Icma.az
close
up
RU
47 il sürən terror, 40 min nəfərin ölümü PKK necə yaranmışdı...

47 il sürən terror, 40 min nəfərin ölümü PKK necə yaranmışdı...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uzun illərdir Türkiyəni səksəkədə saxlayan PKK terror təşkilatı nəhayət özünü ləğv etdiyini açıqlayıb.

Beləliklə, 47 il öncə qurulan terror təşkilatının sonu rəsmən gerçəkləşib.
Modern.az-ın məlumatına görə, Kürdüstan Fəhlə Partiyası (PKK) adlı terror təşkilatı 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində qurulub. Onun lideri isə 1949-cu il təvəllüdlü Abdullah Öcalan seçilib. O, “Apo” ləqəbilə məşhurlaşıb.
Abdullah Öcalan Türkiyənin Şanlıurfa vilayətində Halfeti mahalının Ömərli kəndində anadan olub.
Ankarada Anadolu Sicil və Kadastr Peşə Liseyində təhsil alıb. Bir müddət Diyarbəkirdə kadastr məmuru işləyib.

Öcalan Diyarbəkirdən sonra qısa müddətə İstanbula gedib və kürd gənclərin qurduğu İnqilabçı Şərq Mədəniyyət Mərkəzinin fəaliyyətlərində iştirak edib.

1971-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinə daxil olub.

Universitetdə oxuduğu illərdə hökumətə qarşı bir sıra etiraz aksiyalarında iştirak edib. 1972-ci ildə qısa müddətə həbs olunub. Həbsxanadan çıxandan sonra, 1972-ci ildə solçu Ankara Demokratik Yüksək Təhsil Dərnəyinə üzv olub.

Bir il sonra Ankarada PKK-nın yaranmasına səbəb olan ilk qeyri-rəsmi toplantı keçirilib.

Marksist-leninist ideologiyadan ruhlanan və “Kürdüstan müstəmləkədir” tezisini müdafiə edən bu qrup “xalq müharibəsi” üsulu ilə “müstəqil Kürd dövləti”nin qurulmasını müdafiə edirdi.

Toplantı iştirakçıları kiçik bir tələbə qrupu olsa da, zaman keçdikcə sıraları genişlənib.
1977-ci ildən bu qrupu üzvləri Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindəki şəhərlərə yayılmağa başladılar.

Nəhayət 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində PKK-nın qurulduğu bəyan edilib.

Öcalanın rəhbərlik etdiyi PKK ilk hücumlarını 1984-cü il avqustun 15-də Siirt Eruhda, sonra isə Hakkari Şemdinlidə həyata keçirib.
Həmin tarixlərdən sonra terror təşkilatı bölgədə silahlı aksiyalar və basqınlar həyata keçirməyə davam edib.
2000-ci illərdən isə PKK şəhərlərdə də kamikadze hücumları həyata keçirməyə başlayıb.

Türkiyə hüquq-mühafizə orqanlarının təqib etdiyi Abdullah Öcalan 1979-cu ildə qeyri-qanuni yollarla Suriyaya qaçmışdı. Ankara Öcalanı Suriyadan çıxarmaq üçün Dəməşqə beynəlxalq təzyiqlər tətbiq etmişdi. Nəticədə Əsəd rejimi 1999-cu ildə Öcalanı deportasiya etməyə məcbur olmuşdu.
Öcalan əvvəlcə Rusiyaya, sonra İtaliyaya qaçmışdı. Türkiyənin təzyiqi ilə İtaliyanı tərk etmək məcburiyyətində qalan Öcalanı daşıyan təyyarə Yunanıstan üzərindən Keniyanın paytaxtı Nayrobiyə enmişdi. Yunanıstan səfirliyində gizlənən Öcalan ABŞ-ın təzyiqi ilə səfirlikdən çıxarılmışdı.
1999-cu il fevralın 15-də Nayrobi hava limanında keçirilən məxfi əməliyyatla həbs edilən A.Öcalan Türkiyə xüsusi xidmət orqanı (MİT)  əməkdaşları tərəfindən ölkəyə gətirilib. 16 fevral 1999-cu ildə Türkiyədəki İmralı həbsxanasına yerləşdirilib.

Türkiyədə məhkəmə öncə Öcalana “silahlı terror təşkilatı qurmaq və ona rəhbərlik etmək” ittihamı ilə edam cəzası kəsib.

Lakin onun edam edilməsi baş tutmayıb. 2002-ci ildə Avropa İttifaqının (Aİ) uyğunlaşdırma qanunları çərçivəsində Türkiyədə edam cəzasının ləğvinə görə Öcalanın edam cəzası ömürlük həbslə əvəzlənib.
Abdullah Öcalanın həbsindən sonra PKK daxilində böhranlar yaşandı, lakin təşkilat gözlənilənlərin əksinə olaraq dağılmadı.

PKK-nın mərkəzi qərargahı İraqdakı Qəndil dağlarında yerləşir.
A.Öcalanın həbsindən sonra da PKK  terror aksiyalarını davam etdirirdi.
Rəsmi məlumatlara görə, bu günə qədər PKK-nın terror aktları nəticəsindən 40 mindən çox insan həyatını itirib.
Öcalanın həbsindən sonra Türkiyədə "çözüm sürəci" adlı bir proses başladılıb. Bu, bir tərəfdən Türkiyədəki kürd əsilli vətəndaşların tələblərini nəzərə almağa çalışan, digər tərəfdən də PKK-nın silahı yerə qoyması və terror təhlükəsinin ortadan qaldırılmasını nəzərdə tutan proses idi. Abdullah Öcalan həmişə “çözüm sürəci”nin kritik "aktyor"u olub.
Dəfələrlə PKK-nın ləğvi üçün danışıqlar aprılsa da, müsbət nəticə əldə olunmayıb.
2013-cü ilin yanvarında başlayan ilk "çözüm sürəci" Şanlıurfanın Ceylanpınar bölgəsində PKK-nın iki polisi şəhid etməsi ilə pozulmuşdu. Daha sonra şəhərlərdə səngərlər qazan və guya “muxtariyyət elan edən” PKK-ya xüsusi əməliyyatlarla ağır zərbə vurulmuşdu.
Nəhayət 2024-cü ilin 22 oktyabrında Öcalanla danışıqlar məsələsi yenidən gündəmə gətirilib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı təklif edib ki, Öcalan Türkiyə Böyük Millət Məclisinə gəlsin və PKK-nın ləğv olunduğunu bəyan etsin.

Bu çağırışdan sonra kürdlərin təmsil olunduğu Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM partiyası) nümayəndə heyətləri İmralı adası ilə - Abdullah Öcalanla yenidən danışıqlara başlayıb.

Öcalanla son görüş bu il fevralın 27-də keçirilib.

Bu görüşdən sonra DEM partiyasının heyəti İstanbulda verdiyi açıqlamada Öcalanın kritik çağırışını ictimaiyyətlə paylaşıb.

Öcalan tərəfdarlarına silahı yerı qoymağa, PKK-nın qurultayını keçirməyə və özünü ləğv etməyə çağırış edib.
Terror təşkilatı 2025-ci il 5-6 may tarixlərində keçirdiyi 12-ci Qurultaydan sonra özünü ləğv etdiyini açıqlayıb.
Bu gün isə PKK özünün buraxdığını rəsmən elan edib.

PKK-nın buraxılması son dərəcə ciddi hadisədir. Uzun illər Türkiyəni zəif görmək istəyən xarici güclər Ankaraya qarşı ciddi bir təzyiq vasitəsini itirdilər. Bu, tarixi bir hadisədir... Türkiyə PKK-nı bitirdi. 


Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri