50 ildən sonra süqut edən Əsəd rejiminin işgəncə üsulları görənləri şoka saldı VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Suriyada süqut edən Bəşar Əsəd rejiminin Siyasi Təhlükəsizlik Xidmətinin Hələbdəki idarəsində işgəncə üçün istifadə edilən vasitələrin görüntüləri yayılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə “Anadolu Ajansı” nın müxbirləri məlumat veriblər.
Xəbər agentliyinin paylaşdığı görüntülərdə idarə qapılarında məhbusların adları həkk olunmuş çoxsaylı kameralar və işgəncə alətləri insanları dəhşətə salıb. Müxbirlər təkadamlıq kameralarda tavandan asılan zəncir qandallar, qamçılar və göz üçün yapışdırıcı lentlər tapıblar.
Eyni zamanda, onlar mühafizəçilərin istifadə etdiyi sənəd qeydiyyat otaqlarında qadınların da olduğu bir çox insanın biometrik fotoşəkillərini də ortaya çıxarıblar. Videoda yemək və içki qalıqlarının olduğu da görünür. Bu isə yaxın müddətə qədər həmin yerdə bir çox insanın qaldığını sübut edir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 20 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















