QSC-nin “Azərişıq” ASC-dən aldığı vəsaitin ümumi məbləği  71 milyon 152 min 566 manat 40 qəpik olub. Hazırda “Smart Energy Services” MMC kimi “Enerjı Constructıon” QSC-nin də dövlət büdcəsinə böyük həcmdə – 4 milyon 883 min 361 manat 36 qəpik vergi borcu var.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri