Icma.az
close
up
RU
3 ildən sonra nöqtə qoyuldu Zəfərdən sonra yaşananlar

3 ildən sonra nöqtə qoyuldu Zəfərdən sonra yaşananlar

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“8 Noyabr Azərbaycan tarixinin ən şanlı və qürurlu səhifələrindən biridir”.

Bunu Globalinfo.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, bu gün təkcə bir hərbi qələbənin deyil, xalqımızın birliyinin, milli iradəsinin və dövlətimizin qüdrətinin təntənəsidir:

Aydın Hüseynov

“44 gün davam edən Vətən müharibəsində əldə edilən qələbə xalqımızın onilliklər boyu arzuladığı ədalətin bərpası, torpaqlarımızın azadlığı və tarixi qürurun yenidən doğuluşu demək idi. Zəfər günü Azərbaycan xalqının sarsılmaz ruhunun, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin simvoluna çevrilib. Bu tarix gələcək nəsillərə milli həmrəyliyin, vətənpərvərliyin və azadlıq uğrunda mübarizənin ən parlaq nümunəsi kimi ötürüləcək”.

Deputat Aydın Mirzəzadə isə bildirib ki, xalqımız torpaqlarımızın işğaldan azad olunmasına çətin, lakin qətiyyətli yolla nail olub:

Aydın Mirzəzadə

“Zəfər Günü Azərbaycan xalqının şərəfini, gücünü və milli ruhunu təcəssüm etdirən simvoldur. Öz torpağına dərin sevgi, xalqın içindən yetişən müdrik lider və igid oğulların qəhrəmanlığı 44 gün davam edən Qarabağ müharibəsində Azərbaycanın şərəfli zəfərini təmin etdi. Şuşanın alınması torpaqların azad olunmasının qürur dolu zirvəsinə çevrildi, sonrakı antiterror əməliyyatı isə bu mübarizəyə tarixi nöqtə qoydu. Canını vətən uğrunda fəda edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaq, qazilər isə xalqın hörmət və ehtiram simvolu olaraq qalacaq. Beşillik Zəfər yubileyi bir daha sübut etdi ki, Azərbaycan öz torpağını, mədəniyyətini və tarixini heç kimə qurban verməyəcək”.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirləri keçirilib.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri