Icma.az
close
up
RU
31 ildir həbsdədir, əfv olunmaq istəyir Foto

31 ildir həbsdədir, əfv olunmaq istəyir Foto

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda gələn həftə imzalanması gözlənilən əfv sərəncamı yüzlərlə məhkum və onların ailələrində ümid yaradıb. Artıq Əfv Komissiyası müraciətlərə baxılmasını başa çatdırıb. 

“Qafqazinfo”nun məlumatına görə, əfv üçün müraciət edənlər siyahısında ömürlük məhkumlar da yer alır. 

Onlardan biri də 53 yaşlı Bayramov Rafiq Səməd oğludur. R.Bayramov 31 ildir ki, həyata Qobustan həbsxanasının barmaqlıqları arasından baxır.

Rafiq Gəncədə baş verən şəxsi mübahisə nəticəsində həmyaşıdını qətlə yetirdiyi üçün tutulub. Cinayətdən sonra bir müddət ölkədən qaçsa da, xaricdə tutularaq Azərbaycana ekstradisiya olunub. Məhkəmənin hökmü ilə ona 22 yaşında ömürlük həbs cəzası verilib. Bu hökmün oxunmasından düz 31 il keçir.

Vəkili Rəsul Cəfərov deyir ki, müvəkkili uzun illər ərzində davranışlarına və həyat tərzinə görə islah olunmuş sayılır və artıq cəmiyyət üçün təhlükəli hesab edilmir: “30 ildən çox həbs həyatı onun islah olunması üçün kifayət qədər əsas verir. Buna baxmayaraq, məhkəmələr cəzanın çəkilmiş hissəsini nəzərə alaraq şərti azadlığa buraxılma barədə müraciətlərimizi rədd etdi. Halbuki qanun buna imkan verir. Müvəkkilim Birinci Qarabağ Müharibəsi iştirakçısı olub. Döyüşlərdə fəal iştirak edib, Ağdamın işğalı vaxtı ayağından yaralanıb. Ən əsası isə Rafiq Bayramov bir sıra xroniki xəstəliklərdən əziyyət çəkir”.

Rafiqə ailə həyatı qurmaq nəsib olmasa da, evdə onun yolunu gözləyən 78 yaşlı anası var. Məsmə Bayramovanın yeganə arzusu da elə onunla yenidən birlikdə olmaqdır. Ana illərdir bu cümləni gözlədiyini deyir: “Rafiq əfv olundu”.

Sail Ağasəlim

Rafiq Bayramovun 10 il əvvəlki və indiki fotolarını təqdim edirik: 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri