Icma.az
close
up
RU
525 ci qəzet Borxesin Babil simvolikası: Əbədiyyətlə ədəbi ünsiyyət Sevinc Mürvətqızı yazır

525 ci qəzet Borxesin Babil simvolikası: Əbədiyyətlə ədəbi ünsiyyət Sevinc Mürvətqızı yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sevinc MÜRVƏTQIZI

Xorxe Luis Borxesin yaradıcılığında fəlsəfə, ədəbiyyat, mifologiya, psixologiya, mistika və spiritualizmin sərhədləri sezilmədən qaynayıb-qarışır və az qala yazıçının ədəbi kimliyinə çevrilən labirintlər, zirzəmilər, güzgülər, yuxular simvolikası vasitəsilə reallıq sonsuz bir sistemə çevrilir. Bu çoxqatlı aura Borxesin az qala bütün yaradıcılığına hopub, hətta şeirlərinə də.

Bairesli (Buenos Ayresin danışıq dilində qısaldılmış versiyası) gənc Xorxe Luisi dünyanın Borxesinə "çevirən" özünəməxsus ədəbi-fəlsəfi simvollar aləmi o qədər zəngindir ki, hər hekayəsində "görəsən, bu səfər nələrlə qarşılaşacağam?" dediyin anda bu dahi yazıçı-mistik növbəti əsərdən öz ədəbi-ruhi əzəməti ilə fərqli simvollarla boy göstərir.

Borxesin yaradıcılığında Babil simvolu da dolğun tərzdə işlənən bir ədəbi-fəlsəfi məcazdır. Müəllifin fərqli vaxtlarda işıq üzü görmüş kitablarında yer alan "Babil kitabxanası" və "Babildə lotereya" hekayələrində də fəlsəfə, ədəbiyyat, psixologiya, bəzi məqamlarda isə hətta kainatın ölçülü-biçili strukturuna göndərmə olaraq ali riyaziyyatın da sərhədləri görünmədən bir-birinə "calaq edilib".

Yazıçının məşhur "Alef"i kimi, "Babil kitabxanası" da çoxsaylı mürəkkəb mövzular və simvollar üzərində qurulub. Əsərdə dilin, mənanın və ümumən bilginin nisbiliyi hazırlıqlı oxucuya xitabən, daha qəliz bədii-fəlsəfi dillə işlənib. Hekayədə əsas simvol olan kitabxana biliklərin sonsuz bir arxivini təsvir edir; burada hər kitab özünün unikal və sonsuz bir təkrarıdır. "Alef"dəki kimi burada da ilahi yaddaşa müraciət var: Akaşa və Lövhi-məhfuz anlayışları nəzərə çarpır, amma burada olmuşların və olacaqların iki fərqli fəlsəfi sistemdə öz əksini tapan bilgisi daha dərindən təqdim olunub. "Babil kitabxanası"nda hər kitab bir məna daşıyır, lakin bu anlamlar oxuyanın subyektiv baxış aspektinə görə dəyişir. Borxes bu kitabxanada hər kitabın həyatın və həqiqətin müxtəlif versiyalarını, sonsuz ehtimallarını əsasən absurdizm və paradoksal düşüncə elementləri ilə təqdim edib.

Bir çox hallarda Borxes eyni cümlələri təkrarlayıb, məsələn: "Kitabxana sonsuzdur və əbədidir" ifadəsi müxtəlif formalarda bir neçə dəfə qeyd olunub. Bu təkrarlamada insanın müvəqqətiliyi həqiqət kitabxanasının əbədiliyi fonunda vurğulanır. Hekayənin hər cümləsi oxucunu suallarla qeyri-mümkün olan həqiqətlərə doğru aparır, amma heç vaxt o suallara tam cavab vermir. Bununla da Borxes ədəbi tərzinə sadiq qalaraq mücərrəd mənaları, dilin pozulmaz sərhədlərini və eyni zamanda məhdudiyyətlərini oxucuya anladır.

"Babil kitabxanası"nın fəlsəfi əsaslarını anlayışın sonsuzluğu və insanın hər şeyi anlamaq cəhdi təşkil edir. Bu kitabxana biliklərin nəhəng şəbəkəsi kimi qarşımıza çıxır. "Alef"dəki qədər "Babil kitabxanası"nda da Platonun fəlsəfəsi (bu kontekstdə "Mağara" alleqoriyası) "işə qarışıb". Mağarada əzəl kimliklərini unudan və ali həqiqətin parçası olan kölgələrdə olduğu tək, "Babil kitabxanası"nda hər bir kitab özündən başqa bir həqiqəti izah edir, amma heç biri də tam o həqiqət deyil. Bu isə insanın gerçəyi tapmağa yönələn ehtiraslı axtarışlarını, lakin heç vaxt gerçək həqiqətə çatmadığını vurğulayır. Hekayədəki kitabxana və onun məzmunu insanın daxili vəziyyətini və düşüncə dünyasını təmsil edir. Kitabxanadakı sonsuz kitablar insanın psixoloji vəziyyətinin də simvollarıdır: altıüzlülərdəki kitablar düşüncələri, qorxuları və ümidləri təmsil edir. Altıüzlülərdən ibarət Babil kitabxanasında da Borxes psixoloji labirintlərindən vaz keçməyib. Hekayədəki personajlar kitabxananın sonsuz dəhlizlərində vurnuxur, yol tapmağa çalışır, lakin hər bir yeni məlumat və kitab onları daha çox çaşdırır. Çünki hər bir həqiqət öz növbəsində başqa bir sual doğurur. Borxesin "Babil kitabxanası"nda altıüzlü simvolunu istifadə etməsi həqiqətə fərqli baxışı təmsil edir. Bu altıüzlülər bir daha anladır ki, gerçəklik anlayışı çoxluq və fərqliliklərin birləşməsindən ibarətdir. Bu simvol bilginin insanı manipulyasiya edə bilmə imkanlarını da göstərir. Riyaziyyatda altıüzlü hər tərəfi bir-biri ilə əlaqələndirilən və birləşdirilən bir çoxbucaqlıdır. Bu, yəqin ki, həm də biliklərin qarşılıqlı əlaqəli və bir-birinə bağlı olduğu anlayışını simvolizə edə bilər. Yəni əslində ali bilgi indi qavradığımız kimi ayrı-ayrı bölümlərə ayrılmır, o, birdir, bütövdür və onu qavramağın yolu ancaq əvvəlcə onun tamlığını qəbul etməkdən başlayır. Kainatın və həyatın məntiqini anlamağa çalışarkən altıüzlü bir çox ədəbi, fəlsəfi, riyazi və təbiət qanunlarının birləşməsi kimi dərin, zəngin mənalar təklif edir. Zənnimcə, elə bu cür hərtərəfli, standart bəşəri təfəkkürdən fərqli düşüncə tərzindəndir ki, yazıçılar Borxesi fəlsəfəyə, filosoflar ədəbiyyata aid hesab edirlər. Fiziki görmək qabiliyyəti məhdudlaşan Borxes açılan bəsirət gözünün dahiyanə ədəbi ifadə keyfiyyəti ilə ədəbiyyatla fəlsəfənin ortaq ali məqamını (mərtəbəsini) yaradıb...

Borxesin digər qısa hekayəsi - "Babildə lotereya"da insan təbiəti, sosial strukturlar, lotereya və ilahi nizam kimi mövzular işlənib. "Babil kitabxanası"ndan fərqli olaraq bu hekayə daha sadə və aydın dillə yazılıb, lakin burada da dərin mənalar bəsit görünən qatların altında gizlədilib.

"Babildə lotereya" insanın sərbəst qərar vermə və determinizm mövzularını dərindən araşdırır. Determinizmə görə, insanın seçimləri və qərarları müəyyən səbəblərə və şərtlərə əsaslanır, buna görə də tam azad iradə mövcud olmur. Babildəki lotereya (püşkatma) psixoloji baxımdan mühüm məcazdır. Bu, hər bir fərdin həyatını təsadüflərə bağlayan və çox vaxt anlaşılmaz şəkildə müəyyən edən vasitə kimi təqdim olunur. "Babil lotereyası"nda insanın nəzarətində olmayan ali gücün onun həyatına təsiri sezilir. Burada püşk həm də qorxu, təsadüfilik və fəth kimi psixoloji elementlərin təmsilçisidir. İnsanlar bu sistemə qarşı heç bir şey edə bilmirlər və lotereya onların həyatını idarə edir. Borxes təsadüflərin və determinist dünyanın təbiətini göstərən psixoloji yanaşmanı növbəti mükəmməl ədəbi mətn kimi oxucuya çatdırır. İnsanlar öz talelərini birbaşa idarə edə bilmirlər; lotereya şəxsi iradəyə qarşıdır... Babildəki lotereya sistemini təsvir edən Borxes insanların həmin sistemdəki yeri və bu sistemin idarə etdiyi həyat haqqında fəlsəfi suallar irəli sürür. Müəllif hekayədə gözəgörünməz bir nizamın və sosial strukturların insanın həyatını necə tənzimlədiyini və azadlığımızı məhdudlaşdırdığını göstərir, sistemlərin boğuculuğuna tənqidi nöqteyi-nəzərdən yanaşır. Bu hekayə oxucunun öz həyatı ilə bağlı verdiyi qərarları yenidən düşünməyə vadar edən möhtəşəm ədəbi nümunədir. Borxesə xas özünəməxsus yumor bu hekayədə də gülümsədir və düşündürür: məsələn, lotereya bileti oğurlayan bir qulun hansı şəkildə cəzalandırılmasına görə babillilər arasında əməlli-başlı iğtişaşlar olur... "Qulu daha ağır necə cəzalandırmaq olar" məsələsində xalq az qala bir-birini didir... Borxesin "babilliləri" ağıl tələb edən işlərə meyllənmirlər. "Öz həyatlarını, ümidlərini, vahiməli qorxularını təsadüflərin hökmünə tapşırırlar, təsadüfün dolaşıq qanunauyğunluqlarını araşdırmaq heç ağıllarına da gəlmir..."

Borxesin ədəbiyyat tarixində xüsusi yer tutan hər iki hekayəsində "Babil" simvolikasının işlənməsi xüsusilə diqqətçəkən məqamdır. "Babil kitabxanası" hekayəsində Babil sonsuzluq, çoxversiyalılıq anlayışı ilə bağlı təqdim olunur. Babil həm də qədim sivilizasiyanın müdrikliyinin və kompleks mədəniyyətinin göstəricisidir. Borxes üçün Babil insan tarixinin ən qədim və mürəkkəb sivilizasiyalarından biri kimi bilik, incəsənət və dinin gücünü simvollaşdırır. Onun əsərlərində Babil mövzusu təsadüfi seçilməyib, qədim mifologiyalara istinadla təqdim edilir. Burada sanki Babil qülləsi mifinə də göndərmə var. Babil qülləsi əfsanəsində insanların Tanrıya yaxınlaşmaq və göylərə çıxmaq məqsədilə böyük bir qüllə tikməyə qərar vermələrindən söz açılır. Tanrıların səltənətinə bənzəyəcək bu qüllənin tikilməsində məqsəd "göylə birləşmək"dir. Ancaq Tanrı insanların bu hədəflərinə çatmalarına əngəl törədir və qüllənin inşasına son qoyur. Borxesin "Babil kitabxanası" müəyyən mənada kainatın bilgilərinə çatmaq istəyən insanlarla Babil qülləsi inşa etmək istəyən insanların yerlə kifayətlənməyib göylə əlləşdiklərinə də müəyyən işarələr vurur. Yaradanla ünsiyyət səylərini lakin eyni zamanda anlaşılmazlıq və bölünmə ilə üzləşməsini hekayədə işləyib. Qeyri-ixtiyari, mediada rast gəldiyim bir məlumatı xatırladım: müasir bir yapon şirkəti yaxın vaxtlarda kosmosa lift layihəsini həyata keçirməyi düşünür...

Babil həm də Borxesin yaradıcılıq konsepsiyalarında reallıqla xəyali dünya, sehrlə gerçəklik, yerlə göyün arasındakı əlaqələndirməni ifadə edir. Fikrimcə, Babil anlayışı ilə yazıçı insanın reallıq qavrayışını mümkün olduğu qədər dəyişdirmək məqsədi güdür. Borxesin Babil simvolikası insanın mövcudluq, mənəviyyat və həqiqət haqqında metafizik axtarışlarını da ehtiva edir. Babil həm Ali Həqiqətin, həm də onun əlçatmazlığının təmsilidir. Borxesin əsərlərində vaz keçə bilmədiyi və tez-tez istifadə etdiyi paradoksların daha bir ifadəsi...

Mistik Babil həm də tarixən böyük bir mədəniyyətin, möhtəşəm sivilizasiyanın yüksəlişini və dekadansının (mənəvi tənəzzül/əxlaqi çöküş) təmsilidir. Babil simvolikası eyni zamanda insan tarixinin zamanla dəyişən müvəqqəti təbiətinin rəmzi kimi önə çıxır. Borxesdəki Babil simvolikası həm möhtəşəmliyi, həm də çöküşü xatırladaraq bugünkü "hər şey"in sabah "heç nə" ola biləcəyinə işarə edərək yaradılığın sonsuzluğu və əbədiliyi fonunda insanın bilgi, təkəbbür və neqativ eqosunun da miskin mahiyyətini, mənasızlığını xatırladır... Bəşəriyyətin hazırkı halına uyğun bu simvolika insanların təbiəti tapdalayıb kainata hökm eləmək istəyini, mifik Babil qülləsi qurub az qala Yaradanın özü ilə cəng-cidala qalxmağa çalışanların qaçılmaz sonunu göstərmək üçün yazılıb.

Beləliklə, Borxes yaradıcılığındakı Babil simvolikası həm yaradılışın sonsuzluğunun, həm də insanın bu sonsuzluğa çatmaq uğrunda apardığı ümidsiz, mənasız mübarizənin rəmzi olaraq zaman və məkanın ötəsindəki mürəkkəb ali həqiqətə yetişməyin əlçatmazlığının təsdiqidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see133

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see122

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see116

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see116

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see114

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see113

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri