Icma.az
close
up
RU
Menu

Trampla müzakirə Putini cəsarətləndirib Qonçarenko

Sənədsiz evlərlə bağlı deputatdan AÇIQLAMA

AL: Fənərbağça Anderlext i şapalaqladı , Qalatasaray ı şoka saldılar

Türkiyə ordusu İraq və Suriyada yeni əməliyyat keçirib 7 PKK üzvü zərərsizləşdirilib

Yaxın ulduz sistemində yaşama əlverişli planet kəşf edildi

Manatını dollara çevirmək istəyənlərin NƏZƏRİNƏ

Ələt Astara magistralının daha bir hissəsi yenidən qurulub VİDEO

Evi olmayanların NƏZƏRİNƏ: Çox sayda tam təmirli UCUZ MƏNZİLLƏR satışa çıxarıldı

Tramp cavab rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb

Dolaşığa düşən AFFA İK üçün Əsasnamədən dərs ARAŞDIRMA

​​​​​​​Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi qəbul edilib

“ABŞ nin Kiyevə nüvə silahı verib verməyəcəyi barədə qərar prezidentdən asılıdır” Pentaqon

Sumqayıt FK SOCAR sponsorluq edəcək

Liderin andı güclü və qüdrətli Azərbaycan obrazı

“Google Chrome”da çoxdan gözlənilən yenilik AVTOMATİK PAROL DƏYİŞMƏK MÜMKÜN OLACAQ

USAID in Trampın impiçmentində rolu ortaya çıxdı

Bu kəndin bir küçəsində 6000 nəfər yaşayır: Buranı turistlər üçün maraqlı edən nədir?

“Liverpul” və “Çelsi” tituldan əlini üzdü, MS də çətinlik çəkdi

Tural Abbaslı: Zelenskinin küsməyi yersizdir, o böyük siyasi aktorların əlində piyada rolunu oynayıb

“Sevgi haqqında” kiçik ədəbi poetik tamaşanın premyerası oldu FOTOLAR

525 ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525 ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525.az-dan verilən məlumata əsasən, Icma.az bildirir 525 ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucov yazır.

(Əvvəli ötən çərşənbə saylarımızda)

Yerli amerikan xalqı olan hinduların özləri ilə yanaşı, onların mədəniyyətinin və dilinin məhv edilməsi, əslində, genosid xarakteri daşıyır. Bəzi tarixçilər güman edirlər ki, indi ABŞ-a məxsus olan ərazidə 1800-cü ildə 600 min yerli amerikalı yaşayırdı və onların sayı 1890-cı ildə azalıb, 250 minə çatmaqla, itki hesabına, az qala, 2,5 dəfə azalma baş vermişdir. Axı 1492-ci ildə Amerikanın kəşf edilməsi vaxtı avropalıların xəstəliklərindən çox sayda hindu ölmüşdü. Bu xəstəliklərə pnevmoniya, taun, xolera və su çiçəyi daxil idi.

İqtisadi şəraitin məhvi də hindulara ağır zərbə vurdu. Amerikanın sənaye müəssisələrində dəri xammala böyük tələbat vardı. Ölkədə hələ heyvandarlıq təsərrüfatı rüşeym şəklində olduğundan, onlar belə xammalı təklif edə bilməzdilər. Ona görə də asan çıxış yolu tapıldı, ölkənin preriyalarında çox sayda bizon sürüləri var idi, bəzi tarixçilərə görə, bizonların sayı 2 milyona çatırdı. Lakin hinduların genosidindən əvvəl bizonların ovlanmasına, kütləvi şəkildə məhv edilməsinə başlandı. Bizon cəmdəyi böyük ət ehtiyatına malik olmaqla, vaxtilə hinduların əsas qida mənbəyi idi. Kütləvi şəkildə öldürülən bizonların ətindən  istifadə olunmurdu, lazımsız şey kimi öldürülən sahədə qalırdı. Başlıca məqsəd bizon dərisini, özü də böyük miqdarda əldə etmək idi. XIX əsrin ortalarında icad edilən vinçester avtomat tüfəngi bizonları qırmaq vasitəsi kimi müqayisə edilməyən bir silaha çevrildi. Bizon cəsədləri, sonralar meydana gələn trauler torlarındakı balıqlar kimi saysız-hesabsız idi, otlaq sahələrini cansız müqəvvalar kimi doldururdu. Onların ləngiməyə yol verilmədən dərisi soyulur və əsasən ayaqqabı fabriklərinə göndərilirdi.

Vinçester silahı təkcə bizonları öldürmək üçün deyil, hindu qiyamçılarını ovlamaq üçün də geniş istifadə olunurdu. Bizonlar üçün vinçester tüfəngi Fransa inqilabı dövründəki gilyotina rolunu oynayırdı. Sonralar ondan Afrikada da istifadə edildi. XIX əsrin sonunda britaniyalılar Sudanda Maxdi hərəkatını yatırmaq üçün on minlərlə sudanlını bu silahla məhv etmişdilər, özlərinin itkisi isə olduqca cüzi idi. Vinçester, əslində, genosid alətinə çevrilmişdi.

Bizonların qırğını hindu tayfalarını aclığa məhkum etdi, axı bizon əti onların vacib qidası idi. ABŞ-da bizonlar elə məhv edilmişdi ki, XX əsrin əvvəllərində sərgidə göstərmək üçün diri bizon tapılmırdı. Aclıq hinduların ağdərili insanlara qarşı qəzəbini artırdı və onlar silahlı mübarizəyə qalxmalı oldular. Vaxtilə dinc həyat surən xalq, indi onlara düşmən kəsilənlərlə vuruşmalı oldular və  bu mübarizə də onların qırğınını sürətləndirib, əsl genosid xarakteri aldı.

ABŞ-da məskunlaşan avropalılar hindulara ikinci sort olan insanlar kimi baxırdılar, onlara təhqiramiz adlar verirdilər. Onlar qırmızıdərililər, barbarlar, kanniballar adlanırdı. Amerikanlar üçün yaxşı hindu, ölü hindu sayılırdı.

Sonra amerikanlar hinduların həyat tərzini dəyişdirib, onları tabelikdə saxlamağa cəhd etdilər. Hinduları ata-baba yurdlarından, tayfanın öz məskəni hesab etdiyi geniş ərazilərdən ayırıb, rezervasiyalarda saxlamağa başladılar. Əsasən köçəri həyata öyrənmiş hindu, oturaq həyata məhkum edildi. Rezervasiya həyatı hindu mədəniyyətinin yoxa çıxmasına da şərait yaratdı. Hindu tayfalarının dili də sıradan çıxırdı. Dilin məhvi xalqın məhvinə yol açırdı.

XIX əsr hindular üçün fəlakət dövrü oldu. XX əsrdə qırğın hadisələri kəsilsə də, onların milli tənəzzülünə son qoya bilmədi. Yalnız son 25-30 il ərzində hinduların özünə məxsus milli intibahı baş verdi. Uşaqlar öz ana dillərini mənimsəməyə başladı. Yeniyetmələr və gənclər tayfaya məxsus dildə mahnı oxuyur, milli rəqsləri ifa edirlər. Hindu mədəniyyəti, bir əsrə bərabər olan fasilədən sonra bərpa olunma dövrünə qədəm qoydu.

Bu proses müsbət hal sayılmalıdır. Hindular Birləşmiş Ştatlarda bütün hüquqlara yiyələnmişlər, müxtəlif sahələrdə işləyirlər. Lakin onlar ABŞ və Kanada ərazisində əvvəlki kəşflərdən sonrakı dövr ərzində necə dəhşətlərlə üzləşdiklərini də unutmurlar.

Şimali Amerikada quldarlıq Avropa ölkələrinə nisbətən daha uzun müddət davam etməklə, həm də çox eybəcər şəkillər almışdı. 1776-cı ildən ABŞ dövləti yarandıqdan sonra da quldarlıq kimi vəhşi sistem mövcud olmaqda davam etmiş, yalnız prezident Abraham Linkolnun 1862-ci ildəki dekreti ilə buna son qoyulmuşdur. 1863-cü ilin ilk günüdə Cənub ştatlarındakı qulların bütünlüklə azad olunması elan edilmişdi. Britaniyanın Amerikadakı müstəmləkəçiliyinin əksər dövründə koloniyalarda quldarlıq mövcud idi. Qul olanlar əsasən kənd təsərrüfatı fəhləsi kimi, xüsusən Cənubun icmalarında işləyirdi.

Cənubun kənd təsərrüfatı iqtisadiyyatı, Şimaldan fərqli olaraq burada sənaye inkişaf etməmişdi, əsasən, məhsul becərilməsindən ibarət idi. Bura pambıq istehsalı da əlavə olundu. Onun plantasiyaları tezliklə böyük sayda qul əhaliyə malik oldu. Onlar əvvəlcə indiqo, düyü və tütün plantasiyalarında işləyirdilər.

Quldarlıq bütün dünyada min illər idi ki, mövcud olmuşdu. Qullar və azad qaralar Kontinental orduya kömək edirdi. Müharibə həm də qaraların plantasiyalardan qaçmasına şərait yaradırdı. Minlərlə qul öz sahiblərini tərk edib, Şimala qaçırdı. Bunun hesabına Cənubdakı qulların sayı azalmışdı. Qulların başqa qul sahibinə satılması da, onların ailələrini dağılmasına səbəb olduğundan, faciə xarakterini daşıyırdı.

Amerikan inqilabından iki dekada sonra bəzi ştatların qanunverici orqanları və fərdi şəxslər qulları azad etməyə başladılar. Bəzi şimal ştatları quldarlığı ləğv edilməsi barədə Konstitusiya qəbul etdilər. Qulların azadlığına həsr olunmuş Şimal ştatlarındakı abolyutsionist hərəkatı geniş vüsət aldı və oradakı əhali Cənubdan qaçan qullara sığınacaq verirdi. Baxmayaraq ki, qaçan qullar barədə qəbul edilmiş qanun onların sahibinə qaytarılmasını tələb edirdi.

Qul əməyi Cənubda məcburi sayılırdı. XIX əsrdəki amerikan quldarlığı "Zəruri şər" hesab olunurdu. Vətəndaş müharibəsi vaxtı yaradılan Konfederasiya Konstitusiyası isə təsdiq edirdi ki, əgər afrikalı qullar bizim aramızda mövcuddursa, zəncilərin əsl statusu bizim sivilizasiyanın bir formasıdır. Dahi siyasətçi, prezident Tomas Cefferson isə öz öncəgörməsində qeyd etmişdi ki, bu, "Köhnə Birliyi yarı böləcək bir fəlakət olacaqdır".

Qul sahibi olan ağ insanların cəmiyyəti ölkədə mövcud idi. Amerikada 1850-ci ildə 2,5 milyon qul yaşayırdı. Qulların plantasiyalardan ağır zəhməti onları taqətdən salırdı. Ona görə də qullar arasında ölüm faizi yüksək idi. Digər faktorlar da buna öz təsirini göstərirdi.

Buna baxmayaraq, tropik iqlim şəraitində işləmək üçün daha çox adam tələb olduğundan, onların sayı artırdı. Nyu Orlean şəhəri mühüm milli əhəmiyyət daşıyan qul bazarına çevrilmişdi.

Qullara münasibət şəraitdən, zamandan və yerindən asılı olaraq fərqli idi. Lakin hər yerdə qullarla sərt davranırdılar. Qamçı ilə qulların döyülməsi və qadınların zorlanması adi hal sayılırdı. Fiziki cəza ilə yanaşı, qullar həm də dustaq edilə bilərdilər. İri plantasiyalarda cəza daha böyük sərtliyi ilə seçilirdi. Burada hər cür sui-istifadələr üçün şərait bol idi. ABŞ tarixinin ən biabırçı hadisələrindən biri afroamerikanlara qarşı irqçi həhəkat olan Ku-klus- klan adlanan cəmiyyətin zorakı fəaliyyəti idi. Ku-klus-klan qaralara qarşı hər cür vəhşilik törətməkdən belə çəkinmirdi.

Şimali Amerikanın Cənub ştatlarında pambıq əkini sahələri getdikcə genişlənirdi. Bu da ölkədə sənayenin inkişafı, pambıq parçanın qiymətinin yüksək olması ilə əlaqədar idi. Ona görə də xam pambığa tələbat getdikcə artırdı. Pambıq istehsalı digər bitkiçilik növlərini arxada qoyurdu. Hətta bataqlıqlar qurudulur, orada pambıq plantasiyaları meydana gəlirdi. Şərqi Floridada bir qul sahibi 400 hektar bataqlığı alıb, qul əməyi tətbiq edilməklə, orada irriqasiya şəbəkəsini işə salmış, torpağı meliorasiya edərək, oranı pambıq əkini üçün istifadə etmişdi.

Birləşmiş Ştatlarda pambıq istehsalı yalnız qul əməyinə əsaslanırdı, şəkər qamışı plantasiyalarında olduğu kimi, burada məhsulun yığılması qızmar günəşin altında ağır zəhmət tələb edirdi. Pambıq yığımı mövsümündə kişilərə 80 funt (girvənkə), qadınlara isə 70 funt gündəlik pambıq toplamaq norması qoyulurdu. Normanı yerinə yetirməyənlər qamçı ilə döyülürdü. Ona görə də satılan qulların çiyinlərində həmin zərbələrin izi qalırdı.

SSRİ-də də ölkənin cənubunda yerləşən Orta Asiya Respublikalarında və Azərbaycanda pambıq istehsalı geniş miqyas almışdı. Pambıq "ağ qızıl" adlanırdı, bu, onun istehsalına necə böyük əhəmiyyət verildiyinin təzahürü idi. Əvvəllər pambıq əkini sahələrində becərmə işlərinin çoxu və pambıq yığımı bütünlüklə əllə görülürdü, hətta bitkilərə gübrə verilməsi əməliyyatı da, müvafiq texnika olmadığından əl əməyi vasitəsi ilə icra edilirdi.

Pambıq yığımı mövsümündə isə bütün həyat elə bil ki, dayanırdı, məktəb uşaqlarından tutmuş qoca adamlara qədər hamı pambıq yığımına cəlb edilirdi. Pambıq yığımı əvvəllər yayın sonunda başlayıb, az qala, yeni ilə qədər davam edirdi. 1950-ci illərdə hətta pambıq planının ödəmək üçün təzə ilin yanvar ayında da pambıq qozaları yığılıb, odun peçi altında, onda da pambığ çopü yandırılırdı, açılmağa qoyulurdu və bu azacıq lif də dövlətə təhvil verilirdi. Çünki guya çox məhsul gətirdiyinə görə gec yetişən sortlar əkilirdi. Lakin bitkinin üstündə olan yüzə qədər qozanın əksəriyyəti payızda soyuqlar düşdüyndən açılmırdı.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampla müzakirə Putini cəsarətləndirib Qonçarenko

14 Fevral 2025 06:35see124

Sənədsiz evlərlə bağlı deputatdan AÇIQLAMA

14 Fevral 2025 11:44see120

AL: Fənərbağça Anderlext i şapalaqladı , Qalatasaray ı şoka saldılar

14 Fevral 2025 02:14see120

Türkiyə ordusu İraq və Suriyada yeni əməliyyat keçirib 7 PKK üzvü zərərsizləşdirilib

14 Fevral 2025 12:38see119

Yaxın ulduz sistemində yaşama əlverişli planet kəşf edildi

14 Fevral 2025 11:25see119

Manatını dollara çevirmək istəyənlərin NƏZƏRİNƏ

14 Fevral 2025 04:33see119

Ələt Astara magistralının daha bir hissəsi yenidən qurulub VİDEO

14 Fevral 2025 09:29see118

Evi olmayanların NƏZƏRİNƏ: Çox sayda tam təmirli UCUZ MƏNZİLLƏR satışa çıxarıldı

14 Fevral 2025 08:43see118

Tramp cavab rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb

14 Fevral 2025 00:12see118

Dolaşığa düşən AFFA İK üçün Əsasnamədən dərs ARAŞDIRMA

14 Fevral 2025 15:26see117

​​​​​​​Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi qəbul edilib

14 Fevral 2025 11:59see117

“ABŞ nin Kiyevə nüvə silahı verib verməyəcəyi barədə qərar prezidentdən asılıdır” Pentaqon

14 Fevral 2025 11:49see117

Sumqayıt FK SOCAR sponsorluq edəcək

14 Fevral 2025 13:27see114

Liderin andı güclü və qüdrətli Azərbaycan obrazı

14 Fevral 2025 00:14see114

“Google Chrome”da çoxdan gözlənilən yenilik AVTOMATİK PAROL DƏYİŞMƏK MÜMKÜN OLACAQ

14 Fevral 2025 19:39see109

USAID in Trampın impiçmentində rolu ortaya çıxdı

14 Fevral 2025 14:32see109

Bu kəndin bir küçəsində 6000 nəfər yaşayır: Buranı turistlər üçün maraqlı edən nədir?

14 Fevral 2025 20:15see108

“Liverpul” və “Çelsi” tituldan əlini üzdü, MS də çətinlik çəkdi

14 Fevral 2025 21:08see107

Tural Abbaslı: Zelenskinin küsməyi yersizdir, o böyük siyasi aktorların əlində piyada rolunu oynayıb

14 Fevral 2025 15:47see107

“Sevgi haqqında” kiçik ədəbi poetik tamaşanın premyerası oldu FOTOLAR

14 Fevral 2025 11:02see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri