Icma.az
close
up
RU
4Sİ Akademiyası rəqəmsal dünyaya hazırlıq

4Sİ Akademiyası rəqəmsal dünyaya hazırlıq

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin dünyada tanınmış onlayn təhsil platforması olan "Coursera" Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən "4Sİ Akademiyası" layihəsini uğurlu nəticələrinə görə yüksək qiymətləndirib. Layihə Azərbaycanda işçi qüvvəsinin dördüncü sənaye inqilabına hazırlanması, rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində atılmış önəmli addımdır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

"4Sİ Akademyası" layihəsi ilə bağlı "Coursera" şirkətinin internet səhifəsindəki məqalə və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun müsahibəsində qeyd edilir ki, layihənin əsas üstünlüyü ölkənin bütün regionları, bütün yaş kateqoriyaları və məşğulluq vəziyyətindən asılı olmayaraq, hər kəs üçün əlçatan olmasıdır.

"Coursera" ilə əməkdaşlıq

"4Sİ Akademiyası" layihəsi çərçivəsində istifadəçilər "Coursera" onlayn təhsil platformasında süni intellekt, böyük verilənlər (Big data) və verilənlərin analitikası, blokçeyn texnologiyası, bulud hesablama, proqramlaşdırma dilləri, karyera və dil bilikləri kurslarından ödənişsiz yararlanıblar. İstifadəçilərə Yel, Dyuk, Miçiqan, London, İllinoys, Virciniya kimi 40 universitet və "Microsoft", IBM, "Meta" və "Google" kimi şirkətlərin 800-ə yaxın kursundan yararlanmaq təklif edilib. Təlimlər dörd-altı həftəlik olmaqla, videomühazirələr, tapşırıqlar və testlərdən ibarət olub. İstifadəçilərə istədikləri sayda təlimə qoşulmaq imkanı yaradılıb.

"4Sİ Akademiyası" çərçivəsində 10 min nəfər təlimlərdən yararlanıb

"4Sİ Akademiyası" çərçivəsində qeydiyyatdan keçən 10 min nəfər bir il ərzində mərhələli şəkildə "Coursera" onlayn təhsil platformasından ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 200 beynəlxalq sertifikat əldə ediblər.

Layihə çərçivəsində Azərbaycanda ən çox aşağıdakı kurslara müraciət olunub:

Texniki bacarıqlar:

- Hamı üçün maşın öyrənməsi, London Universiteti

- Data elmi, süni intellekt və inkişaf üçün "Python", IBM

- Data, Data, hər yerdə, "Google"

- Biznes üçün "Excel" bacarıqları, Makkuori Universiteti

- Hər kəs üçün Proqramlaşdırma, Miçiqan Universiteti

Yumşaq bacarıqlar və Menecment

- Uğurlu təqdimat, Kolorado Boulder Universiteti

- Necə öyrənməyi öyrənmək, "Deep Teaching Solutions"

- Karyera inkişafı üçün ingilis dili, Pensilvaniya Universiteti

- Strateji İdarəetmə, Kopenhagen Biznes Məktəbi

- "Agile" Komandanın idarəedilməsi, Virciniya Universiteti

Həyat boyu öyrənmənin təminatı layihənin məqsədlərindən biri olub. Təhsil platformasından yararlanmaq istəyənlər üçün yaş və digər məhdudiyyətlər qoyulmayıb. "4Sİ Akademiyası" istifadəçilərinin ən kiçiyinin 9, ən yaşlısının isə 73 yaşı olub. Platformadan istifadə edənlərin 51%-ni qadınlar təşkil edib. Layihədən həm biznes, həm dövlət sektorunun nümayəndələri, həmçinin tələbələr, işsizlər istifadə ediblər. Onlayn olması layihənin uğur qazanmasının əsas səbəblərindən olub.

"4Sİ Akademiyası" istifadəçiləri həvəsləndirmək üçün daha bir uğurlu addım atıb. Layihə istifadəçiləri "Coursera" plaformasında ən azı iki kursu bitirdikdə rəqəmsal nişanla təmin olunublar. İstifadəçilər rəqəmsal nişanı sosial media profillərində, CV-lərdə və digər peşəkar platformalarda paylaşmaq imkanı əldə ediblər.

Proqrama 600-ə yaxın İKT və STEM müəllimi qoşulub. Bu strateji inklüzivlik multiplikator effekti yaradıb, çünki pedaqoqlar yeni biliklərini çoxsaylı şagirdləri ilə bölüşürlər, bu isə proqramın təhsil sistemi üzrə təsirini gücləndirir.

"4Sİ Akademiyası" ölkənin əmək bazarında rəqəmsal və süni intellekt bacarıqlarının inkişafına, yüksəkkeyfiyyətli təhsil və təlimə çıxışın təmin edilməsinə və xüsusilə kənd yerlərində ömürboyu öyrənmənin təşviqi istiqamətində töhfələrinə görə 2024-cü ilin sentyabr ayında "Coursera" şirkətinin "Süni intellekt innovasiyası" kateqoriyası üzrə "Üstün Nailiyyət Mükafatı"na layiq görülüb.

4SİM, eyni zamanda, istifadəçiləri potensial işəgötürənlərlə əlaqələndirməyə çalışır, bu, proqramın iqtisadi təsirini artırır və istifadəçilərə yeni əldə etdikləri bacarıqları real karyera imkanlarına çevirməyə kömək edir.

"4Sİ Akademiyası"nın əhatə dairəsi genişləndiriləcək

4SİM 2025-ci ildə "4Sİ Akademiyası"nın əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməyi və Milli Proqram şəklində davam etdirilməsi planlaşdırılıb. Milli Proqram çərçivəsində "Coursera" platformasında təqdim olunan səkkiz min kursun hamısına çıxışın təmin edilməsini planlaşdırılır. Təlimlərin yalnız ingilis dilində təqdim olunduğu pilot layihədən fərqli olaraq, bu dəfə ilkin mərhələdə 2 500 kursun Azərbaycan dilində altyazı ilə müşayiət olunması nəzərdə tutulub.

Daha çox tələbatın olduğu 20 kurs isə süni intellekt vasitəsilə Azərbaycan dilində səsləndiriləcək. Bu, dil maneələrini aradan qaldıracaq və daha çox vətəndaşa onlayn platformadan faydalanmaq imkanı verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:385
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri