Icma.az
close
up
RU
4 günlük iş həftəsi: istəklər və gerçəklər

4 günlük iş həftəsi: istəklər və gerçəklər

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Artıq dünyanın bir neçə ölkəsi 4 günlük iş həftəsini test mərhələsinə çıxarıb. Böyük Britaniyada aparılan pilot layihələr göstərib ki, işçilər həm məhsuldarlıq baxımından geri qalmayıb, həm də işə daha həvəslə qayıdıblar. Yaponiyada bəzi şirkətlər bu sistemi tətbiq edərək əməkdaşlarının stres səviyyəsinin azaldığını, ailəyə və şəxsi inkişaflarına daha çox zaman ayırdıqlarını müşahidə ediblər.

Ölkəmizdə isə bu cəhətdən şərtlər bir az fərqlidir. Bizdə nəinki 5, hətta bir sıra müəssisələrdə 6 günlük iş həftəsi mövcuddur. Lakin 4 günlük iş həftəsinin təhsil sahəsində ilk nümunəsi artıq Bakı Dövlət Universitetində təcrübədən keçirilir. Ali məktəbdə 2025/2026-cı dərs ilinin payız semestrində bakalavriat təhsil səviyyəsi üzrə bəzi ixtisaslarda həftəlik dərs yükü 4 günə uyğun olaraq 20-22 saat müəyyən edilib. Bundan sonra cəmiyyətdə sual yaranıb: Təhsil sistemində sınaqdan keçirilən bu model digər sahələrdə də tətbiq oluna bilərmi? Bəs görəsən 6 günlük iş həftəsi olan müəssisələr hər hansı yeniliyə keçə bilərmi? İş həftəsinin qısaldılması məhsuldarlığa və sosial həyata necə təsir göstərər?

Azərbaycan Prezidentinin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında hələlik bəzi təhsil müəssisələri və iş yerlərində günün azaldılması öz əksini tapıb.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, təhlillərə görə, 4 günlük dərs və iş rejiminin tətbiqi ali və orta təhsil müəssisələrində həm pedaqoji səmərəlilik, həm də ümumi rifah baxımından yeni imkanlar yaradılmasını nəzərdə tutur:

- Bu addım yalnız dərs günlərinin sayının azalması kimi anlaşılmamalı, əksinə, tədris yükünün keyfiyyətli bölüşdürülməsi, tələbə və müəllimlərin əlavə yaradıcılıq, tədqiqat imkanlarının artırılması kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə görə, həftəlik iş vaxtı 40 saatdan artıq ola bilməz. “Təhsil haqqında” Qanunun 15-ci maddəsində də qeyd olunur ki, təhsilalanların dərs yükü onların psixoloji və fizioloji xüsusiyyətlərinə uyğun tənzimlənməlidir. Bu, hüquqi baxımdan 4 günlük cədvəlin tətbiqinə maneə yaratmır, sadəcə dərs saatlarının səmərəli təşkilinin vacibliyini göstərir. Müsbət tərəfi ondan ibarətdir ki, 4 günlük rejim tələbələrin və müəllimlərin yüklənməsini azaldır, əlavə bir gün isə onların özünüinkişaf, elmi-tədqiqat, layihə və startap fəaliyyətlərinə sərf edilə bilər. Bu model tələbələrin sosial həyatını da zənginləşdirir, çünki əlavə vaxt könüllülük, idman və mədəni fəaliyyətlərə ayrılaraq onların şəxsiyyət kimi formalaşmasına dəstək olur. Statistikalara nəzər saldıqda, hazırda Azərbaycan universitetlərində tələbələrin həftəlik dərs yükü orta hesabla 28–32 saatdır. Əgər bu yük düzgün planlaşdırılaraq 4 günə sığışdırılsa, hər günün 6–7 saatlıq intensiv tədris bloku ilə təhsilin ümumi keyfiyyətinə zərər vurmadan balans qoruna bilər.

Mənfi tərəfi isə dərs günlərinin azaldılması ilə əlaqədar saatların sıxlaşdırılması tələbələrin yorğunluğunu artıra bilər. Pedaqoji tədqiqatlar göstərir ki, ardıcıl 6-cı saatdan sonra tələbənin diqqəti və yaddaşı kəskin zəifləyir. Buna görə də bu model yalnız dərs saatlarının mexaniki sıxışdırılması ilə deyil, yeni pedaqoji yanaşmalarla – qarışıq təhsil, distant dərs modulları və daha çox seminar-laboratoriya formatı ilə tətbiq oluna bilər.

Ekspert açıqlamasına əlavə olaraq bildirdi ki, dünya təcrübəsinə baxdıqda, İslandiya və Finlandiyada müəllimlərin 4 günlük iş rejiminə keçməsi onların motivasiyasını artırıb, şagirdlərin nəticələrinə müsbət təsir göstərib. ABŞ və Yaponiyanın bir sıra universitetlərində sıxlaşdırılmış dərs günləri tələbələrin elmi araşdırmalara daha çox vaxt ayırmasına imkan yaradıb. ABŞ-da Kolorado ştatının bəzi məktəblərində 4 günlük tədris rejiminin tətbiqi nəticəsində şagirdlərin dərsə davamiyyətində 8 faiz artım, müəllimlərin məmnuniyyətində isə 20 faizdən çox yüksəliş qeydə alınıb. Bütün bunlar göstərir ki, model düzgün tətbiq olunarsa, həm müəllim, həm də tələbə üçün əlavə üstünlüklər yaradır.

Ənənəvi 5-6 günlük cədvəldə tələbə və müəllimlər daha çox yüklənir, yaradıcılıq və tədqiqat üçün kifayət qədər vaxt qalmır. 4 günlük cədvəl isə vaxtın daha rasional idarə olunmasına, tədrisin keyfiyyətinə, elmi fəaliyyətin stimullaşdırılmasına şərait yaradır. Bununla yanaşı, ölkə üçün iqtisadi fayda da var: nəqliyyat və kommunal xərclər azalır, təhsil müəssisələrinin enerji sərfiyyatı 15–20 faiz aşağı düşür.

Mütəxəssislər qeyd edirlər ki, bu rejim tətbiq olunduqca tələbələrin dərsə münasibəti dəyişəcək, müəllimlər isə öz peşəkar inkişafına daha çox vaxt ayıra biləcəklər. Nə dəyişməlidir məsələsinə gəldikdə, dərs planlarının məzmun baxımından optimallaşdırılması, interaktiv tədrisin artırılması, distant modulların daha geniş tətbiqi vacibdir. Hazırda universitetlərdə aparılan elmi işlərin əsas problemlərindən biri vaxt və resurs çatışmazlığıdır. Əlavə bir iş günü olarsa, laboratoriyalarda aparılan elmi–tədqiqatlar genişlənə bilər.

Dünya təcrübəsi göstərir ki, ABŞ-ın bir sıra universitetlərində 4 günlük sıxlaşdırılmış dərs rejimi tətbiq edilərkən elmi nəşrlərin sayı və tələbələrin konfranslarda iştirakı 12–15 faiz artıb. Bu, göstərir ki, dərs saatlarının azaldılması yox, daha səmərəli idarə edilməsi elmə ayrılan vaxtı çoxaldır. Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə geridə qalmasının səbəblərindən biri də tədqiqat fəaliyyətlərinin zəif olmasıdır. 4 günlük model bu boşluğu qismən doldura bilər. Əlavə olaraq, psixoloji gərginliyin azalması müəllim-şagird münasibətlərində daha pozitiv mühit formalaşdıracaq.

Finlandiya və İslandiya nümunələri göstərir ki, 4 günlük iş rejiminin tətbiqi müəllimlərin işgüzarlığını artırıb, nəticədə, şagirdlərin akademik göstəriciləri yüksəlib. Maliyyə baxımından 4 günlük rejimin tətbiqi təhsil müəssisələrinin xərclərini də azaldır. ABŞ-da Kolorado ştatında aparılan araşdırmalar göstərib ki, məktəblərdə 4 günlük rejimə keçid illik büdcəyə 5–8 faiz qənaət imkanı yaradıb. Azərbaycanda bu modelin tətbiqi xüsusən iri şəhərlərdə nəqliyyat yükünün azalmasına, tıxacların yüngülləşməsinə və dövlətin infrastruktur xərclərinə qənaət edilməsinə şərait yarada bilər. Az hərəkətlilik isə karbon emissiyasının azalmasına təsir göstərər.

Elm və Təhsil Nazirliyinin tədrisin çevikləşdirilməsi istiqamətində addımları, rəqəmsal tədris elementlərinin genişləndirilməsi və təhsilalanların yüklənməsinin azaldılması siyasəti müasir dünyada gedən proseslərə uyğundur. Bu siyasət ölkənin təhsil sistemini daha rəqabətqabiliyyətli edəcək, tələbələrin beynəlxalq əmək bazarında uğurla çıxış etməsinə şərait yaradacaq. Bu modelin ölkəyə faydaları həm pedaqoji, həm sosial, həm də iqtisadi müstəvidə aydın görünür.

Milli Məclisin deputatı Arzuxan Əlizadə bu iş rejiminin yaxın zamanda geniş tətbiqinin çətin olacağını söylədi:

- Çox az sayda ölkədə 4 günlük iş həftəsinə keçidlə bağlı məsələ müzakirə mövzusudur. Azərbaycanda da bununla bağlı hansısa qərar qəbul oluna bilər. Amma zaman-zaman bu məsələ gündəmə gəlir, iqtisadçılar öz fikirlərini bildirirlər. Düşünürəm ki, mütəxəssisilər bununla bağlı daha çox və ciddi araşdırma aparıb rəylərini bildirməlidirlər. Amma istənilən halda məsələ gündəmə gəlirsə və inkişaf etmiş bir sıra ölkələrdə bununla bağlı qərarlar hazırlanarsa, təbii ki, Azərbaycanda da müvafiq tədbirlərin görülmə ehtimalı var. Məsələ ilə əlaqədar ictimai müzakirələr aparılmalıdır. Çünki bu, olduqca ciddi məsələdir.

Deputat Vüqar Bayramov isə dedi ki, yeni iş rejiminin tətbiqi bir sıra inkişaf etmiş ölkələrdə müzakirə olunur:

- Hətta bəzi ölkələr, o cümlədən Böyük Britaniyada bir sıra sektorlarda bu rejimə keçilib. Bəzi sahələrdə 4 günlük iş rejimi tətbiq olunub. Azərbaycanda da bu istiqamətdə müzakirələr aparılır. Amma hələlik Azərbaycanın, bütövlükdə, əmək bazarı üçün ən vacib məqamlardan biri əmək hüquqlarının qorunması ilə bağlıdır. Çünki bir sıra hallarda işçi ilə işəgötürən arasında müqavilənin olmaması, burada əməkhaqqının tam olaraq əks olunmaması işçinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu isə onların gələcəkdə pensiya və digər hüquqlarına da birbaşa təsir göstərir.

Azərbaycan əmək bazarı üçün bu gün daha aktual məsələlər işçilərin əmək hüququnun daha yaxşı qorunması ilə bağlıdır. Xüsusən, qanunvericilikdə edilən dəyişikliklər bu istiqamətdə hüquqi bazanın formalaşmasına imkan yaradır. Təbii ki, gələcəkdə 4 günlük iş rejiminə keçid tətbiq oluna bilər. Pilot olaraq təkliflərin təqdim edilməsi mümkündür.

İnsan resursları üzrə ekspert İlkin Məcidov 4 günlük iş ehtimalını analiz edərək bildirdi ki, hazırkı vəziyyətdə bu, mümkün deyil:

- Biz 4 günlük iş rejiminə bütün müəssisələrdə keçə bilmərik. Pilot olaraq bəzi dövlət qurumları və müəssisələri tədrici keçid edə bilər. Lakin burada bir şeyi nəzərə almaq lazımdır ki, bəzi istehsalat müəssisələri, müəyyən sektorda fəaliyyət göstərən kafe, restoran, otel və digər şəbəkələr 6 günlük qrafiklə çalışdığı üçün nəinki 4, hətta 5 günlük rejimə keçid də mümkün deyil. Əmək Məcəlləsinə görə, Azərbaycanda əsas iş rejimi 5 günlük, 40 saatlıq iş həftəsidir. 4 günlük iş həftəsi işəgötürənlə işçi arasında razılaşma ilə, yaxud müəyyən eksperiment çərçivəsində tətbiq oluna bilər. Əsas şərt həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Yəni 4 günlük rejimdə hər gün daha çox iş saatları təyin olunmalıdır (məsələn, gündə 10 saat). Bəzi dövlət qurumları, banklar, ticarət obyektlərində bu rejimin tətbiqi praktik olaraq çətindir.

Azərbaycanda bir çox iş yerlərində hələ də 6 günlük rejim mövcuddur. Belə olan halda 4 günlük iş həftəsinin tətbiqi əmək bazarında balanssızlıq yarada bilər. Belə ki, istehsal və xidmətin fasiləsiz olduğu sahələrdə əlavə işçi cəlb etmək lazım gələcək ki, bu da işəgötürən üçün əlavə xərc deməkdir. Bu rejimin tətbiqinin müsbət tərəfləri ondan ibarətdir ki, işçilərdə ailəyə və şəxsi işlərə vaxt ayırmaq imkanı yaradır. Lakin startaplar, texnologiya şirkətləri, yaradıcı və məsafədən işləməyin mümkün olduğu sahələrdə sınaq olaraq tətbiq edilə bilər. İstehsal və kənd təsərrüfatı sektorunda isə işin fasiləsiz olması üçün 6 günlük iş rejiminə daha çox ehtiyac var. Azərbaycanda 4 günlük iş həftəsinə keçid mümkündür, amma bu, yalnız bəzi sahələrdə və şirkətlərdə eksperiment xarakterli ola bilər.

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı söylədi ki, 4 günlük iş günü heç bir dövlətdə yoxdur:

- Bu rejim yalnız müəyyən şirkətlərdə, xüsusi şərtlər daxilində məhdud çərçivədə mövcuddur. Düzdür, gələcəkdə bu gözlənilir. Hazırda Azərbaycan da, dünya ölkələri də, 4 günlük iş həftəsinə keçməyə hazır deyil. Bəli, ayrı-ayrı universitetlər, sahələr, sektorlarda bu, mümkündür. Burada ayrı-ayrı şirkətlərin yanaşması fərqlidir. Şirkət var ki, işçisini ümumiyyətlə yarım gün və yaxud məsafədən işlədir. Amma söhbət kütləvi keçiddən gedirsə, hazırda bu, mümkün deyil.

Bu gün dünyada, təxminən, 90 ölkə həftəlik 40, günlük 8 saatlıq iş rejimi ilə çalışır. Qazaxıstanda 4 günlük iş həftəsinə keçid isə geniş əks-səda doğurdu. Amma burada məsələ fərqli idi. Belə ki, həmin ölkənin əmək məcəlləsinə görə, tərəflərin razılığı ilə 5 və ya 6 günlük iş həftəsini 4 günlük iş həftəsi ilə əvəzləmək iş saatlarını uzatmaqla mümkündür. Bu gün hansısa ölkədə həftədə 3 gün qeyri–iş günü yoxdur.

Sonda qeyd edək ki, bu sistem Şərq və müsəlman ölkələri arasında ilk dəfə Birləşmiş Ərəb Əmirliyində tətbiq edilib. Belə ki, İslam aləmində həftənin cümə günü müqəddəs olduğundan ölkə Qərbdə formalaşmış 4 günlük iş rejiminə keçib. İslandiya 4 günlük iş həftəsini tətbiq edəndən bəri təsirli iqtisadi artım müşahidə edib. Yeni araşdırmaya görə, ölkənin ümumdaxili məhsulu 2023-cü ildə 5 faiz artıb. Malta daha yüksək göstərici əldə edib. Müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi cəmi 2 faiz olub. 2022-ci ilə qədər ölkədə işçilərin 51 faizi daha qısa iş saatına və ya 4 günlük iş həftəsinə keçib. Bu gün isə islandiyalıların 59 faizi bu rejimdə işləyir.

Elenora HƏSƏNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see257

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see249

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see240

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see225

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see225

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see222

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see219

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see214

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see210

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see209

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see204

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see191

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see188

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see186

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see183

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see175

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri