“45 milyona ancaq bir ayağını alarsınız” “İnter”dən Qalatasaray a sərt cavab
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İnter”in idman direktoru Pyero Auzilio Nikolo Barellanın gələcəyi ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, klub rəsmisi italiyalı yarımmüdafiəçinin satılmayacağını bildirib.
Auzilio Barella ilə bağlı transfer iddialarına sərt cavab verib:
“45 milyon avroya Nikolo Barellanın yalnız bir ayağını ala bilərsiniz. ‘Barellanın qiyməti nə qədərdir?’ sualına cavab vermək çox asandır. Onun qiyməti yoxdur. Çünki Barella satılmır”.
Xatırladaq ki, daha əvvəl italiyalı menecer Corc Qardinin Barellanı “Qalatasaray”a təklif etdiyi iddia olunmuşdu. Baş məşqçi Okan Burukun da futbolçunun transferinə müsbət yanaşdığı bildirilirdi.
Qeyd edək ki, 29 yaşlı Barellanın “İnter”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qardi "Qalatasaray"a təklif etdi – Buruk ulduz futbolçuya “hə” dedi Montella istidən qorxmur: “Adanadakı istini görmüşəm” Ferdi Kadıoğlu: “Yeni hekayə yazacağımıza inanırıq” DÇ tarixinin ən yaxşı matçları: ilk sırada əfsanəvi final Aziz Yıldırım demişdi – “Fənərbaxça”da ayrılıq siqnalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















