Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

525 ci qəzet 97 nəfəri xilas edən pilot Nadir Yalçın yazır

525 ci qəzet 97 nəfəri xilas edən pilot Nadir Yalçın yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nadir YALÇIN

Ölkəmiz üçün böyük faciəyə səbəb olan məlum təyyarə qəzası baş verdiyi günlərdə Xalq yazıçısı Anar və "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə 65 il əvvəlki bir hadisəni - mərhum Xalq yazıçısı Yusif Səmədoğlunun sərnişini olduğu təyyarənin səmada qəza təhlükəsi ilə qarşılaşdığını və təyyarənin komandirinin peşəkarlığı sayəsində sərnişinlərin yaranmış ekstremal vəziyyətdən sağ-salamat xilas olduğunu yada saldılar. Hətta Anar müəllim komandirin adını da xatırladı: Əli Novruzov. Və onun Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünü də bildirdi.

Hadisəni eşidəndə bununla bağlı bir jurnalist araşdırmasına ehtiyac olduğunu düşündüm. O vaxt bu istəyimi gənc jurnalist, istedadlı yazıçı Nadir Yalçına demişdim. Üstündən bir müddət keçdiyindən, düzü, fikirləşirdim ki, Nadir bu söhbətimizi artıq unudub. İndi "Kulis"də onun "97 nəfəri xilas edən pilot" yazısını görmək mənim üçün sürpriz oldu. Nadirin bu sanballı araşdırmasından xeyli təsirləndim. Yazıya görə Nadirə çox sağ ol deyir, aviasiya tariximizdəki bu hadisə ilə bağlı belə yaxşı material hazırladığına görə onu təbrik edirəm.

Rəşad Məcid

Dekabr faciəsi və itirdiklərimiz

Xalqımız ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğramasını və təyyarənin göyərtəsindəki 38 nəfərin həlak olmasını dərin kədərlə qarşıladı. Həm sosial şəbəkələrdəki reaksiyalar, həm də ictimaiyyət arasında canlı şahidi olduğumuz ab-hava bu hüznün miqyasını aydın ifadə etdi. Bir neçə gün öncə hadisə nəticəsində həlak olanların, xüsusən, qəhrəman pilotlar - İqor Ksnyakin, Aleksandr Kalyaninov və həyəcanlı, bir o qədər də mətin səsi faciənin elegiyasına çevrilmiş Hökumə Əliyevanın 40 mərasimindən görüntülər, onların yaxınlarının müsahibələri, açıqlamaları yenidən bizi ötən ilin sonundakı o məşum günə qaytardı.

İndi nəql edəcəyim məsələ isə Prezident İlham Əliyevin Sərəncamı ilə həmin ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə əlaqəlidir. Sərəncamdan sonra tarixdə belə ali dərəcə ilə təltif edilən Azərbaycan pilotunun olub-olmaması sualı məni düşündürdü. Çünki sirr deyil ki, bəzi naqisliklərlə yanaşı, cəsarət, peşəkarlıq kimi taleyüklü məsələlərin Azərbaycanın taleyində mütləq bir ənənəsi, tarixi genetik izi var. Bu izin ardınca düşəndə isə düz 65 il əvvəlin - 1960-cı ilin bir yay günü ilə bağlı səhifəsi açıldı.

1960-cı ilin yayında baş verən hadisə nə idi?

1960-cı ildə görkəmli yazıçımız Yusif Səmədoğlu ilə Nəmidə xanımın toyu olur. Yeni ailə həyatı quran cütlük toydan sonra istirahət üçün Moskvaya getmək qərarına gəlirlər. Bakı-Moskva reysi üçün bilet alırlar və indiki dillə desək, bal ayına hazırlaşırlar.

Yusif Səmədoğlu ilə Nəmidə xanımın toyundan foto. Görkəmli şair Nazim Hikmət Yusif Səmədoğlunu təbrik edərkən. Bakı, 1960-cı il

Uçuş günü İL-18 təyyarəsinin texniki vəziyyəti nəzərdən keçirilir. Təyyarənin və heyətin uçuşa tam hazır olduğunu biləndən sonra komandir dispetçerdən "uçuş tapşırığı" vərəqini alıb təyyarəyə gəlir. Dispetçerdən radio ilə mühərriki işə salmaq üçün icazə alır və "gücünü" toplayıb təyyarəni səmaya qaldırır. Əlli dəqiqədən sonra isə həyəcanlı anlar başlayır. Bort mexaniki üçüncü və dördüncü mühərrikdə yağın həddən çox qızdığını, təzyiqin yüksəldiyini deyir. Həmin mühərriklərdən alov çıxmağa başlayır.

Səmada cəsarətin izi

Təyyarənin komandirinin əmri ilə bort texnik üçüncü və dördüncü mühərrikə yanğındörən tuşlayır və mayeni boşaldır. Komandir ağırlığı 54 ton olan və dörd mühərrikindən ikisi işləyən təyyarəni, çətin də olsa, ustalıqla zolağa endirir. O, bununla 97 nəfər sərnişinin həyatını xilas etmiş olur. Xilas olanlar arasında Yusif Səmədoğlu və həyat yoldaşı ilə yanaşı, rejissor Lətif Səfərov da var imiş. O, digər sərnişinləri sakitləşdirməklə, ürək-dirək verməklə məşğul imiş. Təyyarədə həyəcanın azalması üçün uca səslə xeyli danışıb... Hökumə Əliyeva kimi "Hər şey yaxşı olacaq..." intonasiyasında...

Rejissor Lətif Səfərov

Qeyd edim ki, bu prosesin detallarını 1992-ci il mayın 6-da "Xalq" qəzetində Arif Həsənovun imzası ilə çap olunan bir yazıdan əxz etmişəm.

Yusif Səmədoğlu ikinci dəfə ölümdən necə xilas olub?

Hadisə isə sərnişinlərin çoxu kimi Yusif Səmədoğlunu sarsıdır. Əvvəllər dilində cüzi kəkələmə olan yazıçı bu hadisədən sonra daha çox kəkələməyə başlayır. Təyyarənin qəza qorxusu onun psixoloji durumuna da təsir edir və Yusif Səmədoğluda təyyarə fobiyası yaranır... "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə danışır ki, uzun müddət Yusif Səmədoğlu təyyarəyə minməyib: "Çexoslovakiya ilə birgə film çəkmişdilər. İkinci filmin müqaviləsini bağlamaq üçün Yusiflə Eldar Quliyevi Praqaya dəvət etdilər. Əvvəlcə, Moskvaya getdilər, mən də onların yanındaydım. Uçuşdan bir gün əvvəl mehmanxanada şam elədik, yaxşı yeyib-içdik. Səhər tezdən Praqaya uçmalı idilər. Yusif səhər yuxudan durmağa ləng idi. Eldar Yusifi oyatdı ki, dur, uçmalıyıq. Yusif dedi ki, əşşi, yat e, neynirsən, axşam qatarla gedərik. Nəysə ki, təyyarə ilə uçmadılar, yatdılar günortaya qədər. Sonradan xəbər tutduq ki, həmin təyyarə Praqa aeroportunda qəzaya uğrayıb və hamı həlak olub".

Yusif Səmədoğlu, həyat yoldaşı Nəmidə xanım və kinorejissor, ssenarist Eldar Quliyev

Bəli, "söz vaxtına çəkər" deyiblər. 52 il əvvəlin bir qış günündə - 19 fevral 1973-cü ildə Tu-154 təyyarəsinin ilk qəzası baş verib. Moskvadan qalxan təyyarə Praqa aeroportuna enərkən uçuş zolağına 470 metr qalmış qəzaya uğrayıb. Göyərtədəki 100 nəfərdən 66-sı həlak olub. Yusif Səmədoğlu ilə Eldar Quliyevi bu qəzadan 60-cı ildə Yusif Səmədoğluda yaranan təyyarə fobiyası, axşamkı möhkəm yeyib-içməkləri, bir də yazıçının səhər oyanmağa tənbəlliyi xilas edib...

İndi isə qayıdaq 60-cı ildəki təyyarə məsələsinə. Həmin təyyarənin komandiri azərbaycanlı pilot Əli Novruzov olub. Təəssüf ki, onun haqqında internet resurslarında heç bir məlumata rast gəlmədim. Azərbaycan Mülki Aviasiya Muzeyinə müraciət etdikdən sonra Əli Novruzovla bağlı bəzi məlumatları əldə edə bildim.

Əli Novruzov kimdir?

