Icma.az
close
up
RU
37 nin 37 yaşlı qurbanı: İlk repressiya olunan Azərbaycan qadını Ümmügülsüm

37 nin 37 yaşlı qurbanı: İlk repressiya olunan Azərbaycan qadını Ümmügülsüm

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Aynur Turan

(əvvəli BU LİNKDƏ)

1929-cu ildə anadan olub. Altmış yaşından sonra 90-cı ildə birdən-birə tarixi publisist əsərini - "Son mənzili dəniz oldu", "Mənim nakam qardaşım" üçcildlik trilogiyasını, povest və çoxsaylı hekayələrini ortaya qoydu və bu əsərləri ilə oxucuların sevimli yazıçısına çevrildi. Qumral xanımın bir neçə kitabı, eləcə də, "Son mənzili dəniz oldu" ikicildli kitabı da oxucular tərəfindən rəğbətlə qarşılandı, oxundu. 1980-ci ilin axırlarında əsərin nəşriyyatda çapı üçün rəyə tənqidçi-professor Akif Hüseynliyə vermişdilər. İlk dəfəydi belə bir müəllifin adı ilə rastlaşırdıq. Əsəri heyranlıqla oxuduq. Akif Hüseynli romana gözəl bir rəy yazdı. Əsər tez bir zamanda çap olundu. Bu əsərlə Qumral xanım özünü ahıl yaşında istedadlı bir yazıçı kimi təsdiqlədi. Çox keçmədi "Son mənzili dəniz oldu" əsərinin davamı kimi "Mənim nakam qardaşım" romanını yazdı. Qumral xanım həmin əsərin nəşrindən sonra bir nüsxəsini Akif müəllimə göndərdi. Müəllif kitabın titul səhifəsində yazmışdı. "Hörmətli Akif müəllim! Səksəninci ilin axırında, birinci kitabımın əlyazmasına müsbət rəy verməklə siz məni bir yazıçı kimi qəbul etmiş, bununla məni hədsiz dərəcədə sevindirdiniz və yenə də yazmağa həvəsləndirdiniz. Xahiş edirəm mümkünsə, bu kitabı da oxuyub telefonla rəyinizi bildirəsiniz. Sizə uğurlar arzulayıram. Q.Sadıqzadə. 4 aprel 2005-ci il". Qumral xanım kitabda ev telefonunun nömrəsini də yazmışdı. Mən kitabı oxuyub Qumral xanıma zəng etdim və onu təbrik etdim. Ancaq çox istəyirdim, onun özünü görüm. Bir neçə dəfə hazırlaşdım ki, evinə gedim, alınmadı. Görünür, qismət deyilmiş və bir dəfə eşitdim ki, dünyasını dəyişib. Çox mütəəssir oldum. Müəllif bədii memuar kimi yazdığı bu romanında iki görkəmli şəxsin - valideynlərinin - yazıçı-publisist Seyid Hüseynlə istiqlal şairəsi Ümmügülsümün keçdiyi ömür yolunu, faciəli həyatını qələmə almışdır. Bu əsər keçən əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və süqutu, erməni-müsəlman davası, 37-ci ilinrepressiyasında haqsız yerə həbs olunan, güllələnən, sürgün olunan insanların taleyini göstərmək baxımından çox qiymətlidir. Əsərdə biz əsas obrazlarla - Seyid Hüseynlə,onun həyat yoldaşı Ümmügülsümlə tanış oluruq. Həmin Ümmügülsüm ki, kiçik yaşlarından gözəl lirik şeirlərilə, qəzəllərilə, hekayələrilə tez-tez mətbuatda çıxış edərdi, həmin Ümmügülsüm ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəsarətlə, qorxmadan bu şeiri yazmışdı.

Sən bayrağım! O yüksək şanlarınla enərkən,

Mavi göyə bir duman gəldiyini sezdim mən

Qoynundakı ağ nurlu ay-yıldızın sönərkən,

Üzərimə doğacaq günəşlərdən bezdim mən…

Ey buzlu şimaldan qopan ruzigar

Qumral Sadıqzadə ta uşaqlıqdan ailələrinin keçmişi ilə maraqlanar, yaxın qohumlarının söhbətlərinə maraqla qulaq asardı. Özü bu haqda kitabının ön sözündə yazmışdı. "Mən nağıllarla o qədər də maraqlanmazdım. Bibimin və nənəm Xırdaxanımın ötən gün olmuş hadisələr barədə söhbətlərini dinləməyi xoşlardım. On-on iki yaşım olanda artıq Seyid Sadıq nəslinin (müəllifin babası) bütün nümayəndələri haqqında məlumatım vardı. Kimlərlə nə dərəcədə qohumluq əlaqəmiz olduğundan, qohumlar arasında baş verən bir sıra hadisələrdən xəbərdardım". Beləliklə, müəllif uşaqkən qohumlarının söhbətlərini yaddaşına həkk edərək kitabının birinci hissəsində atasının nəslinin tarixindən başlayaraq 1920-ci ilədək - Azərbaycanda Sovet hakimiyyəti qurulanadək olan dövrünü yazmağa başlayır. Burda müəllif ata nəslinin keçmişini verməklə yanaşı, həm də XX əsrin əvvəllərində baş verən hadisələrdən, o dövrdə yazıb yaradan yazıçı və ziyalıların fəaliyyətindən, məskunlaşdıqları İçərişəhərin təsvirindən, insanların yaşayış tərzindən, adətənənələrdən, məişətindən də söz açır. Romanın ikinci hissəsində isə S.Hüseynin inqilabdan sonrakı ictimai-siyasi fəaliyyəti ön plana çəkilir. Müəllif ikihissəli "Son mənzilim dəniz oldu" romanından sonra həmin əsərin davamı kimi "Mənim nakam qardaşım" əsərini yazdı. Bu kitabı müəllif qardaşına həsr etmişdir. Əsərdə böyük istedad sahibi, zəhmətkeş, mübariz, bir neçə dil

bilən, kövrək şeirlər yazan, ana-ata həsrətiylə qovrulan, başına gələn ədalətsizliklər nəticəsində ağır xəstəliyə tutulan Seyid Hüseynin ortancıl oğlu Cığatayın həyatından və vaxtsız ölümündən bəhs edilir. Akademik Nizami Cəfərov "Mənim nakam qardaşım" romanına yazdığı məqaləsində deyir:

"Əsərdən hiss olunur ki, müəllif əsas diqqəti vaxtsız vəfat etmiş qardaşına yönəltmək istəmişdir. Qeyri-adi xarakterə, fitri istedada malik olan bu azyaşlı gənc həqiqətən diqqətəlayiqdir. O, hələ beşinci, altıncı siniflərdə oxuduğu zamandan məktəbdə keçdiyi rus və alman dillərindən başqa, fransız və latın dilini sərbəst surətdə özü öyrənir, fizika, riyaziyyat, astronomiya, fəlsəfə, ədəbiyyatla maraqlanır, şeir, hekayələr yazır, rus dilindən tərcümələr edirmiş". Cığatayda olan bu fitri istedad valideynlərindən keçmişdir desək, yanılmarıq. Çünki Seyid Hüseyn də, Ümmügülsüm də böyük istedada malik idilər. Kiçik yaşlarından qəzəllər yazan Ümmügülsüm qələmini nəsrdə də sınayardı. Yazdığı kövrək, romantik şeir və hekayələrini "Açıq söz", "Qurtuluş", "İqbal", "Azərbaycan", "Məktəb" jurnal və qəzetlərində çap etdirərdi. Qadın yazıçılarımızın yaradıcılığı haqda yazarkən "Azərbaycanın ilk qadın yazıçısı kim olub?" sualı məni həmişə düşündürürdü. Arxivdə işlərkən keçən əsrin əvvəllərində mətbuatda bir neçə maarifpərvər, ziyalı qadınlarımızın adına rast gəldim - Şəfiqə Əfəndiyeva, Asya Nərimanova, Səkinə Axundzadə və Ümmügülsüm Rəsulzadə. Şəfiqə Əfəndiyeva ilə Asya Nərimanova publicist məqalələri, Səkinə Axundzadənin isə nəzmlə yazdığı bir dram əsəri rastıma çıxdı. Belə çıxır ki, Azərbaycanda ilkqadın yazıçısı elə Ümmügülsüm Sadıqzadə olub. 1915-ci ildə "Qurtuluş" jurnalında "Solğun çiçək" hekayəsi ilə nasir qadın adını qazanan lirik şeirlər, qəzəllər müəllifi istiqlal şairəsi Ümmügülsüm. Həm də bu hekayə "Qurtuluş" jurnalında təşkil olunan müsabiqədə birinci yerlərdən birini tutub və müəllif M.Ə.Sabirin "Hophopnamə" kitabı ilə mükafatlandırılıb. Ölməz dramaturq C.Cabbarlı ilə birgə. Seyid Hüseynlə Ümmügülsümün tanışlığına səbəb də elə bu hekayə olub. Ümmügülsümün şeirlərini, hekayələrini, mətbu səhifələrində izləyən böyük ədibimiz Seyid Hüseyn bu şairə qızla maraqlanır və dostu Hüseyn Cavid vasitəsilə əvvəlcə ailəsi, sonra isə özü ilə tanış olur. Məlum olur ki, bu şairə qız Məmməd Əmin Rəsulzadənin əmisi qızı, həm də baldızıdır. Ədəbi mühit hər iki gəncin tale yolunu birləşdirir. S.Hüseynin ailəsi Ümmügülsüm üçün elçiliyə gedirlər. Ümmügülsümün elçiliyində ölməz sənətkarımız H.Cavid də iştirak edir. Nişanlanırlar. Ancaq onların bir-birlərinə qovuşmağı uzun çəkir. 1918-ci ildə erməni daşnaklarıyla bolşeviklərin

Azərbaycanda törətdikləri vəhşiliklərə və Bakı qırğınına görə Seyid Hüseynlə Ümmügülsüm bir-birindən müvəqqəti ayrılırlar. S.Hüseynin ailəsi İrana, Ümmügülsümgilsə Novxanı kəndinə sığınırlar. Türk qoşunlarının Bakıya gəlişindən sonra bu qanlı soyqırım yatızdırılır. Nəhayət ki, bir-birlərini sevən iki gənc, S.Hüseynlə Ümmügülsüm evlənirlər. Onların bir müddət həyatları (S.Hüseyn 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra iki dəfə həbs

olunub buraxılsa da) sakit və asudəliklə keçir. Övladları dünyaya gəlir. S.Hüseyn tənqidçiliklə, maarifçiliklə məşğul olur, bədii nəsr əsərləri yazır. Ailə qayğısı başını qatsa da, Ümmügülsüm də fürsət tapdıqca şeirlər yazır. Müəllif "Son mənzili dəniz oldu" romanında həmin o qanlıqadalı illəri, həbs olunan, sürgün edilən, güllələnən müsavatçıları, onların tərəfdarlarının talelərini göstərməklə bərabər, valideynlərinin də o vaxtlar yeni quruluşa nifrətlərini əks etdirmişdi. Vətənini, millətini sevən və ürəyi həmişə vətən üçün döyünən narahatlıq içərisində çırpınan Ümmügülsümün yazdığı şeirlərindən də bunu görmək olar.

Ey buzlu şimaldan qopan ruzigar

Toxunma qəlbimə, atəşi parlar.

Sakin, gəlmə, səni nəfəsim boğar,

Dəf ol, vətənimdə görməm səni!

Müəllif valideynlərinin həyatından yazarkən dəqiq faktlara istinad edir. Kitabın ikinci hissəsini qələmə alarkən Seyid Hüseynlə Ümmügülsümün son on yeddi ilini yaddaşlarda yaşanan, xatirələrdə qalan, yaşlıların, vaxtilə onların ailələrini yaxından tanıyanların söhbətləri, eləcə də rəsmi sənədlər, faktlar müəllifin köməyinə çatır. Əsər İçərişəhərdə ortabab bir ailədə yaşayan Seyid Hüseynin ailəsindəki faciə ilə başlayır. Balaca Hüseynin atası Mirkazım dənizkənarı küçədə gəzərkən hürküb vəhşicəsinə qaçan konka atlarını saxlamaq istəyəndə onların ayaqları altına yıxılıb əzilir.

(ardı var)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri