5 il tibb sahəsində işləməyənlər sertifikasiya imtahanı verə BİLƏR?
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Son beş il ərzində öz ixtisası üzrə fəaliyyət göstərməyən, yəni faktiki olaraq işləməyən həm ali təhsilli, həm də orta ixtisas təhsilli tibb mütəxəssisləri sertifikat almaq üçün mütləq sertifikasiya imtahanı verməlidirlər".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “instagram” hesabında keçirilən canlı yayımda Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova qeyd etdi.
Onun sözlərinə görə, bu dəyişiklik səhiyyə sistemində peşəkarlığın və keyfiyyətin artırılmasına yönəldilib:
"Qaydalara görə, iş fəaliyyətində uzun müddətli fasilə verən şəxslər yalnız imtahandan uğurla keçdikdən sonra yenidən sertifikat əldə edə biləcəklər".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