Əli Novruzov 14 avqust 1925-ci ildə Bakı şəhərində anadan olub. 1944-cü ildə Azərbaycan Mülki Hava Donanmasının 3-cü Əlahiddə təlim aviaeskadrilyasını və 1953-cü ildə Ali Uçuş Hazırlığı məktəbini bitirib. 1945-1966-cı illərdə SSRİ Mülki Hava Donanmasının Azərbaycan İdarəsi Hacıqabul şəhəri 222-ci aviadəstəsində təyyarəçi, 4-cü əlahiddə sanitar-nəqliyyat manqasında təyyarəçi, 9-cu avianəqliyyat dəstəsində ikinci təyyarəçi, 107-ci aviadəstədə təyyarə komandiri və aviaeskadrilyanın təlimatçı-təyyarəçisi, İL-18 təyyarəsinin komandiri vəzifələrində çalışıb. Aviasiya texnikasını yüksək səviyyədə mənimsəyərək Ə.Novruzov səmada rast gəldiyi bir çox çətinliklərin öhdəsindən cəsarətlə gəlməyə müvəffəq olub. 19 avqust 1960-cı ildə vəzifəsini igidliklə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilib. Ə.Novruzov təyyarəçilik fəaliyyəti dövründə 15 min saat havada uçuş keçirib.

Əli Novruzov mülki aviasiyada göstərdiyi xidmətlərinə görə 1960-cı ildə "Aeroflot əlaçısı", 3 dəfə "1000000 km uçuşa görə" döş nişanları, 1963-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı, "Lenin" ordeni və qızıl medal, 1984-cü ildə "Əmək veteranı" medalı ilə təltif olunub.

Burda incə bir məqam var - Əli Novruzovun Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilməsi... O dövr üçün ən ali adlardan biri... O hadisədən sonra Azərbaycan pilotlarının şöhrəti artır, bütün qəzetlər Əli Novruzovdan bəhs edir. Bu sahəyə maraq da çoxalır.

SSRİ tərənnüm, təqdir dövründə bu hadisənin şöhrəti ilə öyünürdü. Heç vaxt mənfi nəticələnən hadisə qabardılmayıb və həmin hadisələr uğrunda qurban gedənlər yada salınmayıb. İL-18-in uğurlu enişinin əksi olsaydı, Əli Novruzovun adını hər yerdən silərdilər, bəlkə də...

Səs də qəhrəman olurmuş...

Hansısa bir mühərrikin nasazlığı, texniki problemlə yox, kənar naqis müdaxilə ilə 2024-cü ilin dekabrında qəzaya uğrayan təyyarəmiz və onun ekipaj üzvləri isə bizim üçün qəhrəmandılar, onlara verilən Milli Qəhrəman adı ilə öyünməmək mümkün deyil. Bəli, qəza oldu, həlak olanlar var idi, amma kimin günahı hesabına? Və ən əsası, o situasiyada İqor Ksnyakin, Aleksandr Kalyaninov öz vəzifələrini vicdanla, Azərbaycan pilotuna layiq şəkildə yerinə yetirdilər.

Səmada ölümə tərk edilmək... Hökumə Əliyevanın səsi... Səs də qəhrəman olurmuş. Əminəm, Milli Qəhrəman adı Hökumənin səsinə verildi...

Keçmişdən günümüzə aviasiya qəhrəmanları

Bu söhbətlərin aktual olduğu günlərdə Azərbaycan pilotlarının, aviasiya sturukturunun qəhrəman simasını - Əli Novruzovu yad etmək istədim. Bu il onun 100 yaşı tamam olur. Qeyd olunmalı, nəsillərə tanıdılmalıdır...

Bu torpaqlar, bu səmalar nə Əli Novruzovları, nə İqor Ksnyakinləri, nə Aleksandr Kalyaninovları, nə də Hökumə Əliyevaları unudacaq. Nə vaxtsa insanlar unutsa belə, torpaq və səma əsla! Nəbi Xəzrinin təbirincə desək, necə aparasan? Səma səmadır, torpaq torpaqdır...

"Nə qədər göylər var, mən səninləyəm" (N.Xəzri)

P.S. Arxiv məlumatlarını mənimlə bölüşdükləri üçün Mülki Aviasiya Muzeyinə, xüsusən, muzeyin direktoru Firəngiz Hüseynovaya və muzeyin əməkdaşı Yeganə Muradovaya dərin minnətdarlığımı bildirirəm.

Kulis.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:311
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri