Icma.az
close
up
RU
3 manata satılan toyuqlar harada istehsal olunur? ARAŞDIRMA

3 manata satılan toyuqlar harada istehsal olunur? ARAŞDIRMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

Son günlər metro çıxışlarında və bazarlarda ucuz toyuqların satışı yenidən başlayıb. Həmin toyuqların biri 3 manata və yaxud 3 ədədi 10 manata satılır. Həmin toyuqların üzərində heç bir məlumat olmur. Soruşanda isə onları “kənd toyuğu” kimi təqdim edirlər. Halbuki, kənd toyuqlarının biri ən azı 12-13 manata təklif olunur.
 

MÖVZU İLƏ BAĞLI:
Broyler toyuqlarının qorxunc FƏSADLARI – Onlara hansı təhlükəli maddələr vurulur?


Bəs, bu qədər ucuz toyuqlar haradan tədarük edilir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, əmtəə bazarında 3 manata olan toyuqlar neçə illərdir ki, mövcuddur:
“Belə satışlar xüsusən bu aylarda daha da genişlənir. Bildiyimiz kimi, broylerlərdə toyuqlar 2 məqsədlə saxlanılır. Birincisi yumurtalıq, digəri isə ətlik istiqamətində. Damazlıq toyuqlar bir müddətdən sonra yumurtadan kəsilir. Belə vəziyyətdə sahibkarlar həmin toyuqları kütləvi şəkildə ətlik istiqamətinə yönləndirirlər.
Lakin həmin toyuqların əti çox bərk olur. Ona görə də belə toyuqlar ya kolbasa istehsalına yönləndirilir, ya da paketlənməmiş şəkildə istehlak bazarına çıxarılır. Çox zaman bu toyuqları “kənd toyuğu” adı ilə təqdim edirlər. Çünki onların ətləri çox bərk olur”.
Müsahibimiz qeyd edib ki, bəzən broylerlərdə hansısa xəstəlik üzündən toyuqlar kütləvi şəkildə məhv olur:
“Belə hallarda bəzi işbazlar həmin toyuqları məhv etmək əvəzinə çox ucuz qiymətə bazara çıxarırlar. Bu toyuqlar əsasən kiçik olur, çəkisi də az gəlir. Çox təəssüf ki, belə hallara müvafiq qurumlar, xüsusən də AQTA nəzarət etmir”.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.
Məsələ ilə bağlı AQTA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istər ölkəyə idxal edilən, istərsə də yerli istehsal olunan bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür:
"Bütün qida məhsulları, eləcə də qeyd olunan məhsullar yüksəkriskli qida məhsulları hesab olunduğu üçün daşıdığı risk səviyyəsinə uyğun olaraq ölkəmizin gömrük ərazisinə idxal olunduqda müvafiq ekspertizalardan keçirilir. Eləcə də qida zənciri boyunca satış və ticarət şəbəkələrində Agentliyin müfəttişləri tərəfindən risk əsaslı yanaşma tətbiq edilməklə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Yalnız analiz nəticələri normativ tələblərə cavab verən məhsulların satışına icazə verilir. 
Həmçinin vətəndaşlardan daxil olan müraciətlər və mediada yayımlanan məlumatlar əsasında da yoxlamalar aparılaraq qanunauyğun tədbirlərin görülməsi təmin edilir.
Əlavə edirik ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir.
Vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edərək və ya daha asan yolla mobil telefonlarından “E-Qidam” tətbiqi vasitəsilə məlumat verə bilərlər".
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1018
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri